Anons

15-01-2019, 16:56 - Hakimlər Qarabağ qazisini intihara sürükləyir...? - Saxta sənəd hazırlayan...

9-01-2019, 12:38 - Baş prokuror Zakir Qaralov 6 rayonun sakinlərini qəbul edəcək- Şamaxıda

8-01-2019, 13:25 - BAŞ HƏKİM ŞƏLALƏ SƏFƏROVA XƏSTƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB...?

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

Əflatun Amaşov: KİV üzərindən ƏDV-ni götürməliyik - MÜSAHİBƏ

Tarix:8-01-2019, 11:14 Baxış Sayı:62

Əflatun Amaşov: KİV üzərindən ƏDV-ni götürməliyik - MÜSAHİBƏ

Oxu.Az-ın müxbirinin suallarını millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov cavablandırır:

- 2018-ci ilin payız sessiyası bu günlərdə başa çatdı, qarşıdan isə 2019-cu ilin yaz sessiyası gəlir. Ötən sessiyada bir sıra təkliflərlə çıxış etmişdiniz, bu dəfə hansı təklifləri irəli sürmək fikrindəsiniz?

- Ümumiyyətlə, mən də daxil olmaqla, parlamentdə çoxsaylı deputatlar müxtəlif vaxtlarda bir sıra qanun layihələri ilə bağlı təkliflər veriblər. Mənim də, adətən, verdiyim təkliflər daha çox media ilə bağlı təkliflər olub. Yəni bunlar da öz növbəsində istər kütləvi informasiya vasitələri ilə bağlı qanunvericilik bazasının zənginləşdirilməsi, bu sahədə onlayn jurnalistikanın yeri, eyni zamanda, onlayn jurnalistikanın dövlət tərəfindən maliyyələşməsinin qanuni əsaslarının hazırlanması, istərsə kütləvi informasiya vasitələrinə tətbiq edilən Əlavə Dəyər Vergisinin (ƏDV) ləğvi yönündə qaldırılan məsələlər olub.

Çünki bildiyiniz kimi, əvvəllər kütləvi informasiya vasitələrinə (KİV-ə) ƏDV tətbiq edilmirdi. Ancaq son zamanlar müəyyən dəyişikliklər əsasında ölkəyə gətirilən çap məhsulları və eyni zamanda, qəzet kağızı da ƏDV-yə cəlb olunur. O zaman da hesab edirdim, indi də bu fikirdəyəm ki, KİV üzərindən ƏDV-ni götürməliyik.

Bu məsələni, o cümlədən, informasiya təhlükəsizliyi, Mətbuat Şurası ilə bağlı qanun layihələrinin hazırlanması və parlament müzakirələrinə təqdim edilməsi məsələsini yaz sessiyası ilə bağlı komitə iclaslarında, istərsə də sessiyanın açılışında, qanunvericilik işləri planının təsdiqində, plenar iclaslarda yenidən qaldırmaq, səsləndirmək fikrindəyəm.

Həmçinin, yaxın vaxtlarda bu yöndə hazırlanan qanun layihələrini parlamentə təqdim etmək fikrindəyik. Bunların hər birinə ciddi ehtiyac duyulur. O ki qaldı digər sahələrlə bağlı məsələlərə, məsələn, deputat seçildiyim Saatlı rayonunun sosial problemlərinin həlli ilə bağlı kifayət qədər təkliflər səslənib. Dəfələrlə bu istiqamətdə təkliflərlə çıxış etmişəm.

Düzdür, bunlar qanunvericilik təklifləri deyil, ancaq elə bilirəm ki, biz əgər kənd təsərrüfatını inkişaf etdirmək istəyiriksə, mütləq Saatlının və ətraf rayonların suvarma suyu ilə bağlı problemlərini həll etməliyik.

O bölgələrə Kür çayından kanalın çəkilməsi vacib məsələdir. Mən bununla bağlı keçmiş baş nazirlə bir neçə dəfə görüşmüşəm, müvafiq qurumlarda bu məsələni qaldırmışam, bunu hətta parlamentdə də səsləndirmişəm və hesab edirəm ki, bu məsələ öz həllinin tapmalıdır.

- Yeri gəlmişkən, parlamentin son iclaslarından birində “Soydaş haqqında” qanun layihəsinin qəbulu ilə bağlı təklif səsləndirmişdiniz. Buna nə ehtiyac var?

- Bəli, belə bir təkliflə çıxış etmişdim, yaz sessiyasında da növbəti dəfə edəcəyim təklif soydaş məsələsi ilə bağlı olacaq. Çünki mən Milli Məclisin (MM) Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi mütəmadi olaraq soydaşlarımızla görüşürəm.

Araşdırmalar da göstərir ki, hər gün minlərlə insan - Gürcüstanda yaşayan soydaşlarımız sərhədi keçir, Azərbaycana gəlir. On minlərlə soydaşımız sərhədi keçir, Azərbaycana gəlir və geri qayıdır. Çünki Gürcüstanda yaşayan hər bir azərbaycanlının Azərbaycanda qohum-əqrəbası var, onların bir çoxunun burada övladları yaşayır, xeyli hissəsinin də Azərbaycanda daşınmaz əmlakı mövcuddur. Və onların digər ölkələrin vətəndaşları kimi gəlib keçmələri bəzi məqamlarda operativ həll olunmur.

Xarici ölkələrdə bu problemi həll etmək üçün o qəbildən olan insanlara xüsusi kartlar verirlər. Elə bilirəm ki, bunu biz də soydaşlarımıza tətbiq etməliyik. Pilot layihə kimi biz bunu Gürcüstandan başlamalıyıq. Onu da deyim ki, bununla bağlı məsələləri öyrənirik və elə bilirəm ki, bunlar parlamentdə “Soydaş haqqında” qanunla bağlı layihənin müzakirəsinə müsbət təsirini göstərə bilər.

- Muğam sənəti ilə yanaşı, aşıq sənətinin inkişaf etdirilməsini nəzərdə tutan qanun layihəsinin qəbulunu təklif edirsiniz. Bu məsələlər məhz qanunvericiliklə tənzimlənməlidir?

- Qeyd edim ki, mən MM-in İnsan hüquqları komitəsi ilə yanaşı, Mədəniyyət komitəsinin də üzvüyəm. Hər iki komitədə kifayət qədər vacib, aktual məsələlər müzakirə olunur və müəyyən təkliflər səslənir. Eyni zamanda, həm İnsan hüquqları komitəsində, həm Mədəniyyət komitəsində səslənən təkliflərdən biri də aşıq sənəti ilə bağlıdır.

Bizim milli-mənəvi dəyərlərimizin iki qanadı var. Birinci qanadı türk düşüncə, türk həyat tərzidir. İkinci tərəf İslam dəyərləri ilə bağlı düşüncə tərzidir. Türk düşüncə tərzinə malik olmaqla, həmişə bizim leksikonda “Allah”, “Yaradan” ifadəsi işlənilir və hər gün analarımız övladlarını yola salarkən, dua edərək onlara Allahdan uğurlar arzulayırlar.

Bax, bu məqamlar var və muğam daha çox ikinci tərəfə aid - dinlə bağlı olan məsələdir. Muğam dini ayinlərə də əsaslanır. Amma bununla belə, bizim milli-mənəvi dəyərlərimizin əsas tərəflərindən biri türk düşüncə tərzidir və bu türk düşüncə tərzinə aşıq sənəti daha çox aiddir.

Bizim aşıqlarımız ta qədimlərdən, yüz illər bundan əvvəl mövcud olub, onlar hətta bizim qəhrəmanlarımıza çevriliblər. Çünki aşıqlıq həm də bir növ qəhrəmanlıq sayılırdı.

“Dədə Qorqud”dan başlamış nağıllarımızacan mövcud olan qəhrəmanlar, eyni zamanda, aşıqdırlar. Düzdür, aşıqlıq bizim tam qanımıza hopmuş bir məsələdir, ancaq çox təəssüflər olsun ki, son zamanlar bu sahə bir qədər unudulur. Hərçənd ki, müəyyən məktəblər var, ali məktəblərdə bu sənətlə bağlı tədris aparılır, Aşıqlar Birliyi var, Aşıqlar Birliyində də çox istedadlı insanlar toplaşıb. Lakin elə bilirəm ki, bu sahəyə ciddi olaraq dövlət qayğısı lazımdır.

Haqlı olaraq UNESCO-da artıq aşıq sənətinin, sazın məhz bizə - Azərbaycana aid olduğunu isbatlamışıq və bu baxımdan, elə bilirəm ki, aşıq sənətinin daha da inkişaf etməsi üçün xüsusi bir qanuna ehtiyac var. Aşıq sənətinin inkişafı ilə bağlı müstəqil qanunun olması vacibdir.

XƏBƏR LENTİ