Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Həyatda yer tutmaq üçün valideynlərimi bağışladım - MÜSAHİBƏ

Tarix:23-11-2018, 13:00 Baxış Sayı:133

Həyatda yer tutmaq üçün valideynlərimi bağışladım - MÜSAHİBƏ

Heç bir valideynin haqqı yoxdur ki, uşaqlarını internat evinə atsın. Mən və bacı-qardaşlarım başqa atası-anası olan uşaqlar kimi orta məktəbdə təhsil alıb, universitetə daxil ola bilərdik...

Bu sözləri üç yaşından valideynləri tərəfindən tərk edilərək dövlətin himayəsinə verilən Seymur Kazımlı Oxu.Az-a müsahibəsində deyib.

- Seymur bəy, harada anadan olmusunuz? Neçə yaşınızda dövlətin himayəsinə verilmisiniz?

- Mən 1992-ci ildə Lənkəranda anadan olmuşam. Ailədə səkkiz uşaq - altı qardaş, iki bacı olmuşuq. Üç qardaşım, iki bacım və mən valideynlərimiz tərəfindən Lənkəranda Osman Mirzəliyev adına internata verilmişik. Üç yaşım olsa da, uşaq evinə verildiyim anı xatırlayıram.

Bir gün anam qardaşımla məni geyindirib, internata gətirdi. Orada bizi internatın direktoru Nazilə adlı qadın qəbul etdi. O, anama baxdı və dedi ki, sən yenə iki uşaq gətirmisən? Anam susdu. Anamızın bizi orada qoyub gedəcəyini hiss etmişdik. Qardaşımla anamı qucaqladıq və ağladıq. Çünki ayrılmaq istəmirdik. İşçilər dedi ki, ananız mağazaya gedib, gələcək. Gözlədik, amma anam geri qayıtmadı.

- İnternatda günləriniz necə keçirdi?

- Bacı-qardaşlarımla oradakı uşaqlarla oynayırdıq. Amma həmişə gözümüz qapıda idi. Hər qapı açılanda valideynlərimiz gələr deyə, boylanırdıq. İnternatda xoş günlərimizlə bərabər, acılı xatirələrimiz də var.

Bir dəfə acdığım üçün yeməkxanadan icazəsiz çörək götürdüm. Direktor və müəllim məni döydü. Taxtanın üstündə yatırtdılar. Müəllimlərin verdiyi tapşırığı həll etmədikdə axşam yeməyindən məhrum olurduq.

- Valideynləriniz sizi görməyə gəlirdilər?

- İnternatda valideynlərə uşaqlarını görməyə icazə verilirdi. Bizim valideynlərimiz də bizi görməyə ildə bir dəfə gəlirdilər. 2002-ci ildə atamızın vəfat etdiyini öyrəndik. Əmim atamız rəhmətə getdiyinə görə icazə aldı və biz yas yerinə getdik. Anam ağlayırdı.

Biz atanın nə olduğunu bilmədiyimiz üçün onun ölümünü dərk edə bilmirdik. Atamın ölümündən iki il sonra əmim bizi Bakı şəhərində 10 saylı internat məktəbinə yerləşdirdi.

- Müsahibəyə başlamadan əvvəl dediniz ki, heç bir valideynin haqqı yoxdur ki, uşağını dövlət himayəsinə versin. Siz valideynlərini bağışlamısızmı?

- Biz uşaqlığımızı yaşamadıq. Bəli, fikrim dəyişmir. Heç bir valideynin haqqı yoxdur ki, uşaqlarını internat evinə atsın. Çünki uşaqlar safdır, məsumdur. Körpələr ata-ana qayğısı ilə böyüməyə layiqdir. Bizim orada qaldığımız uşaqların əksəriyyəti valideynləri müharibədə vəfat edənlər idi. Əvvəllər valideynlərimi daha çox günahlandırırdım ki, mən niyə internat evində böyümüşəm?

Başqa atası-anası olan uşaqlar kimi, orta məktəb oxuyub, universitetə hazırlaşa bilərdim. Valideynlərimizi çox günahlandırdıq, amma indi isə o hissləri bitirmişik, bağışlamışıq. Atam-anam sağ olmasa da, bağışlamışıq ki, həyatda özümüzə yeni yer tutaq. Onları fikirləşsək, keçmişlə yaşayacağıq. Bu həyatda atasız-anasız da yaşamaq olar. Yetər ki, iradən möhkəm olsun.

- Sizi övladlığa götürmək istəyən olubmu?

- Bəli. Dəfələrlə məni, qardaşımı övladlığa götürmək istəyənlər olsa da, razı olmadıq. Onsuz da internatda qapalı mühitə öyrəşmişdik. Yenidən tanımadığımız insanların mühitində yaşamaq istəmirdik.

- Uşaq evindən çıxdıqdan sonra nə işlə məşğul oldunuz?

- İnternat uşaq evindən sonra həyata adaptasiya çox çətin idi. Hərbi xidmətə gedib gələndən sonra kimlə dostluq, yaxınlıq edəcəyimi bilmirdim. “Kimin dostu olacağam?”, “Kim mənim dostum olacaq” kimi suallar məni düşündürürdü. Daha sonra Bakı Peşə Liseyinə daxil oldum. Bununla da cəmiyyətə doğru ilk addımı atdım. Həyatımda birinci dəfə idi ki, valideyni olan uşaqlarla birlikdə təhsil alırdım. Keçirdiyim qorxu hissini izah edə bilmirəm.

- Başqa bir sənət öyrənmisizmi? Hazırda hansı işlə məşğulsunuz?

- Usta yanına getdim və iki il gül yığmaq, maşın bəzəməyi öyrəndim. Böyük qardaşım ailə həyatı qurmuşdu, digər bacı-qardaşlarım onunla qalırdı. Sonra işlədim, kirayə ev tutduq, birlikdə yaşadıq. Biz taleyimizlə barışmışdıq. Bir dəfə İnternat uşaq evi məzunları üçün fəaliyyət göstərən “İnternat məzunlarının sosial inteqrasiyası” gənclər ictimai birliyi barədə öyrəndim.

Oraya üzv oldum. Oranın sədrinin köməyi ilə bütün həyatım dəyişdi. Təlimlərdə iştirak etdim, düşərgələrdə olduq, psixoloji görüşlər oldu. Dostlar qazandım. İnternat uşaqları ilə danışır, söhbətləşirdik.

Onlardan bəziləri deyir ki, həyatdan elə bir travma almışam ki, gələcəyə addım atmağa qorxuram. Məncə, insan bir addımı atmaq üçün cəsarətli olmalıdır. Yaşadığım çətinlikləri, taleyimi yaşayan insanlara demək istəyirəm ki, insan istəsə, həyatını dəyişə bilər.

- Seymur bəy, hazırda bacı-qardaşlarınızla əlaqəniz varmı?

- Hamısı ilə əlaqəm var. Əksəriyyəti ailə həyatı qurub. Mehribanıq. Hamımız bir-birimizin görüşünə gəlirik.

- Həyat yoldaşınızla necə tanış oldunuz?

- Mən xarici dil kurslarına gedirdim. “İnternat Məzunlarının Sosial İnteqrasiyası” təşkilatı ilə Astara düşərgəsinə getdim. Orada Mahirə (həyat yoldaşı) xanımı gördüm. Tanışlığımızın ilk günü orada başladı. Sonra bu danışıq davam etdi, bir-birimizi tanıdıq. Ailə həyatı qurmaq mənə çətin idi. Çünki ata-ana qayğısı görməmişdim.

Bütün çətinlikləri gözə aldım və ailə həyatı qurduq. Mahirə evin tək qızıdır. İlk vaxtlar ailə qurmağımıza razı deyildilər. Bizim sevgimizi gördükdən sonra razılaşdırlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi”ndən bəy kimi çıxdım. Həyat yoldaşımla aramızda heç vaxt maddiyyat söhbətləri olmayıb.

Bütün çətinlikləri birlikdə aşdıq. Hər şeyi bir yerdə həll edirik. Hazırda gül mağazam var. Xoşbəxtik. Artıq bir ailəyik. Damla adlı bir qızımız var. İndi həyatda təkcə bir prinsipim var: özüm yaşamadığım həyatı qızıma verim.

Qəhrəmanım Seymur kimi həyatlarını müsbətə doğru dəyişmək istəyən yüzlərlə uşaq və yeniyetmə var. Onlara kiçik ümid əli uzatmaq bu uşaqlara böyük imkanlar aça bilər.

XƏBƏR LENTİ