Anons

10-01-2018, 15:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 10:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

26-12-2017, 09:57 - Rəhim Qazıyev saxlanılıb

22-12-2017, 10:02 - Sözün bitdiyi Neftçala təhsil ocağı – 1 saylı məktəbin direktoru Ülviyyə Abdulayeva susur...

19-12-2017, 22:42 - Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi

1-12-2017, 08:52 - Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

Zaur Bəylərov içkili halda qəza törətdi – ölən və ağır yaralılar var

Tarix:12-12-2017, 09:40 Baxış Sayı:442

Zaur Bəylərov içkili halda qəza törətdi – ölən və ağır yaralılar var

Bərdə -Tərtər yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Beləki ki, Tərtər rayonuna yaxın ərazidə baş verən hadisə zamanı bir nəfər həlak olub, iki nəfər ağır yaralanıb. Amma bu dəhşətli hadisə sıradan qəza deyil.

Bu saatlarda redaksiyamıza gələn məlumata görə, 90-ZG-909 nömrə nişanlı, ağ rəngli “Leksus” markalı maşın 90-BH-893 nömrə nişanlı bir avtomobillə (markasını dəqiqləşdiririk) toqquşub.

Nəticədə 90-BH-893 nömrə nişanlı maşında olan şəxslərdən biri ölüb, iki nəfər ağır yaralanıb. Yaralananların Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırıldığı bildirilir.

Bu dəqiqələrdə aldığımız xəbərə görə, qəzanı törədən 90-ZG-909 nömrə nişanlı, ağ rəngli “Leksus” markalı maşının sürücüsü, Bərdə rayon İcra Hakimiyyətinin (RİH) Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin qalmaqallı müdiri, adı saysız-hesabsız qanunsuz işlərdə çəkilən Zaur Bəylərov olub.

Baxmayaraq ki, hadisə Tərtər rayonuna yaxın ərazidə baş verib, Z.Bəylərovun yaralıları öz işlədiyi rayonun xəstəxanasına çatdırmaqla məsələni ört-basdır etmək məqsədi güddüyü iddia edilir. Z.Bəylərovun hadisəni törədərkən içkili vəziyyətdə olduğu xəbər verilir.

Lakin bu saatlarda səfərbər olan şöbə müdiri qəzada ölən və yaralanan şəxslərin içkili vəziyyətdə olmasını təqdim etmək üçün dəridən-qabıqdan çıxdığı bildirilir.
Bununla məsuliyyəti qarşı tərəfin boynuna qoymağa cəhd edən RİH rəsmisi təşviş içindədir. Çünki onun barəsində cinayət işi açılması və həbs olunması gözlənilir.
Hadisə ilə bağlı Z.Bəylərovun (0** 252 70 59) telefonuna etdiyimiz zənglərə cavab verilmədi. Görünür ki, şöbə müdirinin başı törətdiyi qəzanın reallığını gizlətməyə qarışıb.

İçkili vəziyyətdə avtomobil idarə edən, bir ailənin faciəsinə səbəb olan, daha iki nəfərin ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsinin səbəbkarı olan şöbə müdiri indi bu cinayət işini bağlamağın yollarını axtarır. Ayda cəmi 300 manat dövlət maaşı alan şöbə müdirinin 200 min manata yaxın qiyməti olan avtomobillə qəza törətməsi, içkili olması, insan ölümünə səbəb olması növbəti dəfə məmur özbaşınalığını ortaya qoyur. Təsadüfi deyil ki, bundan qabaq onun qardaşı, Tərtər RİH müavini olmuş Vidadi Bəylərovun oğlu bir nəfərin ölümünə səbəb olan yol qəzası törətdiyi üçün atası vəzifəsindən çıxarılmışdı. İndi növbə əmisinin – Z.Bəylərovundur. Bərdə ictimaiyyətinin və ziyalılarının nəzəri rayon icra başçısı Vidadi İsayevə dikilib.

İcra başçısının içkili halda qəza törədib insan tələfatına səbəb olduğu deyilən şöbə müdirini vəzifəsindən azad olunacağı tələb edilir.Hər halda V.İsayevin siyasi iradə nümayiş etdirməsi gözləntisi var. Faktiki olaraq isə, Z.Bəylərov qardaşı oğlundan geri qalmayaraq Yeni il qabağı bir ailədə matəmə səbəb oldu.Dəfələrlə prezidentin etdiyi xəbərdarlıqlar, məmurlar və uşaqlarının törətdiyi qəzalar, öz qardaşı oğlunun başqasının həyatına son qoyması Z.Bəylərov üçün dərs olmadığı görsənir.

Bu saatdan sonra V.İsayevin öz işçisini necə cəzalandıracağı da maraqla izlənir. Onun Z.Bəylərovun əməlinə hansı münasibət bəsləyəcəyi sual altındadır. Yalnız onu da deyək ki, xəbər gecə saatlarında gəldiyi üçün təfərrüatını, ölən və yaralanan şəxslərin kimliyini müəyyənləşdirə bilmədik. Ətraflı yaxın saatlarda məlumat verəcəyik. (Reportyor)

XƏBƏR LENTİ