Anons

10-01-2018, 15:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 10:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

26-12-2017, 09:57 - Rəhim Qazıyev saxlanılıb

22-12-2017, 10:02 - Sözün bitdiyi Neftçala təhsil ocağı – 1 saylı məktəbin direktoru Ülviyyə Abdulayeva susur...

19-12-2017, 22:42 - Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi

1-12-2017, 08:52 - Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

SEVİLƏN VƏ SEVƏN VƏTƏNDAŞ OLMAQ XOŞBƏXTLİYİ

Tarix:29-12-2017, 18:01 Baxış Sayı:51

SEVİLƏN VƏ SEVƏN VƏTƏNDAŞ OLMAQ XOŞBƏXTLİYİ

Deyirlər, gözəl mahnı da məhəbbət kimidir, qəlbin dərinliklərindən süzülür, insanın iliyinə hopur, varlığına hakim kəsilir...

Hər dəfə Azərbaycan Respublikasnın xalq artisti Fidan Hacıyevanın ifasında qəlbi isidən nəğmələri dinləyəndə onunla həmsöhbət olmaq arzusu keçirdi ürəyimdən. Xüsusən yaratdığı Karmen obrazı müasir incəsənətimizdə öz yeri olan fenomen kimi məni daha çox cəzb edirdi.

Nəhayət, bu arzum da gerçəkləşdi və xalq artisti, DİN Daxili Qoşunlarının Nümunəvi-göstərici Hərbi Orkestrinin hərbi dirijoru-mahnı ansamblı rəisinin müavini, baş leytenant Fidan Hacıyeva ilə həmsöhbət oldum.
SEVİLƏN VƏ SEVƏN VƏTƏNDAŞ OLMAQ XOŞBƏXTLİYİ

Öyrəndim ki, 19 yaşında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında müsabiqəyə qatılıb, qalib kimi bu sənət məbədinin solisti olub. Belə yüksək etimad o vaxta qədər bu yaşda heç kəsə nəsib olmamışdı. İlk dəfə “Koroğlu” operasında Xanəndə qızın obrazını canlandırıb. İkinci rolu Jorj Bizenin eyniadlı operasında Karmenin rəfiqəsi Mersedes olub. Dediyinə görə, “Karmen”də uğur qazanmaq üçün fransız dilini və flamenko rəqslərini öyrənib, az qala taqətdən düşənədək məşq etməli olub. Hətta obrazı daha dərindən dərk etmək üçün vətəni Əndəluza da gedib çıxıb. Beləliklə, artıq 21 yaşında Akademik Opera və Balet Teatrının böyük səhnəsində Karmen obrazını canlandırıb, “ən gənc Karmen” olub.

Sənətçi “Karmen” operasının ona həmişə uğur gətirdiyini və bu əsərin hətta onun ailə uğuru olduğunu da deyir. Çünki həyat yoldaşı ilə tanışlığında xüsusi yeri məhz bu opera tutub.
SEVİLƏN VƏ SEVƏN VƏTƏNDAŞ OLMAQ XOŞBƏXTLİYİ

Sonrakı illərdə Fidan xanım Cüzeppe Verdinin “Aida” operasında Amnerisin, “Trubadurda” dramatik bir obraz olan Azuçenanın ariyalarını ifa edib. Səsinə valeh olan italyanlar onu 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən beynəlxalq müsabiqəyə dəvət ediblər. Opera müğənnisi həmin müsabiqədə də qalib olub.
Bir çox ölkələrdə müsabiqələrin laureatı olan şöhrətli həmkarımız vətənpərvərlik mövzusunu heç vaxt yaddan çıxarmır. Hələ uşaq yaşlarından doğma musiqimizə hədsiz sevgi ruhunda böyüdüyü üçün bu məhəbbəti, bu istəyi sonradan ölməz klassik musiqini dərindən anlamağa və qavramağa imkan verib.
Dəfələrlə cəbhə bölgələrində, hərbi hissələrdə geniş konsert proqramları ilə çıxış edib. Düz 11 il müddətində Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mahnı və Rəqs Ansambılının baş solisti kimi tez-tez cəbhə bölgələrində əsgərlərimizə mahnılar ərmağan edib. Fəxrlə dedi ki, bu cür tədbirlər həqiqətən də hərbi qulluqçularımızın döyüş əzmini yüksəldir, qələbəyə inamını artırır.

Bir neçə ildir ki, DİN Daxili Qoşunlarında çalışır. Daxili Qoşunlarda xidməti ilə fəxr edir, hərbi rütbəni daşımaqdan qürur duyur. Fəaliyyəti haqqında danışarkən vurğuladı ki, Daxili Qoşunların hərbi orkestri Azərbaycan Dövlət Simfonik Orkestrindən sonra ikinci belə peşəkar kollektivdir. Bir neçə ay bundan öncə elə bu kollektivlə birgə Belarusun 100 illik yubiley şənliklərində çıxış edib.
SEVİLƏN VƏ SEVƏN VƏTƏNDAŞ OLMAQ XOŞBƏXTLİYİ

Öyrəndim ki, repertuarında sırf klassik əsərlər deyil, estrada və caz musiqiləri, bəstəkar və xalq mahnıları, milli ruhlu marşlar da mühüm yer tutur.
Daxili Qoşunların sıralarına qəbul olunandan sonra xarakteri də, yaradıcılığa bağlılığı daha da güclənib. Özündə tükənməz enerji hiss edir. Gənc vokalçıların yetişməsi üçün pedaqoji fəaliyyətlə də məşğuldur Fidan xanım. 2016-cı ildə gerçəkləşdirmək istədiyi Musiqi Mərkəzini yaradıb.

Sənətçinin əsas məqsədi tələbələrinə dərs keçmək üçün tədris yeri yaratmaq olub. Bu səbəbdən də vokal sənəti və klassik musiqilərin tədris olunmasına xidmət edən mərkəzdə əlavə olaraq caz, klassik estrada, fortepiano, saksafon, skripka və gitara ixtisasları da tədris olunmağa başlanıb. Mərkəz bu ildən "Fidan Hacıyeva adına Vokal Musiqi Mərkəzi" adlandırılıb.

Yetirmələrinə ən çox Azərbaycan mahnılarını ifa etməyi öyrədir ki, mədəniyyətimizi dünyada təbliğ etmək imkanları daha da çoxalsın. Və bu repertuarlar vətənpərvər ruhlu mahnıların hesabına get-gedə genişlənir. Sənətinin başlıca qayəsi kimi düşünür ki, hər zaman vətənin müdafiəçilərinə deyəsi sözü-onların qarşısında oxumaq üçün hərbi-vətənpərvərlik mövzusunda çoxlu mahnıları olmalıdır.

- Mahnı, bəstəkar sarıdan çətinlik çəkirsinizmi - sualımıza cavabında operamızın bənzərsiz ulduzu dedi ki, gözəl, keyfiyyətli musiqini sevir, onun hansı janra aid olması bir o qədər də önəmli deyil. Çox istedadlı bəstəkarlarla işləyir. Bu yaxınlarda E.Həsənovun və V.Əzizin “Vətənimdir” adlı əsərinə səhnə həyatı verib. Hazırda isə DİN Daxili Qoşunlarının Nümunəvi-göstərici Hərbi Orkestrinin rəisi-baş hərbi dirijor, respublikanın əməkdar artisti, polkovnik-leytenant İlqar Novruzovun “Ana səsi” əsəri üzərində işləyir.

Söhbətimiz boyu çox mətləblərə toxunduq. Hiss etmədən münasibətlərimiz də istiləşdi. Söz dönüb-dolanıb ailədən düşəndə, elə bil ürəyimi oxuyurmuş kimi növbəti sualımı verməyə macal tapmamış özü cavabını verdi. Dedi ki, ailə qurduğu Böyük Britaniya vətəndaşı Fillip ona xaricə köçməyi təklif etsə də o, vətənsiz yaşamağı ağlına belə gətirməyib. Elə bu cavabı, əslində, həyat yoldaşının da ürəyincə olub. Cünki o, artıq Azərbaycanı ikinci vətəni kimi sevir. Üç övladları var. İki adla - həm ingilis, həm də Azərbaycan adları ilə çağırırlar. Corciniya Xəyalə, David Davud, Çarls isə həm də Emindir. Ailədə Azərbaycan ab-havası hökm sürür...
Çoxdan fikrimdə canlandırdığım söhbət baş tutdu. Uzun müddət sevilən sənətkarımızla olan görüşümüzün xoş təsirində idim. Bu qədər də sadə və istiqanlı təsəvvür etmədiyim Fidan xanım bəzi ulduz xəstəliyinə tutulanlardan fərqli olaraq araya heç bir əda qoymadan bütün suallarımı cani-dildən cavablandırdı. Hələ bişirdiyi mürəbbələrin də dadına baxdıq.

...Son baharın sığal çəkdiyi şəhərə buludlardan nur ələnir. Duyğular isə bu dəfə mənim özümü sorğulayır. Düşünürəm, görəsən, sənətkarın bu qədər sevilməsinin bir sirri də onun öz sevgisini paylaşa bilməsində deyil ki?!

Xəyalə Məmmədova,
DİN Mətbuat Xidmətinin əməkdaşı

XƏBƏR LENTİ