Anons

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

Əli Əhmədov: “Sığortanın tətbiqindən sonra həkimlər daha yaxşı əməkhaqqı alacaq”

Tarix:31-05-2019, 13:00 Baxış Sayı:72

Əli Əhmədov: “Sığortanın tətbiqindən sonra həkimlər daha yaxşı əməkhaqqı alacaq”

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədovun icbari tibbi sığorta ilə bağlı Trend-ə müsahibəsi

– Əli müəllim, artıq 2020-ci ildən Azərbaycanın bütün rayon və şəhərlərində ictimai tibbi sığortanın tətbiqi nəzərdə tutulur. Hazırda bu istiqamətdə proses hansı mərhələdədir?

– İcbari tibbi sığorta ilə bağlı Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında həyata keçirilən pilot layihələrdən əldə olunan nəticələr ümudvericidir. Bir tərəfdən, insanların icbari tibbi sığortanın tətbiqi təcrübəsindən məmnunluq səviyyəsi yüksəkdir. Bu, bizim inamımızı artıran birinci məqamdır. İkinci tərəfdən, icbari tibbi sığorta ilə məşğul olan mütəxəssislərin özlərinin təcrübəsi formalaşıb. Artıq onlar da bu təcrübə əsasında bütün ölkə miqyasında icbari tibbi sığortanın tətbiq olunmasını daha inamla həyata keçirə biləcəklər.

2020-ci ilin yanvar ayından etibarən bütün ölkə miqyasında icbari tibbi sığorta tətbiq olunacaq. Bu barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı var, müvafiq təşkilati tədbirlər görülür. Güman edirəm ki, bu, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ən böyük sosial layihələrdən biri olacaq. Burada çoxlu sayda insanlarımız müalicə üçün xərclərdən azad olacaqlar. Təqaüdçülər, uşaqlar, əmək qabiliyyətini itirənlər və başqaları bu qəbildəndir. Bu kateqoriyalı insanların müalicəsi ilə əlaqədar bütün sığorta xərcləri dövlət tərəfindən ödəniləcək. Digər kateqoriya, yəni işləyən insanların isə əməkhaqqından və onları işə götürən müəssisə tərəfindən müəyyən faiz ödəniləcək və sığorta hesabına müalicə alacaqlar.

İcbari tibbi sığortanın tətbiqi əhalinin sosial vəziyyətinin yaxşılaşmasına kömək edəcək. Bu, məsələnin birinci tərəfidir. İkinci tərəfi isə insanlara daha keyfiyyətli tibbi xidmətin göstərilməsi təmin olunacaq. Ölkə üzrə həkimlər daha yaxşı əməkhaqqı ala biləcək və insanların həkimlərə qarşı tələbkarlığı da artmış olacaq. Çünki indiki halda belə təəssürat yaranır ki, onlar sanki heç bir əvəzi olmadan müalicə olunurlar. Amma sığorta sistemində hər bir həkim müalicə etdiyi insana görə əməkhaqqı alacaq. Daha çox insana xidmət göstərən həkim yüksək əməkhaqqı alacaq, bu və ya digər səbəblərdən az xəstə qəbul edənlər isə aşağı əməkhaqqı almaq məcburiyyətində qalacaqlar. Həkimlər də daha keyfiyyətli xidmət göstərməyə çalışacaqlar ki, insanlar məhz onların qəbuluna gəlsinlər. Beləliklə, səhiyyənin keyfiyyəti yüksələcək.

– İşsiz kimi qeydiyyata alınan insanların sığorta haqları kim tərəfindən ödəniləcək?

– İşləyən və ya sahibkarlıqla məşğul olan insanlar özlərinin sığorta haqlarını təbii ki, ödəyəcəklər. İşsiz kimi qeydə alınan insanların sığorta haqları isə dövlət tərəfindən ödəniləcək. Onlar müvafiq yardım alacaq. Yəni tibbi xidmətdən kənarda qalan insan olmayacaq. Bu, bütün dünyada tətbiq olunan formada Azərbaycanda da reallaşacaq.

– Əməkhaqqından nə qədər faiz tutulacağı bəllidir?

– Bu məsələ dəqiqləşdirilir. Nazirlər Kabinetinin bununla bağlı müvafiq qərarı olacaq. Elə də yüksək rəqəm deyil və vətəndaşlar, eyni zamanda işə götürənlər üçün böyük yükə çevrilməyəcək. Bu gün Azərbaycanda dünyanın digər ölkələrində olduğu qədər sığorta haqqı tutulmasından söhbət gedə bilməz. Təbii ki gələcəkdə Azərbaycan vətəndaşlarının əməkhaqları yuxarı olduqca, tutulan sığorta haqları da arta bilər. Biz çalışmalıyıq ki, Azərbaycanda tibbi xidmət səviyyəsi yüksək olsun.

XƏBƏR LENTİ