Anons

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

3-10-2017, 18:59 -  Elman Nigaran Sumqayıt ŞPİ-nə çağrılıb

26-09-2017, 12:18 - Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

20-09-2017, 11:05 - Xırdalan şəhər 1 saylı məktəblə bağlı iddialar əsasız çıxdı - Araşdırma

18-09-2017, 14:20 - Daha bir varlı oğlu Lexusu ilə yolu keçən piyadanı vurub, öldürdü - QANLI təfərrüat

16-09-2017, 23:46 - DİQQƏT! Paytaxtda profesional oğru peyda olub - FOTOLAR

10-09-2017, 14:58 - Rövnəq Abdulayevin himayəsində olan Qüdrət Şükürov - Milyonların yeyilməsində Hacıbalanın rolu?

“Bərzani cavab verməli olacaq...” - Sabir Rüstəmxanlı

Tarix:18-10-2017, 09:17 Baxış Sayı:126

“Bərzani cavab verməli olacaq...” - Sabir Rüstəmxanlı

Bakunews.az Teleqraf.com istinadla xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlı ilə müsahibəni təqdim edir.

- Sabir bəy, İraq ordusu və İrana bağlı olduğu deyilən Haşdi Şabi qüvvələri Kərkük şəhərini kürd peşmərgədən azad etdi. Bu prosesdə sanki türkmənlər iştirak etmir. Bu haqda nə deyə bilərsiniz?

- Biz Kərkük şəhərinin azad edilməsini böyük məmnuniyyətlə qarşılayırıq. Dünən Kərkük qalasında türkmən bayrağı asılıdı. Mən buna çox sevindim. Təbi ki, bu addımlar daha çox türkmənlərin qorunması niyyəti ilə ediləməyib. Əksinə, Kərkükün alınması İraq mərkəzi hökumətinin maraqlarına xidmət edir. Onlar Kərkük neftini, sərvətlərini əldən vermək istəmirlər. Odur ki, Kərkük azad edildi. Üstəlik, hər kəs gördü ki, Kərkükdə peşmərgə, digər kürd silahlıları hər hansı müqavimət göstərmədən şəhərdən çıxıb getdilər. Çünki onlar əvvəlcədən bilirdilər ki, Kərkük şəhərinin onlara aidiyyəti yoxdur. Sadəcə, əvvəlcə kürdlərin silahı, peşmərgəsi və geniş imkanları var idi. Onlar da bu amildən istifadə edərək daha çox ərazilər ələ keçirmək və Kürdüstan dövlətinin tərkibinə qatmaq istəyirdilər. Şimali İraqda mövcud olan kürd muxtariyyəti özünü müstəqil dövlət elan etdiyi zaman ələ keçirilən torpaqlar onların olacaqdı. Yəni bu dövlət tanındıqdan sonra türkmən, ərəb və digərləri Kərkükə və digər qədim türkmən torpaqlarına iddia edə, bu əraziləri geri ala bilməyəcək. Ona görə də zamanında kürd peşmərgələr daha çox ərazilər tutmaq üçün çalışırdı. İndi hesab edirəm ki, İraq mərkəzi hökumətinin dünən atdığı addım müsbətdir, ancaq bir qədər də gecikmiş addımdır. Əslində, bu addımı Məsud Bərzani referendum keçirdiyi gün atmaq, müqavimət göstərmək lazım idi. Hər halda indi Kərkük şəhəri peşmərgədən, PKK-dan təmizlənib. Güman edirəm ki, bu proses Kərküklə yekunlaşmayacaq və davam edəcək.

- İraq hökuməti Kərkük və Sincarın alınması ilə orduya “dayan” əmri verəcək, yoxsa hərəkətlənmə Mosula qədər davam edəcək?

- Mən hesab edirəm ki, İraq ordusunun irəliləməsi Mosula qədər davam edəcək. Məncə, burada iki ssenari baş verə bilər. Birinci variant budur ki, Məsud Bərzani komandası ilə Bağdad arasında danışıqlar başlanacaq, qan tökülməməsi üçün yollar axtarılacaq və sonda kompromislər əldə ediləcək. Əks təqdirdə İraq hakimiyyəti dövlətin ərazi bütövlüyünü təmin etmək üçün indi müşahidə edilən prosesi davam etdirəcək.

- Kərküklə bağlı İraq ordusunun atdığı addım, alt qatlarda Türkiyə və İranın bu prosesə dəstək verməsi bölgədə yeni kürd dövlətinin qurulmasının qarşısını ala bilərmi?

- Hər halda Bərzaninin boyundan ucaya tullanmaq niyyəti, yəni “əlimdə silahım, silahlı dəstəm var, haranı istəsəm ələ keçirərəm“ düşüncəsini həyata keçirməsi, buna qarşı etirazları nəzərə almaması və öz iradəsini yeritmək istəyi, əslində, kürd xalqı üçün ciddi problemlər yaradır. Bu proses məncə, daha dinc formada getməli idi. Kürdlərin də haqqına, istəyinə hörmətlə və bu bölgədə yaşayan bütün xalqların taleyini düşünərək yanaşmaq lazımdır. Kürdlərin müstəqillik istəyinə hörmətlə yanaşmaq olar, amma onların bu müstəqilliyi Kərkükün, türkmənlərın və ərəblərin hesabına qurmaq istəyi yeni situasiya yaradır. Bu durumda məsuliyyət bütövlükdə Məsud Bərzanin üzərinə düşür. O da buna cavab verməli olacaq.

- İraq ordusunun uğurla irəliləməsinin bir səbəbi kimi iranlı hərbi mütəxəssislərin dəstəyi göstərilir. İraq hökumətində İranın nüfuzu onsuz da az deyil. Hazırda Şimali İraqda baş verən proseslər fonunda Türkiyənin yerini İranın tutacağı nə dərəcədə real görünmür?

- Türkiyənin nüfuzunun zəiflədilməsi istiqamətində dünya çoxdandır ki, çalışır, iş aparır. Söhbət Avropadan və Amerikadan gedir. Onlar müttəfiq olduqları halda Türkiyəyə qarşı addımlar atırlar. Amma Türkiyənin öz siyasətində elə səhvlər baş verir, bəzən elə yanlış addımlar atılır ki... və bunlar, təəssüf ki, ölkənin nüfuzuna zərbə vurur. Bütün bunlara rəğmən, Türkiyə böyük dövlətdir və bu addımlarla onun nə demokratik simasını, nə də bölgədəki nüfuzunu zəiflətmək olmaz. Həm də nəzərə almaq lazımdır ki, İranla Türkiyə fərqlidir. Türkiyə öz demokratik dəyərlərinə görə, əslində bir sıra Avropa dövlətlərindən geridə qalmır. Türkiyənin bu üstünlüyü var. İranda isə başqa problemlər var. İran başa düşür ki, İraqda baş verən “yanğın” sonradan onun ərazisinə sıçraya bilər. Bundan ehtiyat etdiyi üçün də qabaqlayıcı addımlar atır. Mənim düşüncəmə görə, əslində bu dövlətlər həm müsəlman dövlətləridir, həm də tarixən bizə yaxındırlar. Bu ölkələr Avropa və ya Amerikanın təsirini, diktəsini, yaxud təzyqlərini gözləmədən öz aralarında razılığa gəlib bölgədə Avropa Birliyinə oxşar birliyin yaradılması üçün addımlar atsalar, daha ağıllı iş olardı. Əslində, bunu zamanında etmək lazım idi. Suriya, İraq, Türkiyə, İran və digər bölgə dövlətləri arasında sərbəst gediş-gəliş, sıx iqtisadi birlik, ticarət əlaqələri, insan haqları sahəsində gələcəyə yönəlik proseslərə start verilsəydi, dünyanın son dərəcə tarixi strateji nöqtəsi olan bölgəni yeni müstəviyə qaldırmaq olardı. Və elə şərait də yarana bilərdi ki, kənardan kimsə bura müdaxilə etmək haqqında düşünməzdi. Nəzərə almaq lazımdır ki, belə proses zamanında Avropada da baş verib. İndi Avropa hansı səviyyədədir? Təəssüflər olsun ki, bu dövlətlər dediyim məsələni düşünmür. Məhz bunun nəticəsidir ki, Rusiya, Amerika, Fransa və digər ölkələr bölgədə özünü söz sahibi hesab edir. Halbuki bu bölgənin sahibi burada yaşayan xalqlardır. Onlar öz aralarında dil tapmalı idilər. Türkü, ərəbi, türkməni, farsı, azərbaycanlısı dil tapmalı, bir-birinə hörmətlə yanaşmalı idilər. Məncə, bu halda Şərqdə böyük sıçrayış olardı.

- Belə demək mümkünsə, Bərzaninin müstəqillik referendumu, Kərkük planları baş tutmadı və kürdlər arasında nüfuzuna ciddi zərbə dəydi. İlin sonuna qədər Şimali İraq Kürd Muxtariyyətində seçkilər keçiriləcək. Sizcə, Məsud Bərzani seçkilərdə uduzub rəhbərlikdən gedə bilərmi?

- Məncə, bu mümkün variantlardan biridir. Belə bir ehtimal var.

- Türkiyə uzun illərdir ki, Şimali İraq Kürd Muxtariyyəti ilə ciddi siyasi, iqtisadi əlaqələrə malik idi. Son hadisələr fonunda durum necə olacaq?

- Bilirsinizmi, Bərzani, Tələbani və digərləri ideoloji baxımdan bəlkə də Rusiyanın yetirmələridir. Ancaq iqtisadi baxımdan onların hamısı Türkiyənin şinelindən çıxıblar. Onlar Türkiyədə sərbəst gəziblər, oturum imkanları olub, gəlib-gediblər və s. Başqa sözlə, onları Türkiyə ərköyünləşdirib. İndi də onlar öz müəllimlərinin və ya böyüklərinin sözünə baxmırlar. Təbii ki, Türkiyə dövləti də buna sakit baxa bilməz. Hesab edirəm ki, Türkiyə dövləti də müvafiq addımları atır. Hazırda bunun nəticələri görünür. Zənnimcə, yaxın zamanlarda Türkiyə hökuməti İraqın idarəçiliyində qalacaq, kənara torpaq iddiası olmayan bir kürd muxtariyyəti tərəfində dayana, onun iqtisadi inkişafı və yenidən qurulmasına dəstək verə bilər.

- Bundan sonra münasibətlər necə olacaq?

- Hesab edirəm ki, bu münasibətlərin necə olacağını Türkiyə Prezidenti Ərdoğan öz çıxışı zamanı bildirdi. Bərzani barədə “otur oturduğun yerdə” ifadəsini işlətdi. Yəni sənin yerin bəllidir, ondan kənara çıxma.

- Əslində, İraq və Türkiyə İraq hökumətinə dəstək verərək Kərkük məsələsinin həllinə nail oldu. Maraqlıdır ki, Türkiyə və İran Dağlıq Qarabağ probleminin həllində Azərbaycana bu sayaq dəstək verə bilməzmi?

- Mən ümumiyyətlə, bu məsələdə İranın səmimiyyətinə inanmıram. İran öz mənafeyini güdür. Və Azərbaycan türklərinin, elə Türkiyə türklərinin də xeyrinə belə bir addım atmaz. Nə qədər ki, məsələlər İranın xeyrinə və marağına uyğun gəlirsə, o çərçivədə addım atır. Amma onun marağına uyğun gəlməyən yerdə hər zaman xəyanət olacaq.

Müəllif: Cavad

XƏBƏR LENTİ