Anons

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

31-01-2019, 20:10 - Vətəndaşın talandığı məkan – Müşfiq Rəhimovun rəhbərlik etdiyi QİŞ

28-01-2019, 16:22 - Polis tərəfindən təqib edildiyini iddia edən vətəndaş ABŞ şəfirliyinə müraciət edib

15-01-2019, 16:56 - Hakimlər Qarabağ qazisini intihara sürükləyir...? - Saxta sənəd hazırlayan...

9-01-2019, 12:38 - Baş prokuror Zakir Qaralov 6 rayonun sakinlərini qəbul edəcək- Şamaxıda

8-01-2019, 13:25 - BAŞ HƏKİM ŞƏLALƏ SƏFƏROVA XƏSTƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB...?

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

Telli Hüseynova: “İndiki ağlım olsaydı, yəqin daha tez ailə qurardım…” - Müsahibə, FOTOLAR

Tarix:3-02-2019, 20:25 Baxış Sayı:68

Telli Hüseynova: “İndiki ağlım olsaydı, yəqin daha tez ailə qurardım…” - Müsahibə, FOTOLAR

Bu dəfəki qonaq tanınmış aktrisa Telli Hüseynovadır. Bu günə qədər həm tamaşaçılar, həm də həmkarları aktrisanı pozitiv, səs-küylü, həyatsevər insan kimi tanıyıblar. Telli Hüseynova bəlkə də xoşbəxt sənətçilərdən biridir ki, efirlərdə, səhnədə onu görən tamaşaçıya dərhal sevinc bəxş edə bilir. Aktrisa ilə görüşümüz çalışdığı Musiqili Teatrda, qrim otağında baş tutdu:

- Neçə ildir, bu sənətdəsiz?

- Gəlin, sizə bir sirr açım, (gülümsəyir), tezliklə 50 illik yubileyim və sənətdəki fəaliyyətimin 25 ili tamam olacaq.

- İndidən sizi təbrik edirik. 25 il öncəni necə xatırlayırsınız?

- O zamanlar bu teatra qəbul olunmaq, çalışmaq daha çətin idi. Məsələn, qəbul olunmaq üçün çoxsaylı dinləmələrdən keçməli, konkret çətin proqram təqdim etməli idin və s. Doğrudur, bu tələblər ində də var, lakin zamanında çox çətin idi. Mənim musiqi təhsilim olmasa da, yaxşı vokal səsim var idi. Həmin vaxtlarda mağazada satıcı kimi işləyirdim. 8 il mağazada işləmişəm. İndi də yadımdadır, onda həmin mağazaya çoxlu sayda məşhur insanlar, aktyorlar və yazıçılar, alimlər gəlirdi. Onların arasında Faiq Sücəddinov, İlyas Tapdıq, Fəxriyyə Xələfova və s. məşhurlar var idi. İndi də onlarlardan kiminləsə qarşılaşdıqda, səmimi görüşürük, məni o vaxtdan tanıyırlar. Beləliklə satıcı işləyərkən, dodaqaltı həm də zümzümə edirdim. Ümumiyyətlə, uşaqlıqdan oxumağı çox sevirəm. Doğrudur, indi bəlkə də o cür rahat şəkildə camaat arasında oxumağa utanaram, amma onda heç nəyi eynimə almırdım, gözəl səslə mahnılar oxuyurdum. Bir dəfə Lyuda adlı bir rus xanım məndən alver edərkən, yenə də öz-özümə zümzümə edirdim. Həmin xanım məndən soruşdu ki, “sabah teatrımıza gələ bilərsən?” Dedim ki, “teatrda nə var, axı?” Cavab verdi ki, “tamaşalar var, gəl bax”. Sonradan məlum oldu ki, sən demə, həmin xanım aktrisa imiş, halbuki çox sadə geyinmişdi, saç düzümü də çox sadə idi, bir sözlə aktrisaya bənzəmirdi. Onun təklifi mənim üçün çox gözlənilməz oldu və mən təəccübləndim. Sabahı gün teatra gedib, oradakı tamaşanı izlədim. Daha sonra mənim də səsimi yoxladılar və bildirdilər ki, çox gözəl səsim var, beləliklə teatrda çalışmağa başladım.

Mənim xoşbəxtliyim ondadır ki, qarşıma hər zaman yaxşı insanlar çıxıb. O zamanlar insanlar bir-birilərinə təmənnasız kömək etməyi, əl tutmağı, qayğı göstərməyi sevirdilər, bir sözlə, insaniyyət var idi. Amma indi sanki bu, çox azalıb... Xatırlayıram ki, həmin zaman konservatoriyanın 4-cü kursunda oxuyan bir tələbə qız və mən teatrda işləməyə namizəd idik. Həmin qız “Koroğulu” operasından “Nigarın ariyası”ını, mən isə “Arşın mal alan” musiqili komediyasından “Gülçöhrənin naləsi”ni oxudum. Düşünürdüm ki, həmin qız keçəcək, çünki o, musiqi üzrə peşəkar təhsil alırdı və ariyanı da yaxşı oxumuşdu. Mənim isə musiqi təhsilm yox idi, buna baxmayaraq ariyanı televiziyadan baxıb öyrənmişdim. Son nəticədə həmin qızı deyil, məni qəbul etdilər. Mənim gözlərim yaşarmışdı, inana bilmirdim, səsim münsiflər heyətinin çox xoşuna gəlmişdi. Hətta onlar inanmamışdılar ki, mənim musiqi təhsilim yoxdur, çünki ariyanı peşəkarcasına oxumağı bacarmışdım.

- Bəs sonralar musiqi təhsili almadız?

- İki il konservatoriyada təhsil aldım, sonra buraxdım.

- Bu sənət sizə nə verdi, nə aldı?

- Bəzən düşünürəm ki, itirdiklərim çox olub. Məsələn atam xəstə oldu, yanında çox ola bilmədim, uşağımın körpəliyinin necə keçdiyini hiss edə bilmədim. Qızımı 3-4 aylığında teatra gətirib, məşqlərimə davam etmişəm. Onun nazı ilə oynamağa vaxtım olmadı. Qazandıqlarıma gəldikdəsə, teatr, tamaşalarım olmasaydı, məni bu gün kim tanıyardı? Bir məsələni də qeyd edim ki, mənim tanınmağımda xalq artisti Afaq Bəşirqızının çox böyük rolu olub. O, çox kasıb bir qızın əlindən tutaraq “Afaq gülür, güldürür” şousuna gətirdi, məhz ondan sonra tanınmağa başladım.

- Heç olub ki, aktrisa olmağınıza peşiman olmusuz?

- Biz ailədə 5 qardaş, iki bacı olmuşuq. Heç kəs istəmirdi ki, mən aktrisa olum, buna qarşı gəliblər. Lakin bütün bunlara baxmayaraq mən bu sənətə gəldim. Hərdən düşünürəm ki, kaş ki, heç aktrisa olmazdım, ticarət işimi davam etdirərdim. Beləliklə pulum, var-dövlətim, ailəm olardı, hər şey başqa cür cərəyan edərdi, başqa cür yaşayardım...

Rəhmətlik direktorumuz Qəzənfər Topçuyev iclaslarda həmişə deyirdi ki, bizim teatrda bir nəfər var ki, o zamanında ticarəti, pul-paranı, var-dövləti buraxıb, bu teatra gəlib, quru maaşa işləyir, çünki sənəti çox sevir. Onda hamı bir-birinin üzünə baxırdı ki, bu kimdir, amma bilirdim ki, söhbət məndən gedir.

Sənət başqadır və mən sənəti seçdim. Əgər ömrümə bir gün qalsa, desələr ki, çıxıb səhnədə oynamalısan və yaxud hansısa aktrisanı əvəz etməlisən, sevə-sevə gedərəm, sonra ölərəm. Özümü ancaq teatra, sənətə həsr etdiyim üçün bir qədər gec, 36 yaşımda ailə həyatı qurdum.

- Gec ailə həyatı qurmağınızın tam səbəbi bu olub? Bəzən aktrisaların da öz dilindən eşidirik ki, bizim cəmiyyətdə çox az hallarda kimsə aktrisa ilə evlənmək istəyir və yaxud qaynana gəlininin aktrisa olmasını qəbul etmir...

- Bəlkə də qismətimdə yox idi... Biz daim teatrda oluruq. Ona görə anaları başa düşürəm. Gəlin evdə oturub, qaynanaya baxmalıdır. Doğrudur, mənə qismət olmayıb ki, qaynanaya qulluq edim, onun qayğısına qalım. Amma çox yaxşı olardı ki, indiki gənc gəlinlər öz qaynanalarına qulluq etsinlər.

- Qızınızı tez-tez səhnədə görürük. Bəs, onun gələcəkdə aktrisa olmasına razısız?

- Bəzən qızıma da deyirəm ki, “istəmirəm sən aktrisa olasan, özünü həlak edəsən”. Qızım da mənə oxşayıb, özünü səhnəyə fəda edir. O, əgər başqa sənətdən olan birisi ilə ailə qursa, həyat yoldaşı bəlkə də onu başa düşməz. Düşünürəm ki, yalnız səhnə, teatr adamı onu anlayar, birgə xoşbəxt olarlar. Ümumiyyətlə səhnə adamı, onun dünyası, yaşayışı tamam ayrıdır. Bəzən saatlarla ac qala bilirik, təki məşqlərimizi vaxtlı-vaxtında edək. Məsələn, bu günlərdə “Düyməcik” tamaşası olacaq, hansı ki, orada 3 obrazı canlandırıram. Orada əvvəlcə ananı, sonra paltarımı dəyişib arını, daha sonra isə siçanı oynayıram. İndi baxın, belə olan halda evi düşünə bilərəm? Çalışıram ki, bu obrazları bacardığım qədər çox məşq edim, səhnədə yaxşı oynayım. Uşaqlar səhnədə “Düyməcik”i elə bu cür görməlidir, daha deməsinlər ki, “Telli xala çıxdı səhnəyə siçanı və ya arını oynadı”. Buna isə vaxt, zaman lazımdır. Ona görə də mən evdə otura bilmirdim.

- Maraqlıdır, 25 il özünü sənətə həsr edən Telli Hüseynova bəs, niyə hələ də fəxri ad almayıb?

- Bilmirəm. Bəlkə də hələ vaxtı gəlməyib. Bu sualı mənə çox veriblər, cavabım də həmişə bu cür olub. İnanıram ki, fəxri ad da alacam, çünki istedad heç vaxt daş altında qalmır. Bir də görürsən ki, şou-biznesdə dünənin uşağı əməkdar artist adını alıb. Ayıbdır belə! Olub ki, bizim çox sanballı sənətkarlarımız illərlə əməkdar artist adında qalıb. Məsələn, gözəl sənətkarımız Tükəzban İsmayılova illərlə əməkdar artist adında qalmışdı. Əsas xalqın sevgisidir, bu sevgi başqadır. Doğrudur, istəyərəm ki, dövlət də məni sevsin, dəyərləndirsin.

- Bir ara efirdə veriliş də apardınız...

- Tanındıqdan sonra efirlərə də dəvətlər almağa başladım. Canlı yayımda yemək bişirməklə bağlı veriliş apardım. Hərdən mənə deyirdilər ki, “şou-biznesdə çoxlu sayda gözəl, gənc qızlar var, nə əcəb səni dəvət etdilər?” Cavabında deyirdim ki, məni efirə dəvət edəndə bildirmişdilər ki, “səni ona görə seçdik ki, üzündə nə silikonun var, nə də özündən razısan, necə varsan, o cürsən”.

Bacardığım qədər həmişə səmimi olmağa çalışmışam. Məsələn, olub ki, efirdə çəkinmədən demişəm ki, anam süpürgəçi olub. Bu sözümə görə məni qınayanlar da oldu. Lakin bunu axı niyə gizlətməliyəm? Anam öz zəhməti ilə 7 uşağı böyüdüb, ərsəyə gətirib... Bu gün yoldan keçərkən yol süpürən süpürgəçi görəndə cibimdəki 5 manatın 3-nü ona verirəm. Qızım bunun səbəbini soruşanda deyirəm ki, “qızım, vaxt olub ki, mənim anam da bu cür əziyyət çəkib, halal zəhməti ilə bizə baxıb”.

Telli Hüseynova: “İndiki ağlım olsaydı, yəqin daha tez ailə qurardım…” - Müsahibə, FOTOLAR
- Xınayaxdı, el məclislərinə də dəvət alırsızmı?

- Əlbəttə. Xınayaxdı məclsilərini çox gözəl aparıram. Rusdilli məclislərə də dəvət edilirəm. Çox adam bunu bacarmır. Doğrudur, indi məclis aparan artıb, amma məclisi səhnələşdirilmiş şəkildə təqdim etmək hər adamın işi deyil. Məsələn, deyirəm ki, “ay Allah, ay Allah, gecə yatıb, yuxu gördüm... Başlayıram, Tellinin mahnısını oxumağa... Və yaxud rusdilli məclisdirsə, deyirəm ki, yuxuda o qara gözləri gördüm, başlayıram “Oçi çernye” oxumağa (şövqlə mahnıdan bir parça oxuyur). Yəni çoxsaylı improvizasiyalar edirəm. Məclis aparanda pulu fikirləşmirəm, sadəcə ürəklə işləməyə çalışıram. Hələ bu günə qədər heç vaxt ovcuma pul basılmasına razı olmamışam, bunu səviyyəsizlik hesab etmişəm. Əvvəldən hansı haqqı danışmışıq, onu almışam.

Deyim ki, keçmişdə xınayaxdı məclisləri çox gözəl aparılırdı. Əvvəllər də xına qazanı açılanda ələ şirinlik verilirdi, lakin bunu indi çox pis formaya salıblar. İndi aparıcılar da çox pul dilənməyə başlayıblar, pulları pis formada onların ovuclarına, bəzən sinələrinə basırlar, bu xoşagələn hal deyil, bunu qəbul edə bilmərəm. Məclisi elə aparmağa çalışıram, desinlər ki, “aktrisa gəldi, necə gözəl apardı, getdi. “Hakşta”da elə sözlər var ki, onu təhqir bilirəm. Mən cənub bölgəsindənəm, indi “Hakşta” deyə bilməsəm də, uşaqlıqdan talışlardan “hakşta”lar eşitmişəm. Bu arada, bəziləri elə bilir ki, mən bakılıyam, amma talışam (gülümsəyir).

Uşaqlıqda yadımdadır ki, toydan bir gün əvvəl subay qızlar yığışardı, söhbət edər, fala baxar, kiminsə qızıl üzüyü ilə bəxt falı edər, yorğan tikər, bir sözlə oyunlar çıxardardılar. Amma indi bu məclisi restorana çıxardırlar. Buna görə də onu bir qədər ağır aparmaq lazımdır, xınayaxdı məclisi şou deyil, onu şoulaşdırmaq olmaz. Toy sahibi həm xınayaxdıya, həm də səhərisi gün olacaq toya pul xərcləyir, bunu elə etmək lazımdır ki, hər kəs razı qalsın.

- Yəqin ki, el şənliklərində rastlaşdığınız maraqlı olaylar olub...

- Bir dəfə səhnədə yaşadığım olay, məclisdə də başıma gəldi. Xatırlayıram ki, tamaşaların birində dikdaban ayaqqabımın bir tayının dabanı səhnədə taxtaların arasına girib, qırıldı. Məcbur qalıb, tamaşanın sonuna qədər digər ayağımı da hündürdəymiş kimi saxladım. Bundan heç kəs duyuq düşmədi. Amma sonra ayağım bərk ağrıdı, məni incitdi. Məclislərin birində də ayaqqabım qırılmışdı. Hətta bir dəfə paltarım açılmışdı (gülür).

- Verilişlərinizin birində “şpaqat” açmışdız və bu, xeyli müzakirə olundu. İndi də “şpaqat” aça bilirsiniz?

- Əlbəttə, uşaq tamaşalarında hərdən edirəm. Uşaqlıqdan idmana getmişəm, bunun üçün bacarıram. Həmin verilişdən əvvəl də bir neçə televiziya kanallarında yayımlanan idman verilişlərində şpaqat açmışdım. Həmin vaxt heç kəs buna görə məni lağa qoymamışdı, müzakirə etməmişdi. Amma nədənsə həmin verilişdə bunu etməyim daha çox diqqət cəlb etdi, müzakirə olundu, dedilər ki, “47 yaşında şpaqat açır”. Həmin gün idman günü idi, mən də buna uyğun idman hərəkəti etmişdim. Üstəlik verilişdə 3-4 çempion var idi. Mətbəxdə çayı qoyub gəldim və dedim ki, baxın, şpaqatı belə açarlar və etdim.

- Sizinlə yaşıd olan həmkarlarınızın böyük əksəriyyəti indi mədəkiçiltmə, estetik əməliyyatlar keçirirlər. Bunu necə qarşılayırsız? Nə vaxtsa, siz də bu cür əməliyyat keçirməyi düşünmüsüzmü?

- Heç vaxt ehtiyac duymamışam. Əgər istəsəm öz iradəmlə, idmanımla çəkimi bir qədər azalda bilərəm. Demək olar ki, hər gün səhər yuxudan oyanan kimi müəyyən idman hərəkətləri edirəm ki, bədənim gümrah qalsın. Üstəlik artıq 5 ildir ki, şəkər xəstəliyinə tutulmuşam, bu xəstəlik elədir ki, daim hərəkətdə olmalıyam.

Qaldı ki, mədəkiçiltməyə, az yeyək də (gülümsəyir). Rəhmətlik atamın belə bir sözü var idi, “mədə sənin başının üstündə deyil ki, aşağıdadır, yiyəlik elə də ona”. Özünüz də görürsüz ki, mədəyə müdaxilə edirlər, onu kiçildirlər, sonra da pis xəstəliklərə düçar olurlar. Bu səbəbdən heç vaxt əməliyyatı düşünməmişəm, heç ehtiyac da yoxdur. Əgər həyatımda kədərli anlar olmasaydı, bəlkə də daha gənc görünərdim. Çünki mən hər zaman həyata, insanlara gülümsəyirəm, pozitivəm.

- Kinofilmlərdə niyə görümürk, sizi?

- 2-3 dəfə filmproyektlərə çəkildim, lakin pulumu vermədilər. Çox ayıb olsun, onlara (gülümsəyir). Ondan sonra daha filmə çəkilmirəm. Deyirəm əvvəldən pulu verin, sonra çəkilərəm, yəni nəğd olsun (gülümsəyir).

- Bundan sonra həyatdan, səhnədən gözləntiləriniz nədir?

- Hər bir aktrisanın arzusudur ki, “Dezdemona”nı, “Gülçöhrə”ni oynasın. Mən də istəyirəm ki, hansısa xarakterik, ciddi bir obrazı oynayım və nəhayət, öz möhürümü vurum. Çox gözəl sənətkarımız Nəsibə Zeynalova neçə yaşından sonra tanındı? Əlbəttə ki, 40 yaşından sonra... Eləcə də Afaq Bəşirqızı da 40 yaşından sonra məşhurlaşmağa başladı. Eləcə də mən 45-46 yaşımdan sonra verilişlərə, efirlərə dəvət aldım və tanınmağa başladım...

Musavat.com,

XƏBƏR LENTİ