Anons

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

''Namuslu, şərəfli Azərbaycan qadınını qorumaq mənim borcumdur'' — ''Drakon'' qalmaqallı videodan danışdı /VİDEO

Tarix:6-02-2018, 14:47 Baxış Sayı:754

''Namuslu, şərəfli Azərbaycan qadınını qorumaq mənim borcumdur'' — ''Drakon'' qalmaqallı videodan danışdı /VİDEO

"Dolu" filminin məşhur aktyoru, Drakon rolunun ifaçısı Rza Rzayev məktəb direktorunu hədələməsindən danışıb.


Aktyor "Ölkə.Az"-ın əməkdaşıyla söhbətində bildirib ki, 220 nömrəli məktəbin direktoru Tural Mirzəyevin müəllimlərə qarşı etdiyi qeyri-etik hərəkətlərə görə bu addımı atıb:

"Sözsüz ki, mən bir azərbaycanlıyam və hər kəs də bilir ki, mühafizəkar insanam. Cəmiyyətin, kişilərin borcudur ki, qadınları qorusun. Bu direktor məktəbdə bir neçə qadın müəllimləri tək-tək yanına çağıraraq, onların adının mənasını soruşub. Əgər bu adam özü dediyi kimi filoloqdursa, hamını bir yerə yığıb adlarının mənasını soruşa bilər. Ancaq o, gənc qadın müəllimləri yanına çağırıb, adının mənasını soruşur, durub kompüterdə baxıb deyir ki, sənin adının mənası gözündən od-atəş yağan deməkdir. Bəzilərini çaya dəvət edir. Yəni, bir sözlə başqa məqsədlər güdürmüş.

Rza Rzayev bildirib ki, direktor məktəbdə qanunsuz pul yığdırırmış:

"Həmin müəllimlər mənim ailə üzvüm, ibtidai siniflər üzrə direktor müavini olan Zeynəb xanıma gəlib deyiblər ki, artıq direktorun otağına getməyəcəyik. Çünki bu bizə belə suallar verir. Zeynəb xanım bununla bağlı ona deyib ki, siz gənc adamsınız, amma biz on beş ildir burada işləyirik, etik qaydalara riayət edin. Sonra direktor mənim ailə üzvümdən hazırlıq pullarının yığılmasını tələb edib. Bildirib ki, bu, qanunidir və Bakı Şəhər Baş Təhsil İdarəsi ilə danışmışam. Ailə üzvüm həmin pulların ilk ayını yığandan sonra direktora deyib ki, baş idarəylə olan müqaviləni verin mənə. Direktor bildirib ki, belə müqavilə yoxdur, şifahidir. Zeynəb xanım bildirib ki, bu qanunsuzdur, kimdənsə pul yığa bilmərəm.
''Namuslu, şərəfli Azərbaycan qadınını qorumaq mənim borcumdur'' — ''Drakon'' qalmaqallı videodan danışdı /VİDEO

Orada Gülşən adlı təsərrüfat müdiri var. Həmin pulları da o yığır. Müəllimlərin telefon danışıqları var. Həmin danışıqların səs yazısı da mövcuddur. Məktəbin 3-4 müəllimi binada təmir işləri gördürüblər. Sonradan direktorun yanına gediblər ki, demişdiniz hazırlıq pullarından sizin pulunuz veriləcək. Əgər belədirsə, hazırlıq pullarından öz pulumuzu götürürük. Direktor Zeynəb müəlliməni çağırıb deyib ki, sənin müəllimlərin özlərini yaxşı aparmırlar. Sonra məktəbdə başqa qanunsuz hərəkətlər baş verib. Məsələn, hansısa firma məktəbin bütün siniflərinə direktorun icazəsiylə elanlar paylayıb. Müəllimləri məcbur edib aktlaşdırıblar ki, guya Zeynəb xanım belə bir şərait yaradıb. Ancaq telefon danışıqlarında da deyilir ki, həmin izahatı onlara direktor zorla yazdırıb".

Tanınmış aktyorun sözlərinə görə, artıq baş verənlərlə bağlı polis bölməsinə dəvət edilib və izahat verib:

"Artıq gedib izahat vermişəm, heç bir problem yoxdur. Hər bir namuslu, şərəfli Azərbaycan qadınını qorumaq mənim borcumdur. Həmin borcumu bu günə qədər layiqli şəkildə yerinə yetirmişəm, bu gündən sonra da yerinə yetirəcəyəm. Hər bir şərəfli Azərbaycan qadını, bizim anamız və bacımızdır. Buna görə hansı qanun pozuntusuna yol vemrişəmsə, peşman deyil. Ən ağır cəzanı da almağa hazıram".

Qeyd edək ki, musavat.com saytının yaydığı görüntülərdə Rza Rzayev qohumunun işdən çıxarılmasına etiraz edir və bu qərarını dəyişməsi üçün direktora vaxt verir, əks halda onu özünün cəzalandıracağını bildirir.

XƏBƏR LENTİ