Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Deputat: "Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var" - MÜSAHİBƏ

Tarix:15-11-2018, 13:25 Baxış Sayı:112

Deputat: "Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var" - MÜSAHİBƏ

Azərbaycan Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Böyük Britaniya parlamentində təşkil olunmuş Ümumdünya Qadınlar Konfransında iştirak etmək üçün Londona səfər edib. Bu konfransda parlamentarilər qadın liderlərin fəaliyyətinin gücləndirilməsi, qadın parlamentarilərin öz parlamentlərində mümkün qədər səmərəli və nüfuzlu olmalarının yolları haqqında müzakirələr aparıblar.

- Konfrans haqqında məlumat verərdiniz...

- Konfrans iştirakçıları hazırda bütün qadın parlamentarilərin üzləşdiyi, mübarizə apardığı problemləri müzakirə edir: siyasətdə qadın olmaq nə deməkdir, bu yolda olan maneələri necə dəf etmək lazımdır, səmərəliliyi necə artırmaq olar, qadınların siyasətdə daha çox təmsil olunmasını necə təmin etmək mümkündür və sair.

Həmçinin konfransda qızların təhsili, qadınlara qarşı zorakılıq, qadınların iqtisadi müstəqilliyi və ailə-siyasi karyera məsələlərini müzakirə etdik. Bu konfrans dünyanın bütün qitələrindən, müxtəlif dinlərindən, mədəniyyətlərdən, haqlarını müxtəlif yollarla əldə edən, lakin eyni dəyərləri və bənzər çətinlikləri paylaşan qadınları birləşdirib.

- Konfransda öyrəndiklərinizi Azərbaycanda istifadə edəcəksinizmi?

- Bütün dünyada qadınlar hər zaman siyasətdə daha çox təmsil olunmaq, ümumiyyətlə, bərabər hüquqlar uğrunda mübarizə aparır. Bu il Azərbaycanda qadınların seçmək və seçilmək hüququnu əldə etməsinin 100-cü ildönümünü qeyd edirik. Odur ki, ölkəmizdə qadın hüquqları mövzusu uğur hekayəsi hesab oluna bilər.

Amma digər ölkələrin təcrübəsi də çox qiymətlidir. Konfransdakı bütün müzakirələrin ana xətti ondan ibarət idi ki, coğrafi məkan və milliyyətindən asılı olmayaraq, qadınlar özlərinə daha çox inanmalıdırlar. Biz ailəsi olan qadınların da özlərini kişilər qədər işə həsr edə biləcəklərini sübut etmək ehtiyacı duyuruq. Daha çox etimada, gender ayrı-seçkiliyini aradan qaldırmağa ehtiyac var.

- Britaniyalı qadın deputatların siyasətdəki mövqeyi haqqında nə düşünürsünüz?

- Hesab edirəm ki, britaniyalı qadın deputatlar bərabər hüquqlar uğrunda mübarizəyə çox sadiqdirlər. Onlar həm uğurlu siyasətçi, həm də ana kimi gözəl nümunədirlər.

- Bəs Azərbaycan siyasətində gender balansı necədir?

- Ölkəmizdə qadın hüquqlarının bizim üçün dəyərli olan uzun tarixi irsi var. O, qorunur və gündən-günə inkişaf etdirilir. 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti dövrü qabaqlayan çox mütərəqqi qərar vermişdi - müsəlman Şərqində ilk dəfə qadınlar da kişilərlə bərabər seçmək və seçilmək hüququ qazanmışdılar.

Ənənəvi olaraq qadınlar təhsil, elm, səhiyyə və mədəniyyət sahələrində daha çox təmsil olunur. Lakin bu gün dövlət dəstəyi sayəsində qadın məmurların, hüquq-mühafizə orqanı işçilərinin, siyasətçilərin və ictimai xadimlərin sayı artmaqdadır. Ölkəmizin birinci vitse-prezidenti qadındır, qadın deputatların sayı hər seçkidə daha da çoxalır. Azərbaycanda qadınlara qapalı, yaxud əlçatmaz olan heç bir fəaliyyət sferası yoxdur. Qadın hüquqları Konstitusiyada təsbit olunub və dövlət siyasətində əksini tapıb. Odur ki, bizim sadəcə, qadınların arzularına ehtiyacımız var./milli.az/

The London Post, Böyük Britaniya

15.11.2018

Müəllif: Şahid Qureşi

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

XƏBƏR LENTİ