Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

Ekspert: Dünyada silah yarışı sürətlənəcək - MÜSAHİBƏ

Tarix:6-08-2019, 12:34 Baxış Sayı:79

Ekspert: Dünyada silah yarışı sürətlənəcək - MÜSAHİBƏ

G.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” təşkilatının Ekspert Şurasının üzvü Aleksandr Perenciyevin Oxu.Az-a müsahibəsi:

- ABŞ 1988-ci ildə imzalanmış “Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında” müqavilədən (OYMRM) çıxdığını avqustun 2-də rəsmi olaraq bəyan etdi. Vaşinqton bu addımını onunla izah etdi ki, müqavilənin iştirakçısı olmayan Çinin öz raket potensialını inkişaf etdirmək istəyi heç nə ilə məhdudlaşdırılmayıb. Orta və yaxın mənzilli raketlərə nəzarət haqqında razılaşmanın ləğvi dünyada hansı nəticələrə gətirib çıxaracaq? Bu, yeni silah yarışmasına səbəb olacaqmı? Yeni şəraitdə ABŞ və Rusiyanın hərbi doktrinaları necə inkişaf edəcək?

- Rəsmi Vaşinqtonun OYMRM-in ikitərəfli hüquqi beynəlxalq akt kimi köhnəlməsi fikri ilə razılaşmaq olar. Nəzərə alsaq ki, dünyada nüvə silahına malik digər dövlətlər var, o zaman beynəlxalq nüvə təhlükəsizliyi sistemi ikitərəfli əsasda qurula bilməz.

Eyni zamanda, qeyd etmək lazımdır ki, Rusiya son vaxtlar OYMRM-in tələblərinin icrasına yalnız siyasi düşüncələr səbəbindən sadiq qalib və müəyyən mənada öz hərbi maraqlarını tapdalayıb. Məsələ burasındadır ki, 2007-ci ildə Rusiya Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, ordu generalı Yuri Baluevski Rusiyanın OYMRM-dən təktərəfli çıxmasının lehinə olduğunu bildirib.

O, mövqeyini əsaslandırarkən qeyd edib ki, ABŞ Rusiyanın qərb sərhədləri yaxınlığında raketdən müdafiə sistemi yaradarkən əslində orta və yaxın mənzilli raketlərin istehsalını gizlədir. Digər tərəfdən, nüvə silahına malik digər dövlətlər – Çin, Hindistan, İsrail və Şimali Koreya orta və yaxın mənzilli raketlərin istehsalını fəal inkişaf etdirirlər. Yəni mahiyyət etibarilə 2007-ci ildən orta və yaxın mənzilli aparatların istehsalı sahəsində raket texnologiyalarını yalnız Rusiya inkişaf etdirməyib.

Buna baxmayaraq, Moskva OYMRM-in tələblərinə əməl etməyə davam edib. İş burasındadır ki, ABŞ rəhbərliyi də müqaviləyə əməl etmənin özləri üçün sərfəli olmadığını dərk edərək ondan çıxmaq qərarına gəldi. Lakin rəsmi Vaşinqton işi elə göstərmək qərarına gəldi ki, OYMRM-dən çıxmaq yalnız Rusiyanın müqavilənin tələblərini pozması ilə bağlıdır.

Qənaətimcə, OYMRM-in dayandırılması dünyada silah yarışını sürətləndirəcək. Lakin söhbət onun başlanmasından deyil, silah yarışmasının gələcək inkişafından gedir. Bununla belə, müasir silah yarışı say deyil, keyfiyyət, daha doğrusu, innovativ aspektə malikdir.

Bundan başqa, beynəlxalq təhlükəsizlik sahəsində institusional dizayn xeyli dəyişə bilər. Məsələn, Rusiya və Çin vahid hərbi məkan yarada bilər. Ola bilsin ki, dünyanın bu iki qabaqcıl ölkəsinin ittifaqına hazırda hələ də ABŞ və ya NATO ilə müttəfiq, yaxud tərəfdaşlıq öhdəliklərinə sadiq qalan ölkələr də qoşulsun.

- Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab Avropa paytaxtları nümayəndələrinin OYMRM-in fəaliyyətinin dayandırılmasından sonra Rusiya raket sistemlərinin onların təhlükəsizliyinə təhdid törətməsindən əndişələndiyini bildirib. Bu təşviş nə dərəcədə əsaslıdır?

- Məgər onlar daha əvvəl təşvişlərini dilə gətirməyiblər? Misal olaraq, Rusiyanın Xəzər dənizindən Suriyadakı terrorçuları “Kalibr” raket sistemləri ilə vurmasından sonra Avropada hansı qarışılıqlığın baş verdiyini xatırlayaq.

Bizi təhdid etməyə çalışanlarda və normal qarşılıqlı fəaliyyət göstərmək istəməyənlərdə həmişə əndişə yaranır. Qoy bundan sonra da ehtiyatlansınlar! Bu onların haqqıdır. Rusiya heç kimi təhdid etmir! Lakin özünü effektiv şəkildə qoruya bilər. Rusiya müdafiəsinin bu effektivliyini Böyük Britaniyada həmişə təhdid kimi qəbul edirlər.

- Pentaqonun rəhbəri Mark Esper ABŞ-ın yaxın aylarda Asiyada orta mənzilli qeyri-nüvə raketlərinin yerləşdirilməsi üzrə planları olduğunu açıqlayıb. O bildirib ki, belə qərar Çini təəccübləndirməməlidir, çünki “onun arsenalının 80 faizindən çoxu orta mənzilli sistemlərdir”. Bu halda Moskva və Pekindən hansı addımları gözləmək olar?

- Dediyim kimi, Rusiya və Çin birgə hərbi məkan quracaqlar. Ardınca rəsmi Moskva və Pekin ABŞ ilə danışıqlar aparacaqlar. Danışıqlarda bu məsələ müzakirə ediləcək: əgər rəsmi Vaşinqton Çinin nüvə sahəsində razılaşmalar üzrə öhdəlikləri üzərinə götürməyini istəyirsə, o zaman Fransa və Böyük Britaniya da rəsmi nüvə dövlətləri kimi bu razılaşmalara qoşulsunlar. Və bu, başlanğıc üçündür. Sonra nüvə ölkəsi kimi tanınmayan, lakin nüvə silahı olan Pakistan, Hindistan, İsrail və Şimali Koreyanın beynəlxalq nüvə təhlükəsizliyi sisteminin qurulmasına qoşulmasının zəruriliyi haqqında söhbət aparmaq lazımdır.

- Yeni gerçəkliklər dünyanın siyasi xəritəsinin növbəti dəfə bölünməsinə gətirib çıxaracaqmı?

- Çox güman ki, müttəfiqlik öhdəliklərinin bölünməsinə, yəni beynəlxalq münasibətlər və beynəlxalq təhlükəsizlik sistemində institusional dizayn dəyişikliklərinə səbəb olacaq.

XƏBƏR LENTİ