Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Zeynəb Xanlarova: “Heyf Fədayə Laçından…” – VİDEO

Tarix:2-11-2017, 13:43 Baxış Sayı:684

Zeynəb Xanlarova: “Heyf Fədayə Laçından…” – VİDEO

Millət vəkili, xalq artisti Zeynəb Xanlarovanın APA TV və “Modern.az” saytına müsahibəsi

“Bakı-Tiflis-Qars dəmir yolu xəttinin işə düşməsi üçün çox sevindim. Mübarək olsun! Mənim Prezidentim ağıllı Prezidentdir. O, bilir nə edir. Biz Prezidentimizin yolu ilə gedirik”. Bu fikirləri xalq artisti, millət vəkili Zeynəb Xanlarova deyib.

O, 1969-cu ildə Qarsa səfər etdiyini xatırladıb.

“Türkiyədən gələn qonaqlar bizim dostlarımızdır, hətta qardaşlarımızdır. Dünən televizora baxırdım, Qars sözünü eşidəndə bilirsiniz yadıma nə düşdü? 1969-cu ildə ilk dəfə Azərbaycandan Türkiyəyə səfər etmişəm, ilk dayanacağımız isə Qars olub. İndi Qars deyəndə duyğulandım ki, nə yaxşı yollar açıldı. İnsanlar daha rahat gedib-gələ biləcəklər”.

Millət vəkili siyasətdən danışmaq istəmədiyini deyib və bildirib ki, incəsənətdən danışmaq çoxsaylı tamaşaçısı auditoriyası üçün daha maraqlı olar.

“Sənətçi gündəmə sənətlə gəlməlidir. Eləcə də özünə hörmətlə, xalqa hörmətlə gündəmdə olmalıdır. Sənət adamı ancaq özü üçün yaşamır. Çünki o, qiyməti xalqdan alır. Ona görə də xalqın qarşısında baş əyməlidir. Özlərini yuxarıdan aparmamalıdırlar. Bəzən deyirlər ki, “toyxana müğənniləri” və sair. Axır bunlar da bir yolla qazanmalıdırlar. Bu toya getməsə, acından öləcək axı. Mən müəllim görmüşəm ki, süpürgəçilik edir”.

Zeynəb Xanlarova bir aydan çoxdur ölkədə olmadığını, bu səbəbdən haqqında çox söz-söhbətlər gəzdiyini deyib:

Xarici ölkədən təzə gəlmişəm. Mən olmayanda mənim üçün də çox söz danışırlar. Axı mənim də başım, dişim ağrıya bilər. Bəyəm insan deyiləm? Bir ay burada olmadım. İzmir, Ankara , İstanbulda konsertim olacaq. Mən bu işlərlə məşğul olan adamam. Gəlib görürəm ki, uşaqlarım, gəlinlərim , nəvələrim qarışıb bir-birinə. Söz-söhbət yayıblar ki, guya Zeynəb Xanlarova xəstədir.

Zeynəb Xanlarova müasir müğənnilərin ifa etdiyi mahnıların qısa müddətdə unudulmasının səbəbini açıqlayıb:

“Hərə bir şey quraşdırıb oxuyur. Sonra da deyirlər ki, “toyxana mahnıları”, nə bilim bayağı mahnılar-filan. Yazan yoxdur, bəstələyən olsa, onlar da oxuyarlar. İndi Qara Qarayevi tapmaq olar? Fikrət Əmirovu tapmaq olar? Bunlar hamısı getdilər. Musiqi əsəri yazanlar onlar idi. Cahangir Cahangirovun əsərləri var idi. Mənə desinlər beş saat dayanmadan ifa et, edərəm. Yoxsa danışmaqla aram yoxdur. Əslində hazırlaşmışdım ki, bu gün plenar iclasda çıxış edim. Amma imkan olmadı. Gündə 5 dəfə düyməni basırlar, xalqa da xeyri olmur. İnanın ki heç bir xeyri də yoxdur o danışıqların”.

Zeynəb Xanlarova Türkiyədə üzləşdiyi maraqlı bir faktı açıqlayıb.

“Küçədə bir oğlan dayanıb şabalıd satırdı. Elə bil qanım çəkdi. Hiss elədim ki, o azərbaycanlıdır. Özümü o yerə qoymadım. Eynəkdə idim, soyuq olduğundan papaq da qoymuşdum. Yanımdakı qıza dedim ki, gəl bundan şabalıd alaq. Çox gözəl uşaq idi. Şabalıd aldım, amma bizdən pul almaq istəmədi. Sadəcə dedi ki, çox sağ olun, Zeynəb xanım. Yaşı 35-40 yaş arası olardı. Dedi, azərbaycanlıyam. Çox təsirləndim. Soyuqda tüstü gözlərinə dola-dola şabalıd qovururdu. Dedi ki, ali təhsilli müəlliməm. İnstitutu bitirəndə xahiş etdim ki, məni öz rayonumuza müəllimlik etməyə göndərsinlər. Amma pulum olmadı. Mən də məcbur qalıb bura gəldim. Dedi ki, Zeynəb xanım sabah burdan keçsəniz, görəcəksiniz ki, mənimlə birgə neçə həmyerlimiz buradadır. Atam anam məni evləndirdi, indi ailəmi, uşağımı məcburiyyətdən qoyub gəlib işləyirəm. Günə bizim pulla 10 manata işləyir. Dedim qışda da burada dayanırsınız? Təsdiqlədi. Bir də əlavə etdi ki. Zeynəb xanım, mən yaxşıyam. Burada elə həmyerlilərimiz var ki, müəllimdir, süpürgəçilik edirlər, ayaqyolu təmizləyirlər. Axı mənim xalqım niyə bu günə qalsın? Çünki, Prezidentə düz informasiya vermirlər. Mən əziz Prezidentimlə görüşəndə deyir ki, ən düz sözü sən deyirsən. Deyirəm ki, mən xalqın içindən çıxmışam. Mən deməyim, sən demə, bəs kim deyəcək?”

Zeynəb Xanlarova Milli Məclisdə qaldırdığı məsələlərin həllini tapmadığını deyib.

“Bilirsiniz o məsələlər necə həllini tapır? “Dırnaq içində”. Elə həmən hasardır, həmin evlərdir. Heç kim sökməyib, necə vardı, eləcə də qalıb. Onlar bünövrəni elə qurmayıblar ki, söksünlər.

Millət vəkili insanların dinə meyllənməsinin sovet dövrü ilə müqayisədə daha səmimi olub-olmadığı barədə sualı belə cavablandırıb:

“İndi mənim səndən sənə şikayətim var. Sovetin dövründə kimin nə ixtiyarı vardı ki, boynuna qızıl salsın, sırğa taxsın? İndi heç kəsin vecinə də deyil. Adam da öldürürlər. Maşınları alıb verirlər uşaqlarına, adam vururlar. Hər kəs öz işindədir. Bir mənim deməyimlə heç nə düzəlməyəcək. Əyri boyun düzələn deyil. Demişdim də hasarları söksünlər. Niyə eləmədilər? Dinə gəlsək, indi kim istəyir öz istəyi ilə başını bağlayır, o adama nə demək olar? Çılpaq gəzmir ki, lüt gəzmir ki. Başını örtür də”.

Zeynəb Xanlarova son zamanlar bəzi müğənnilərin adlarının kriminal aləmlə hallandığı məsələsinə də münasibət bildirib.

Vallah, xəbərim yoxdur. O, qızı deyirsiniz, hə? Fədayə Laçın. Fədayə yaxşı oxuyandır. Heyf. Ona nə olub? O oxuyanda xoşum gəlir. Özü də deyəsən Zəngilandandır? Yox, Laçındandır, yadıma düşdü.

XƏBƏR LENTİ