"Bir-biri ilə çörək yeyir, sonra ərlərini oğurlayırlar"

24-08-2015, 00:52Müsahibə, Şou Biznes
"Bir-biri ilə çörək yeyir, sonra ərlərini oğurlayırlar"




BakuNews xəbər verir ki, mügənni Təranə Qumral şəxsi həyatı və sənəti ilə bağlı teleqraf.com-a müsahibə verib.

- Təranə xanım, yaradıcılığınızda hansı yeniliklər var?

- Hələ ki, yaradıcılıqla məşğul olmuruq. Çünki yayda işləmək olmur. Ancaq şəhər və rayon toylarına gedirik. Təzə mahnılarımız var, inşallah sentyabrda təqdim edəcəyik.

- Toylara tez-tez gedirsiniz?

- Allah hər birimizin ruzisini bol etsin. Toy olanda gedirik. Məsələn, bu gün toydayıq, sabah da Beyləqana toya gedəcəyik. Maşallah, toylarımız var, pis deyil.

- Toydan başqa gəlir mənbəyiniz varmı?

- Xeyr, biznesimiz yoxdur.

- Təranə xanım, Musa bəylə sevginizdən danışmağınızı istərdik. Özünüzü əsrin “Leyli və Məcnun”u hesab etmisiniz...

- Bəli, insan gənc yaşlarında bir-birini daha çox sevir. İndi ailə, uşaq var. İnsan nə qədər yaşa dolsa da sevgi azalamır, bir-birini daha çox sevməyə başlayır. İstəmir ki, ailəsində ayrılıq olsun. Gənclikdə başa düşmədiyin və etdiyin səhvləri yaşa dolduqca etmək istəmirsən. İnsan yaşa dolduqca ailənin qədərini daha çox bilir, həmçinin Musa müəllim və mən. Biz nə qədər desək də hələ gəncik, bu, düz deyil. İnsan yaşa dolur. Maşallah, gənc müğənnilərimiz artıb və biz də yavaş- yavaş yaşlanırıq. Mən bunu qorxmadan boynuma alıram və yaşa dolmağımla fəxr edirəm. İstəyirəm ki, nəvəm, ailəm yanımda olsun. Allah hamıya qocalıq qismət etsin.

- Yaşa dolmaq haqqında danışırsınız, amma yaşınızı göstərmirsiniz. Bu nə ilə bağlıdır?

- Özümə xüsusi qulluq etmirəm. Gözəlliyimi sudan alıram. Təbii qidalanmaya üstünlük verirəm. Satışdakı təbii şirələri deyil, sadə su içirəm.

- Sizi tamaşaçılar qara saç rənginizlə qəbul etmişdi. Son vaxtlar saçınızı sarı rəngə boyadınız. Pərəstişkarlarınız necə qarşıladılar?

- Uzun müddət idi ki, saçımın rəngi qara olub. Düzdür, gənclik vaxtlarımda saçımın rəngi qırmızımtıl, sarışın da olub. Uzun müddət qara rəngə üstünlük verdim. Saçımı saraltmağımın səbəbi imic dəyişikliyi etmək idi. Mənə elə gəlir ki, bu saçla da bəyənirlər. Düşünürəm ki, bu saç rəngi daha yaxşıdır.

- Musa müəllimlə sevginizdən danışdınız. Necə düşünürsünüz, yaş artdıqca sevgi hörmətə çevrilə bilərmi?

- İnanın ki, bu yaşda sevgi daha çox olur. İnsan əvvəl biri-birini yaxşı başa düşmür, qısqanclıq və s. kimi hallar yaşayır. Bu yaşda insan bir-birinə on əlli sarılır ki, birdən nə isə olar, baş ağrısını belə ciddiyə almağa başlayır. Amma gənc yaşlarında baş ağrısı olanda deyirsən ki, heç nə olmaz. İndi adam qorxmağa başlayır ki, birdən təzyiq qalxa bilər.

- Gözəl xanım olmağınız sizə həyatda mane olmayıb ki?

- O qədər olub ki... Gözünüzün qarşısındayam da. Qısqananlar, qarayaxanlar çoxdur. Ən əsası da gözəl görünüşə görə çox paxıllıq edənlər olur. Bir var ki, anadangəlmə gözəl olasan, biri də var, sonradan əməliyyatla, doğrama yolla gözəlləşəsən. Düzü, mən özümü o qədər də gözəl hesab etmirəm. Həmişə deyirəm ki, ürəyimin gözəlliyi üzümə vurub. Mən anadangəlmə gözələm. Həmişə qadınlar da, kişilər də gözəlliyimi qısqanıblar ki, Musanın yanında belə gözəl xanım var.

- Qarayaxanlarla necə mübarizə aparırsınız?


- Onlarla heç cür mübarizə aparmıram, etdiklərini Allaha həvalə edirəm. Allahım onlarla mübarizə aparacaq, inşallah. Ümumiyyətlə, onlara əhəmiyyət vermirəm. Kim nə deyir, desin. İnanın ki, o insanlar mənim üçün əhəmiyyətsizdirlər. Məni gözü götürmədiklərinə görə “cırmaxlamağa” çalışırlar. Mən varamsa, yaşayıramsa, geyinib-gecinirəmsə, balalarım, yoldaşım yanımda xoşbəxt yaşayıramsa, onlara niyə fikir verməliyəm? Mən rəfiqəmin ərindən uşaq dünyaya gətirməmişəm ki, fikir edim. Rəfiqəsinin ərindən uşaq dünyaya gətirənlər, bir-biri ilə çörək yeyib, sonra ərlərini oğurlayanlar düşünsün. Mənim nə vecimədir. Şükür Allaha, balalarım göz qabağındadır, iki qızımı ərə vermişəm, üç nəvəm var, yoldaşım yanımdadır. Adamlar var ki, həyatda kimlər üçün isə yaşayırlar. Ay filankəs belə dedi, o gördü və s. Mən həyatımı içimdən gələn kimi yaşayıram. Ətrafdan kimsə filan sözü dedi, saçımın sarı yaxud da qara rəngə boyanması kiminsə xoşuna gəlmədi və s. kimi hallara fikir vermirəm. “İnstaqram” səhifəmdə yazırlar ki, saçını qara rəngə boya, sarı rəng yaraşmır. Mənim öz dünyagörüşüm var və ona uyğun hərəkət edirəm . Geyimlərimi və Musanın geyimlərini mən seçib alıram. Bəzən deyirlər ki, Musa sənin haqında xoşagəlməz sözlər danışdı və niyə onunla bir yerdə yaşayırsan? Çünki Musanı əlimin içi kimi tanıyıram, ürəyini çox gözəl bilirəm. Yaşadığım insanın necə adam olduğunu bilirəm.

- Bir müddət əvvəl Musa müəllimlə sizin münasibətinizdə xoşagəlməz hadisə yaşandı. Musa müəllimi çox gözəl tanıdığınız üçün bu problemlərin öhdəsindən gəldiniz?

- Musa çox sadəlövh insandır, ürəyi, qəlbi təmizdir. Ona ətrafdan təsir göstərmək çox asandır. Kimsə gəlsin ona bir söz desin, tez inanacaq. Amma mən gözüm görməyən heç bir şeyə inanmıram. Bir də görürsən ki, mənə jurnalist zəng edib deyir ki, filankəs sənin haqqında filan məlumatı danışdı. Əvvəlcə deyirəm ki, mən oxuyum, sonra sənə cavab verəcəm. Düşünərək danışmaq lazımdır. Əgər mən “İnstaqram” səhifəmdə birini söyürəmsə, onu da düşünərək, qəsdən edirəm. Yəni düşünmürəm ki, insan o hərəkəti başa düşmədən etdi. Mən hər şeyi bilərəkdən deyirəm və hərəkət edirəm.

- Təranə xanım, yaxın günlərdə Nazənin xanıma məhkəmədə uduzdunuz. Səbəb?


- Xeyr, məhkəməni uduzmadım. Təhqir qarşılıqlı olmuşdu. Amma məhkəmə pulu bir tərəfin ödəməsinə qərar verdi. Biz də o qərarla razılaşmadıq. Yəni, mən ona təzminat ödəməliyəm. Düşünürəm ki, mən onu, o da məni təhqir etmişdi. Necə ola bilər ki, təzminatı ancaq mən ödəyim. Apellyasiya Məhkəməsinə şikayət ərizəsi vermişəm. İnşallah, haqq yolunu tapacaq.

- Nazənin xanımla problem necə yarandı?

- O hadisələrə qayıtmaq istəmirəm. Kim nəyi haradan əldə edib, bilmirəm. Bütün şou aləmi bilir ki, mənim yoldaşım yanımdadır, 25 ildir bu insanla yaşayıram. Hər kəs də məni Musa müəllimlə birlikdə tanıyır. Dünən bir kişini qoluna taxanlar bu gün yoldaşım deyir. Mən heç vaxt belə hadisələrlə gündəmə gəlmək istəməmişəm. Hamı mənim yanımda yoldaşımı, uşaqlarımı görüb. Həyatımda qorxacağım heç nə yoxdur, hər şey göz qabağındadır.

- Musa müəllimin anası ilə münasibətiniz yaxşı deyildi. Hazırda necədir?

- Musa müəllimin anası ilə münasibətim yoxdur, mənə elə gəlir ki, ölənə qədər də olmayacaq. Musa müəllimə görə anasına hörmət edirəm. Ona görə efirdə də bildirirəm ki, o mənim qayınanamdır. Və bu sözləri Musaya hörmət olaraq qeyd edirəm. Hazırda mən elə bir yaşdayam ki, mənə nə qayınana, nə də qayınata lazımdır. Anası ilə də danışıb-danışmayacağını Musa müəllimin özü bilər. Musa məni o qədər çox sevir ki, mənə yan baxanlar da onun gözündə sıfır olur, kimliyindən asılı olmayaraq. O insanın məndən o yana sevgisi yoxdur.

- Musa müəllim emosional, əsəbi insandır. Ailənizdə münasibətlərinizi necə tənzimləyirsiniz?

- İnsan var ki, hər cüzi hadisədən qan çıxarır. Amma mən nə keçmişə, nə köhnə sözlərə qayıdan insan deyiləm. Musanı qıcıqlandıran olmasa, əsəbi insan deyil. O öz-özünə əsəbləşmir ki. Bir də görürsən ki, jurnalist özünə reklam qazanmaq üçün söz atır. Musa müəllim də qıcıqlanır. Amma o mənə nə isə bildirsə, elə yerində otuzduraram ki, heç ruhu da inciməz. Hər insanla öz dilində danışmağı bacarıram. Dəlidirsə, dəli, ağıllıdırsa ağıllı kimi danışıram. Allah maşallah, o qədər səbr verib ki, hər şeyin öhdəsindən gəlirəm. Bəlkə də ona görə heç kimə əhəmiyyət vermirəm. Dünya gözümdə heç nədir, var-dövlətim, milyonlarım ailəmdir. Allaha şükür, hər şeyim də var, heç kimin heç nəyi olmayanda mənim evim, bağ evim, maşınım vardı.

- Həyatda nəyəsə görə peşman olmusunuz?

- Xeyr, həyatda heç nəyə görə peşman olmuram. Və peşman olduğum işi görmərəm. Nə etmişəmsə, düz etmişəm.
Oxunub: 680
Rəsmi

Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” kitabının təqdimatı olub
Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” kitabının təqdimatı olub

Prezident İlham Əliyev: “Naxçıvanda istehsal olunan mallar dünya bazarlarına rahatlıqla çıxa biləcək”
Prezident İlham Əliyev: “Naxçıvanda istehsal olunan mallar dünya bazarlarına rahatlıqla çıxa biləcək”
XƏBƏR LENTİ
23:19 Qubada təlim sessiyası keçirilib 23:06 Kainat Gözəli Lidia futbol komandasına məşqçi oldu -FOTOLAR 22:54 Neftçalada YAP-a qəbul olunmaq üçün də rüşvət istəyirlər - VideosxA3_qICcNs 22:51 Tramp 'İvanka'ları qarışdırdı 22:20 Deputatdan “Recep İvedik”ə müraciət -“O səhnə filmdən çıxarılsın” 19:43 Şəhid ailəsi icra başçısından PREZİDENTƏ şikayət etdi -Şirvanda hərcmərclik 19:18 “İcraçı məmur əlil övladıma təzyiq etdi” –Şikayət 19:15 Yanacaqdoldurma məntəqələri özəlləşdirilir 19:13 "Recep İvedik 5"-in fragmanı izlənmə rekordları qırdı - VİDEO 18:00 Nazirlik havaya görə 330 min aldı 17:35 İslam Həmrəyliyi Oyunlarının 23 milyon manatlıq vergi borcu silinib 17:15 Beynəlxalq Bankda kadr dəyişikliyi davam edir 17:00 "Facebook" saxta xəbərlərin filtrasiyası xidmətini işə salır 16:44 Hollivud ulduzu: "Əlimdə Quranı görəndə təhqir etdilər"- FOTO 16:22 Novruz Məmmədov bəzi nazirliklərəİRAD TUTDU 16:01 XİN: "Ermənistan Azərbaycanın ATƏT-in Yerevan ofisinin mandatının uzadılmasını dəstəkləməməsi ilə bağlı spekulyasiya edir" 15:40 Sabahın HAVAsı 15:25 Maştağada mənzildə partlayış – Ev sahibi yaralandı 15:07 Prezident İlham Əliyev Davosda “Suez Group” şirkətinin baş icraçı direktoru ilə görüşüb 14:28 Adı seks videosunda hallanan direktor işdən qovuldu 14:15 Gəncədə universitetdə tələbə öldü 14:05 Azərbaycanlı iş adamı həbs edildi - Terror ittihamı 13:50 Hüseyn Əlixanov: "Azərbaycanın Avropa Şurası ilə əlaqələri genişlənib" 13:37 “The Korea Times” qəzetində “Bakı faciəvi tarixini Seul ilə bölüşür” adlı məqalə dərc olunub 13:30 Qadın professorun barmağını qopardı 13:13 Təfəkkür Universitetinin tələbələrini onlar KÖÇÜRƏCƏKLƏR- SİYAHI 13:00 Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar başlayacaq 12:37 Təmirə görə marşrutun trayektoriyası dəyişdi - Bəzi sərnişinləri havayı daşıyacaqlar- SXEM 12:25 Ermənilərin növbəti təxribatı: Mövqelərimiz “Şmel” odsaçandan atəşə tutulub- FOTOLAR 12:11 Azərbaycanda TV yayımı dayandırılacaq– SƏBƏB 12:08 Türkiyə geyimləri Azərbaycanda niyə dəfələrlə baha satılır... 11:55 Türkiyənin tanınmış 10 mafiya lideri 11:45 13 yaşındakı şagirdindən hamilə qaldı -FOTOLAR 11:29 Azərbaycan millisinin Türkiyə Super Liqasında çıxış edən futbolçularının qiyməti açıqlandı 11:16 Vergilər Nazirliyi müğənninin 8,5 min manat faiz borcunu bağışlayıb 11:07 Bu şəxslər vergi amnistiyasına düşdü– SİYAHI 11:07 Dövlət müşaviri: “Sağlam dini mühitimizi pozmağa cəhd göstərən qüvvələr var” 11:02 “Android”in müəllifi “Apple”ə rəqib yaradır 11:02 İstanbulda qətliam törədən terrorçu belə yaxalandı: Əməliyyatın görüntüləri- VİDEO 11:01 Deputatdan intiharlarla bağlı açıqlama: "İntiharın yoxsulluqla heç bir əlaqəsi yoxdur”