Anons

Haqqımızda Əlaqə

Keçmiş arvadını və azyaşlı oğlunu baltalayan şəxs həbsxanada öldü

Tarix:2-10-2016, 23:23 Baxış Sayı:99

Keçmiş arvadını və azyaşlı oğlunu baltalayan şəxs həbsxanada öldü


Moderator.az xəbər verir ki, Cəlilabad rayon Muğan kənd sakini İsgəndər Əliyev dünən cəza çəkdiyi həbsxanada vəfat edib. Bu gün mərhumun yaxınları onu Muğan kənd qəbiristanlığında dəfn ediblər.

Xatırladaq ki, Muğan kənd sakini İsgəndər Əliyev bu il iyunun 24 – də keçmiş həyat yoldaşı Şamama Qürbətovanın yaşadığı evə gələrək onun və 12 yaşlı oğlu Səid Əliyevin baş nahiyəsinə bir neçə balta zərbələri endirmişdi.

Həkimlərin səyi nəticəsində ana və oğul həyata qaytarılsa da, İ.Əliyev rayon polisi tərəfindən həbs edilərək haqqında cinayət işi başlanmışdı.

XƏBƏR LENTİ