Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Valideynlər, uşaqların əsəbi olmasının səbəbkarı sizsiniz - Müsahibə

Tarix:25-11-2018, 11:48 Baxış Sayı:61

Valideynlər, uşaqların əsəbi olmasının səbəbkarı sizsiniz - Müsahibə

Xəyalə Məmmədova: “Dəfələrlə olub ki, uşağı gətiriblər, valideynə müalicə yazmışam”

İndiki uşaqların daha əsəbi olması ilə bağlı fikirlər tez-tez səsləndirilir, səbəbləri isə heç də həmişə müzakirə mövzusu olmur. Mövzu ətrafında nevroloq Xəyalə Məmmədovailə söhbətləşdik. Söhbət zamanı bu qənaətə gəldim ki, "uşaqlar ailənin güzgüsüdür” fikrinə bir az psixoloji tərəfdən də baxmaq mümkündür. Çünki ailədə necə münasibət qurulursa, uşaq da yaşıdları arasında özünü elə aparır, böyüklərə qarşı da o reaksiyanı göstərir.

- Deyirlər ki, ehtiyac olmadığı təqdirdə, xəstələrə dərman yazmırsınız, yaxud çox az dərman təyin edirsiniz. Bizdə isə həkimə gedəndə böyük resept yazılması gözlənilir. Dərmanı hansı hallarda təyin edirsiniz, hansı hallarda yox?
- Tam olaraq dərman təyin etmədiyimi deyə bilmərəm. Xəstədəki patologiyaya uyğun dərman təyin olunur. Bizdə çox adam böyük resept yazılmasını istəyə bilər, amma mən bu cür işləmirəm. Məsələn, körpə uşaqları yuxu pozulması səbəbi ilə gətirirlər. Əslində, sırf insomniyaya (yuxu pozulması) daha çox uşaqlarda rast gəlinir. Çünki böyüklərdə yuxunun pozulmasını digər problemlərlə əlaqələndiririk. Amma uşaqlarda yuxunun pozulması daha çox valideynlərin onları düzgün yuxu rejiminə öyrətməməyindən qaynaqlanır. Özləri uşaqların rejimini pozurlar. Ata-ananın işini bitirib onu yatırmağını gözləyəndə, uşaq əlbəttə, yatmayacaq, gecə narahat olacaq. Yaxud, analar adətən, bir yaşına qədər gecə də süd verirlər. Uşaq reflektor olaraq bu rejimə öyrəşdiyi üçün acır və gecə oyanır. Bu, yuxu pozulması deyil. Bu kimi hallarda dərman preparatı təyin etməyə qarşıyam. Çünki bunu özümüz düzəldə bilərik. Uşaqların yuxu rejimini qaydaya necə salmalı olduqlarını izah edirəm. Məsələn, yatmazdan əvvəl uşaqlar açıq havada olmalı, çox hərəkətli oyunlar oynamamalıdırlar. Yuxuya yaxın vaxtı daha sakit, rahat keçirməlidirlər. Bir az böyük yaşlardadırlarsa, axşam yatmağa doğru qorxulu filmlərinə baxmasınlar. Bunları izah edirəm. Yuxu pozulması olmadığı halda, dərman təyin edə bilmərəm. Bu kimi hallarda dərman təyinatı ümumiyyətlə, nə dərəcədə effekt verəcək?

- Valideynlər belə məqamlarda dərman yazılmasını tələb edirlər?
- Bəli, özlərinin tənbəlliyindən bunu edirlər. Deyirlər ki, ay həkim, kimdir onu axşam gəzdirən və s. Yəni öz rahatlıqları üçün dərman yazılmasını istəyirlər. Amma mən buna getmirəm, durumu izah edirəm. Elə uşaqlar var ki, gecə oyanıb ağlayırlar, qorxu-həyəcan sindromu olur, onlara təbii ki, dərman yazılır, onsuz alınmır.

- Deyirlər ki, uşaqlar əvvəlki kimi deyil. İndikilərin salamlığında problem çox olur, daha əsəbidirlər...
- Tək sinir sistemi deyil, fiziki olaraq da əvvəlki ilə indiki nəsil uşaqlar arasında fərq var. Bu, qidalarla bağlı olan şeylərdir. Uşaqların əsəbi olmaları isə ananın hamiləlik vaxtı qidası, yaşadığı stress faktorlarından qaynaqlanır. O vaxt bizim ata-anamız da indiki valideynlər qədər stress yaşamırdılar. Valideynlərin stress vəziyyətində olmaları, uşaqlara da təsir göstərir.

- Bu təsir nə dərəcədə olur?
- 80 faiz hallarda uşaqların əsəbi olmasının səbəbkarı valideynlər olur. Evdə olan münaqişə, münasibətlər hamısı uşağa təsir edir. Uşaqlar ailənin güzgüsüdür. Biz özümüzlə, həyat yoldaşımızla necə münasibət qururuqsa, uşaq da öz yaşıdları arasında özünü elə aparır. Böyüklərə qarşı da o reaksiyanı göstərir.

- Uşaqların əsəbi olmağını genetika ilə əlaqələndirənlər də var...
- Genetik də deyirik, amma nevrozdan əziyyət çəkən valideynlərin uşaqlarının tam sağlam olduğunu da görürük. Ona görə, tam genetik demək də düzgün deyil. Sırf, bizim gündəlik həyatımızdan, ailə münasibətlərimizdən dolayı, belə hallar uşaqlarda baş verə bilir.

- Uşaq yoxlanışa gələndə problemin nə olduğunu anında müəyyən etmək olur?
- Bir xəstəyə 5-10 dəqiqə ərzində baxmıram. Bu müddətdə mən uşaqdan istədiyim informasiyanı toplaya bilmərəm. Ən azından 30-40 dəqiqə baxılmalı, tam anamnez toplanmalıdır. Bu söhbətin nəticəsində bir çox hallarda məlum olur ki, problem uşaqda yox, ya atada, ya da anadadır. Dəfələrlə olub ki, uşağı gətiriblər, valideynə müalicə yazmışam. Müalicədən sonra da öyrənmişəm ki, hər şey normaldır, artıq uşaqda problem yaşanmır. Hətta gəlib deyirlər ki, özümü ələ alandan sonra görürəm ki uşağım da sakitdir.

- 30-40 dəqiqədə əsas nəyi öyrənirsiniz?
- Ana bətnində olan dönəmdən indiki dövrə qədər olan vəziyyəti. Xəstəyə "şikayətiniz nədir” sualını nadir hallarda verirəm. Ananın hamiləlik dövründən yanıma gəldikləri vaxta qədər, ümumi məlumat toplamağa çalışıram, sual verirəm. Hamiləlik dövründə hansısa preparatları qəbul etməsi ilə maraqlanıram. Ümumi məlumatı toplayandan sonra şikayətlərini soruşuram.

- Uşaq vaxtı problem həll olunmayanda, gələcəkdə onların şəxsiyyət kimi yetişmələrində nə kimi təsirləri olur?
- Bəzən uşağın vəziyyəti elə hala gəlib çıxır ki, orda nevroloqun yox, psixiatrın və psixoloqun rolu daha çox olur. Mən valideynlərə izah etməyə çalışıram ki, uşaqlarını psixoloq, yaxud psixiatrlıq olanda, mütəxəssis yanına aparmasalar, onlarda müxtəlif psixopatiyalar yaranmağa başlayır. Onlar üçün gələcəkdə yaşamaq çətin olur. Uşaq var ki, hansısa əşyanı istəyəndə vermirsən, bu zaman özünü yerə yıxıb ağlayır. Belə olanda, əgər valideyn tez ona istədiyini verirsə, artıq uşağın xarakterini pozur. Uşaq böyüdükdə, onda konversiyalar - isterik tip bayılmalar baş verə bilər. Artıq psixiatrlarda, psixoterapevtlərdə gəzirlər. Ona görə, problemi vaxtında aşkarlamaq lazımdır.

- Bizdə çox valideyn uşağı nə vaxt psixiatra, nə vaxt psixoloqa, nevroloqa və s. aparacağını bilmir. Məlumatsız olanda, adətən, psixoloqa yox, dərman yazılan yerə gedirlər...
- Bu, düzgün yanaşma deyil. Uşağa dərman verim, onun psixi durumu düzəlsin - deyə bir şey yoxdur. Ona görə də, psixoloqlarla sıx işləyirəm. Demək olar ki, çox zaman tək psixoloqun köməyi ilə uşaqları vəziyyətdən çıxarıram. Dərmanlar o zaman təyin olunur ki, artıq bu, vacib olur. Məsələn, 13-15 yaşından sonra elə problem olur ki, onu tək psixoloqun köməyi ilə düzəltmək alınmaz, xəstəliyi kəskinləşməsin deyə, bu zaman dərman təyin etmək olar. Amma 5-6 yaşlar elə dövrdür ki, onu psixoloq dəyişə bilir.

- İndi valideynlər özləri, bir çox şeyləri uşaq vaxtı edə bilmədikləri üçün övladlarına o istiqamətdə şərait yaratmağa çalışırlar. Dərslər, hazırlıqlar və s. Bu da uşağın yüklənməsinə gətirib çıxara bilir. Bu, uşaqlara necə təsir edir?
- Beyini yükləmək yaxşı deyil. Amma baxır uşağı hansı kurslara aparırlar. Məsələn, musiqi, rəqs, idmanın uşağı yüklədiyini hesab etmirəm. Hətta yanıma gələn valideynlərə bəzən deyirəm ki, dərslərə ayrılan vaxtı bir az azaldıb, musiqiyə, idmana yazdırsınlar. "Mən həkiməm, atan həkim olub, sən də çox oxuyub həkim olmalısan” deyib, uşağı yükləmək də düzgün deyil. Elə uşaqların çoxunda bir müddət sonra nevrotik tik dediyimiz hal baş verir. Tikin başqa səbəbləri də var, amma elə yüklənmiş uşaqlarda nevrotik tiklər sırf emosional gərginlik fonunda əmələ gəlir. Bir də uşaqları məktəbə qoymaq məsələsi var. Bəzi valideynlər deyirlər ki, 5 yaşı tamam oldu, aparım məktəbə qoyum, bəziləri 6 yaşda belə düşünürlər. Amma mən heç də hər uşağı məktəbə tez qoymağı tövsiyə etmirəm.

- Uşağı məktəbə tez qoymağın tərəfdarı deyilsiniz?
- Baxır hansı uşağı. Dəyişkən olan uşaqları istəmərəm, çünki onlar gərginliyə düşürlər və psixoloji durumları pozula bilir. Nevrotik tiklər və s. bir-birinin arxasında gedir. Tam normal uşaqdırsa, 6 yaşında qoymaq olar.

- Bizdə məktəbdə şagirdlərə evə tapşırığının verilməməsi nə qədər təbliğ olunsa da, yenə də verilir. Dərs yükü uşaqlar üçün nə dərəcədə problem olur?
- Bəli, tapşırıq verirlər, həddindən artıq da çox. Həkim yox, elə ana kimi öz uşağıma deyirəm ki, gündəlik dərslərini oxu, qiymətlərin yaxşı olsun, səni artıq nəsə oxumağa məcbur etmirəm. Bilirsiniz, elə uşaq var ki, riyaziyyatı çox yaxşı bilir, dərsdən əlavə on məsələ də versələr, öz istəyi ilə xoşluqla edir. Amma həmin uşaq məsələn, biologiya, tarixi eyni qaydada istəmir. Valideyn o uşağın üstünə düşməməlidir ki, riyaziyyat kimi bu biri fənləri də oxu. Çünki bu, düzgün yanaşma deyil. Uşaq həmişə hansısa fənnə meyilli olur. Mən bir müddət Avropada yaşamışam, uşaqlarım orda məktəbə gediblər. Oranın məktəb rejimi, dərsləri ilk vaxtlar məni şoka salsa da, dərindən fikirləşəndə, görürsən ki, onlar şəxsiyyət yetişdirirlər. Dərs olur, uşaqlar yüklənmir. Ona görə, uşaqlarda nə nevrotik tiklər olur, nə hansısa nevroloji problem. Anadangəlmə problemlər olur, amma sonradan yaranmalar az olur. Məktəbin ilk illərində uşaqlıqlarını keçirirlər. Ona görə, valideynlərə deyirəm ki, uşaqların üstünə çox getməyin.

- Neçə ildir nevroloq kimi çalışırsınız?
- 2005-ci ildən.

- Bunun neçə ilini xaricdə olubsunuz?
- Əsasən Azərbaycanda çalışmışam, iki il Almaniyada fəaliyyət göstərmişəm.

- Alman və azərbaycanlı valideynlərinin uşaqlara yanaşmasını müqayisə edirsiniz?
- Onlar uşağa bir qədər az diqqət yetirirlər, bizimkilər isə hiper diqqətcildirlər. Bizdə hərdən analar elə şeylərə fikir verirlər ki... İnternetdə oxuyub, öz sualları və cavabları ilə gəlirlər. Almaniyada uşağı tam mənada həkimə etibar edirlər.

- Uşaqlarla işlədiyiniz üçün öz övladlarınıza yanaşmanız da maraqlıdır...
- İki övladım var. Valideyn kimi onlarla daha çox söhbət etməyə çalışıram. Mən də insanam, səsimi qaldırdığım an da ola bilər, amma döymək, qorxutmaqla uşaqları tərbiyə etməmişəm. Söhbət etməklə də hər dəfə istədiyim nəticə alındığını deyə bilmərəm. Bəzən oğlumla söhbət etmişəm, görmüşəm ki, dediyim heç nə ona çatmır, o vaxt özüm də psixoterapevtə müraciət etmişəm. Nə olsun ki, həkiməm, qavramamaq, başa düşməmək, əks reaksiya vermək kimi vəziyyətləri olub ki, psixoterapiya seanslarına gedib. Nəticəsi də yaxşı olub. Döyəndə, uşaq aqressivləşir, valideynlərinə münasibətində aqressiya yaranır. Bu da, uşaqların inkişafına təsir göstərir. Hətta onlar böyüyüb valideyn olanda öz uşaqlarına münasibətinə də təsir göstərəcək. Döyməklə heç nə əldə etmək olmaz. Mən övladlarımla çox danışıram, başa düşdükləri də olur, düşmədikləri də, amma yenə də danışıram. Uşaqla maraqlanmaq lazımdır. Dərsdən gələndə gününün necə keçməsi, dərsləri ilə bağlı sual verilməlidir. Əgər bunlar olmasa, uşaqla valideyn arasında divar yaranır, sonra artıq nə etsən, desən də, uşağa çatmır./kaspi.az

XƏBƏR LENTİ