Biləsuvar rayonunda yol qəzası baş verib.
bakunews.az report-a istinadən xəbər verirki, hadisə rayonun Əsgərabad kəndində qeydə alınıb.
Belə ki, idarəetməni itirən sürücü "VAZ 2107" markalı minik avtomobilini qaz xəttinə çırpıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. Lakin kəndin 5 min sakini qazsız qalıb. Həmçinin elektrik və rabitə dirəyi aşıb. Hazırda qəzanın fəsadları aradan qaldırılır.
Faktla bağlı araşdırma aparılır.
bakunews.az