Anons

10-01-2018, 15:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 10:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

26-12-2017, 09:57 - Rəhim Qazıyev saxlanılıb

22-12-2017, 10:02 - Sözün bitdiyi Neftçala təhsil ocağı – 1 saylı məktəbin direktoru Ülviyyə Abdulayeva susur...

19-12-2017, 22:42 - Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi

1-12-2017, 08:52 - Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

“Baş redaktor dedi ki, sənə qonorar verməyə əlim gəlmir” – MÜSAHİBƏ

Tarix:30-04-2015, 17:42 Baxış Sayı:2457

“Baş redaktor dedi ki, sənə qonorar verməyə əlim gəlmir” – MÜSAHİBƏ


Pərvanə İbrahimova: “İşim müdirlikdən çox, xəbər arxasınca qaçan jurnalist işinə bənzəyir” Mayın 1-də Bakı Dövlət Universitetinin (BDU) Mətbuat və informasiya şöbəsinin 15 illik yubileyi tamam olur. Bakunews.az Teleqraf.com-a istinadən şöbənin müdiri Pərvanə İbrahimova ilə müsahibəni təqdim edir. – Pərvanə xanım, rəhbərlik etdiyiniz şöbənin 15 illiyi tamam olur. Yubiley tədbiri olacaqmı? – Əlbəttə. Hazırlıq işlərini demək olar ki, tamamlamışıq. Yubileyimizi qeyd edəcəyik. – Demək olar, hər gün sosial şəbəkələrdə universitetlə bağlı xəbərlər yayırsınız. Bu, işinizə sevginizdən irəli gəlir, anlayıram. Amma həm də soruşmaq istəyirəm: işiniz sizi yormur? – Səmimi şəkildə deyirəm – xeyr. Bilirsiniz, sosial şəbəkələr, ümumiyyətlə, yeni media həyatımızın və işimizin ayrılmaz hissəsinə çevrilib. Bu gün aktiv, ictimai fikrə təsir edən insanların çoxu öz təbliğatlarını sosial şəbəkələr vasitəsilə qururlar. Bu baxımdan, biz bir şöbə olaraq, KİV-in bütün qolları ilə əməkdaşlıq etsək də, əsas ağırlığı həm də sosial şəbəkələrə vermişik. Bu sıraya Facebook, Twitter və Youtube daxildir. – Nə vaxtsa jurnalistika ilə bağlı arzularınız olubmu ki, amma o arzulara çatmamısınız? Yoxsa Bakı Dövlət Universitetindən şöbə müdiri işləmək sizin ən böyük arzunuzdur? – Jurnalist olmaq istəyim və niyyətim olmayıb. Bu haqda heç düşünməmişəm də. Amma humanitar sahəyə meylli idim. Buna arzu demək mümkünsə, az-çox ona çatmışam. Mətbuat və informasiya şöbəsindəki işim isə müdirlikdən daha çox, bütün günü xəbər dalınca qaçan xəbər jurnalisti işinə bənzəyir. Bir vaxtlar jurnalistikaya həvəsi olmayan bir xanım, bu gün onun içində özünü çox xoşbəxt hiss edir. – Bilirəm. – 1994-cü il idi. Qəbul imtahanlarına az qalmışdı. Tarix fənnindən hazırlıq müəllimim Hüseyn müəllim mənə dedi ki, universitetin tarix fakültəsinə qəbul olacağına adım kimi əminəm, əks halda əllərimi biləkdən kəsərəm. Bəlkə də bu bir stimul idi. Çünki ailə vəziyyətimizlə əlaqədar başqa fənlərdən müəllim yanına gedə bilməmişdim. Müəllimimin məni tarixçi, qardaşımın isə filosof kimi görmək istəməsinə baxmayaraq, mən jurnalist oldum. – Amma... – Amma oxuduğum müddətdə bu sahəyə həvəsim yaranmadı. Sonuncu kurslarda qrup yoldaşlarım Gülgün Quliyeva və Zaur Əliyevin sayəsində “Hər gün” və “Elçi” qəzetləri ilə əməkdaşlıq etməyə başladım. “Elçi” qəzeti kollektivinin səmimiyyəti mənə jurnalistikanı sevdirdi. Uzun müddət bu qəzetdə işlədim. Qəzetin əksər yazıları mənim müəllifliyim ilə çıxırdı. Baş redaktor Əli Həziquliyev zarafatla deyirdi ki, bu qəzetdə iki nəfərə qonorar verməyə əlim gəlmir – biri dizayner Vəlidir, biri də Pərvanə. (gülür) – Akademik Abel Məhərrəmovun rəhbərlik etdiyi universitetdə şöbə müdiri işləyirsiniz, maraqlıdır, Abel müəllimin jurnalistlərə münasibətində hansı özəlliklər var? Bu barədə fikirləriniz maraqlıdır. – Kəramət, o müəssisənin mətbuat xidməti media ilə uğurlu münasibət qura bilir ki, həmin müəssisənin rəhbərinin özü mətbuata açıqdır. Bu baxımdan bizi şanslı Mətbuat və informasiya şöbəsi hesab etmək olar. Yəqin siz də müşahidə etmisiniz ki, rektorumuz Abel Məhərrəmov dəfələrlə mediada keçirilən müxtəlif sorğularda mətbuata ən açıq rektor-deputat nominasiyası üzrə qalib olub, o cümlədən bir neçə il əvvəl medianın “Xüsusi rəğbət” mükafatına layiq görülüb. – Bəli... – Abel müəllim, qeyd etdiyim kimi, mediaya çox açıq rektordur. Və bizdən də jurnalistlərə qarşı eyni cür olmağı tələb edir. İşinin nə qədər çox olmasına baxmayaraq, ona müraciət edən, müsahibə götürmək, çəkiliş etmək istəyən jurnalistləri geri qaytarmır. Hər halda bunu parlament jurnalistləri daha yaxşı bilərlər, Abel müəllim parlamentdə ona yaxınlaşan jurnalistlərin suallarını cavabsız buraxmır. Konkret olaraq bizim şöbənin media ilə uğurlu münasibətinin təməlində, KİV sistemi ilə səmərəli əlaqələrin qurulmasında Abel müəllimin jurnalistlərə, mediaya olan isti münasibəti durur. – İsti münasibət, özəl yanaşma və nəticəsi olaraq «Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında» adlı kitab... – Eynilə. Qeyd etdiyiniz kitab universitetin 95, şöbəmizin isə 15 illik yubileyi məqsədilə hazırlandı. Kitab universitetin son 15 illik fəaliyyəti barədə KİV-də işıqlandırılan materiallar əsasında hazırlanıb. Maraqlı bölmələrdən ibarət olan topluda ümummilli lider Heydər Əliyevin, cənab prezident İlham Əliyevin universitetlə bağlı fərman və sərəncamları, rəsmi görüş və tədbirlər barədə məlumatlar, “BDU-nun Fəxri doktoru” adı verilmiş görkəmli ictimai-siyasi, elm və mədəniyyət xadimləri haqqında informasiyalar, eləcə də universitetin yerli və beynəlxalq həyatı ilə bağlı materiallar xronoloji ardıcıllıqla öz əksini tapıb. Kitab Azərbaycan, rus və ingilis dillərində hazırlanıb və yubileyimizdə təqdimatı nəzərdə tutulub. – Daha nələr nəzərdə tutulub? – Rektorun açılış nitqindən sonra çıxışlar, mənim “15 illik şərəfli yol” adlı təqdimatım, bir neçə kateqoriya üzrə mükafatlandırmalar və s. – Pərvanə xanım, mütaliə ilə aranız necədir? Hansı kitabları oxuyursunuz? – Çox təəssüf ki, son illər mütaliəyə vaxt ayıra bilmirəm. Ancaq rayona gedəndə yol boyu nə isə oxumaq imkanı olur. Bir vaxtlar çox mütaliə edərdim. Kitab kluba üzv olsam da, indiyə qədər aldığım 80-ə yaxın kitabın heç 5-ni başa çatdıra bilməmişım. Amma sevinirəm ki, 11 yaşlı oğlum Turhan vaxt tapan kimi Tolstoyu, Nazim Hikməti, Viktor Hüqonu oxuyur. Mən heç vaxt ondan yadında nə qaldığını soruşmuram. Bilirəm ki, oxuduqları nə vaxtsa köməyinə çatacaq. – Həm də Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin müəllimisiniz. Heç tələbələriniz arasında gələcəyin jurnalistlərini görürsünüzmü? – Təbii ki çox istedadlı, savadlı, dünyagörüşlü tələbələrimiz var. Və inanıram ki, onların arasından gələcəyin çox istedadlı jurnalistləri çıxacaq. Bilirsiniz, indi jurnalistikada uğur qazanmaq, imzanı tanıtmaq olduqca asandır. – Sizcə, niyə? – Yeni medianın açdığı imkanlar, sosial şəbəkələr özünü, imzanı tanıtmaq baxımından əvəzsizdir. İndi istənilən tələbə çox cüzi ödəniş etməklə xəbər saytı aça bilir. Düzdür, tələbələrimizn hamısının jurnalist olmaq fikri olmasa da, onların arasında gələcəyin istedadlarının görürəm. – Düzdür, imzanı tanıtmaq asandır, amma söhbət peşəkarlıqdan gedir. Bu gün peşəkar jurnalistlərimiz, həqiqətən, çoxdurmu? Məsələn, bu qədər saytlar, media məkanı var. Amma peşəkar kadrlar çox azdır. Hərdən universitetləri də qınayırlar ki, səviyyəli jurnalist yetişdirə bilmirlər. Sizcə, yaxşı jurnalist olmaq, doğrudanmı, yaxşı təhsillə bağlıdır? Yoxsa, jurnalistlik də şairlik kimi ilahi bilikdir? – Əlbəttə, təhsil önəmlidir və düşünürəm ki, jurnalistika fakültəsində təhsil alan tələbələrə normal təhsil verilir. Onlar müxtəlif layihələrə, xarici mütəxəssislərin dərslərinə cəlb edilir, təcrübələrini artırmaq məqsədilə, qısa da olsa, müxtəlif ölkələrə göndərilirlər. – Amma... – Amma bu məsələdə bütünlüklə günahı təhsilin üzərinə atmaq düzgün deyil. Jurnalistika fakültəsinin müəllimləri normal təhsil verirlər. Düşünürəm ki, hər bir insan öz üzərində işləməli, siz dediyiniz kimi, xəbər saytlarının bolluğu, yeni medianın açdığı imkanlardan yararlanmağı bacarmalıdır. Təbii ki istedad məsələsi də şərtdir. Ən vacibi isə günahı kimdəsə, nədəsə axtarmaq yox, özündə axtarmaq lazımdır. – Tələbələrə nə məsləhət verirsiniz? Onlar jurnalistikanın sirlərini kimlərdən öyrənsinlər? Nəsir Əhmədli, Qulu Məhərrəmli, Şamil Vəliyev, Cahangir Məmməli... Bu cərgəyə kimləri əlavə edərdiniz? – Siyahını uzatmaq olar. Fakültəmizdə tələbələrə jurnalistikanın sirlərini öyrətməyə layiq olan çoxlu müəllimlərimiz, yeni ruhlu, ənənəvi jurnalistika ilə yanaşı, yeni medianı çox gözəl bilən sanballı kadrlarımız, pedaqoqlarımız var. Mən tələbələrimə məsləhət verərdim ki, auditoriyaya daxil olan hər bir müəllimdən öyrənməyə çalışsınlar. Bundan sadəcə qazana bilərlər. – İki övladınız var. Allah saxlasın. Onların da jurnalist olmağını istərdiniz? – İstəməzdim. Böyük oğlum Turhan olduqca səliqəli, təmizkardır. Uşaq vaxtı onun həkim olacağını düşünürdüm. İndi isə humanitar sahəyə meylləndiyini hiss edirəm. Diplomat olmasını arzu edirəm. Kiçik oğlum Ərhan isə hərtərəfli uşaqdır. Onun atasının davamçısı olacağını düşünürəm - iqtisadçı. - See more at: http://teleqraf.com/news/53509#sthash.S8E1pHQR.dpuf

XƏBƏR LENTİ