Amerikalı model və aktrisa Emili Ratakovski həyat yoldaşı aktyor Sebastyan Bir-Makklarddan ayrılmaq barədə qərar qəbul edib.
bakunews.az milli.az-a istinadən ilkin məlumata görə, buna səbəb mediada Sebastyan Bir-Makklardın amerikalı modelə xəyanət etməsi barədə yayılan iddialar olub.
Bildirilir ki, Ratakovskinin ötən həftə qatıldığı bir tədbirdə nişan üzüyünü taxmaması da medianın diqqətini çəkmişdi.
Qeyd edək ki, cütlük 2018-ci ildə bir neçə həftəlik tanışlıqdan sonra ailə həyatı qurub. Emili və Sebastyanın bu evlilikdən 1 yaşlı Silvester Apollo adlı oğulları var.
bakunews.az