Anons

Haqqımızda Əlaqə

Rauf Mirqədirovun həbs müddəti uzadıldı

Tarix:10-04-2015, 17:19 Baxış Sayı:177

Rauf Mirqədirovun həbs müddəti uzadıldı


O ötən il aprelin 19-da saxlanılıb.

Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bakunews.az xəbər verir ki, bu barədə APA-ya istinadən bildirir ki, R. Mirqədirovun vəkili Elmar Süleymanov məlumat verib.

Vəkil bildirib ki, Nəsimi Rayon Məhkəməsi R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 1 ay uzadılmasına qərar verib.

E. Süleymanov həmin qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.

R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

XƏBƏR LENTİ