Anons

15-01-2019, 16:56 - Hakimlər Qarabağ qazisini intihara sürükləyir...? - Saxta sənəd hazırlayan...

9-01-2019, 12:38 - Baş prokuror Zakir Qaralov 6 rayonun sakinlərini qəbul edəcək- Şamaxıda

8-01-2019, 13:25 - BAŞ HƏKİM ŞƏLALƏ SƏFƏROVA XƏSTƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB...?

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

Təhsil nazirliyində Billurə Hacızadə də, Sumqayıt şəhər 9 saylı məktəbin direktor əvəzi Həqiqət Abdullayevanı qoruyucu mələyidir

Tarix:11-01-2019, 11:50 Baxış Sayı:124

Təhsil nazirliyində Billurə Hacızadə də, Sumqayıt şəhər 9 saylı məktəbin direktor əvəzi Həqiqət Abdullayevanı qoruyucu mələyidir

Artıq bir neçə gündür ki, Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə direktor əvəzi Həqiqət Abdullayeva ilə pedaqoji kollektivin bir neçə nümayəndəsi arasında baş verən qarşıdurma mətbuatın gündəm mövzusu olub. Xatırladaq ki, Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə direktor əvəzi olan Həqiqət Abdullayeva ilə onun müavini Təranə Nəsirova, müəllimələr Yeganə Hüseynova və Aytəkin Paşayeva arasında baş verən qarşıdurmaya Sumqayıt şəhər prokurorluğu da qarışıb. Məktəbdəki mənbədən mətbuata daxil olan məlumatda bildirilir ki, Həqiqət Abdullayevanın direktor əvəzi təyinatından sonra onun qanunla müəyyən edilməyən formada tələblərinə etiraz edən müəllimələr, xanım direktorun təzyiqləri ilə üzləşiblər. Hətta direktor əvəzi bir az irəli gedərək öz müavinini təhqir belə edib. Conflict.az-a etibarlı mənbədən daxil olan məlumatda qeyd edilir ki, Şəhər İH-nin rəhbərliyi də daxil olmaqla, Təhsil nazirliynin Billurə Hacızadə adlı əməkdaşı da ciddi cəhdlə Həqiqət Abdullayevanın qorunmasına çalışırlar. Onu da qeyd edək ki. xanım Hacızadə Həqiqət Abdullayevanın əmisi qızıdır. Mənbə əlavə olaraq bildirdi ki, nazirliyin Daxili Nəzarət idarəsinin əməkdaşı Aqşin müəllimində iştirakı ilə bir müddət əvvəl Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə aparılan yoxlamalar zamanı Həqiqət Abdullayeva tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı nəticələr hələ də şəhər təhsil şöbəsində saxlanılır. Görəsən nədən nəticələr Təhsil nazirliyinə təqdim edilmir? Həqiqət Abdullayevanın qorunmasında məqsəd nədir? Nədən böyük bir kollektiv hələ direktor təyin edilməyən bir müəllimənin hikkələrinin əsirinə çevrilib?

Ötən gün Conflict.az-ın əməkdaşı Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə aparılan yoxlamaların nəticələri ilə bağlı TN-nin, DNİ-nin əməkdaşı Məhəmməd müəllimlə telefon əlaqəsi saxladı. Suallarımızı aidiyyatı şəxslərlə məsləhətləşmədən cavablandıra bilməyəcəyini deyən Məhəmməd müəllimdən yoxlamada iştirak edən Aqşin müəlllimin əlaqə nömrəsini istədikdə isə cavab bu dəfə də ənənəvi oldu “özündən razılıq alım sonra”. Bizə razılıq alıb zəng edəcəyi vədini verən Məhəmməd müəllimdən isə günün sonuna kimi redaksiyaya hər hansı münasibət daxil olmadı.
9 saylı Sumqayıt şəhər tam orta məktəbində baş verən hadisə ilə bağlı araşdırmamızda münaqişə tərəflərindən biri olan direktor müavini Təranə Nəsirova ilə əlaqə saxlayan Conflict.az-ın əməkdaşına xanım müavin bildirdi ki, hələlik araşdırma gedir. “Edilən şikayətlər əsasında məktəbdə bir günlük yoxlama tədbirləri həyata keçirən nazirlyin Daxili Nəzarət idarəsnin əməkdaşları iddia etdiyim faktların demək olar ki, əksəriyyətinin bilavasitə şahidi oldular. Xatırladım ki, yuxarı sinif şagirdlərinin təhsil aldıqları sinifə daxil olan DNİ-nin əməkdaşları mənim ərizədə adlarını qeyd etdiyim şagirdlərin doğrudan da sinifdə olmadıqlarını öz gözləri ilə gördülər.” Əməkdaşımızın:
- Redaksiyaya daxil olan məlumata görə müvafiq “razılaşma” əsasında yuxarı sinif şagirdlərinin bir neçəsi mütəmadi olaraq dərs prosesində iştirak etmirlər. Həmin şagirdlər ya repititor yanına, ya da müxtəlif hazırlıq kurslarına gedirlər. Bu fakt doğudurmu?
- Bunu DNİ-nin əməkdaşları özləri də gördülər və aktlaşdırdılar.
- Bizdə olan məlumata görə bu işdə Həqiqət Abdullayevaya “Kaspi” təhsil mərkəzində çalışan Kənan Quliyev adlı şəxs “kömək” edir. Bu doğrudurmu?
- Araşdırma davam edir.
- Təranə xanım bizdə olan məlumata görə sizə şikayətinizi geri götürməyinizlə bağlı təzyiq olunub.
- Mən bu barədə danışmaq istəmirəm. Ötən gün 146 xidmətinə zəng edib araşdırmanın nəticələri ilə bağlı məlumat almaq istədim. Mənə yaxın günlərdə nəticə ilə bağlı məlumat verəcəklərini bildirdilər.

Təranə Nəsirova bizə məlum olmayan səbəblərdən baş verənlərlə bağlı geniş danışmaq istəməsə də, məsələnin artıq şəhər prokurorluğunda araşdırılması haqqında əlimizdə müəyyən bilgilər var. Və redaksiyaya daxil olan məlumatda o da öz əksini tapıb ki, Təranə müəllimənin Həqiqət Abdullayeva ilə bağlı şikayəti əsasında Sumqayıt şəhər prokurorluğuna çağırılan direktor köməkçisi Aynurə Abdullayevanın da prokuror köməkçisi Elviz Salayev tərəfindən izahatı alınıb. Araşdırmanın obyektivliyi baxımından Aynurə xanımla da telefon əlaqəsi saxlayan əməkdaşımıza direktor köməkçisi bu hadisə ilə bağlı danışmaq istəmədiyini dedi. Onu da xatırladaq ki, artıq üç şikayətçi xanımdan biri Yeganə Hüseynova şəhər prokurorluğuna təqdim etdiyi şikayət ərizəsini geri götürüb. Məktəbdəki mənbədən daxil olan məlumatda bildirilir ki, Yeganə Hüseynovanın ərizəsini geri götürməyinin əsas səbəbi onun Sumqayıt şəhər təhsil şöbəsində çalışan bacısı olub. Belə ki, şikayətçinin bascısına “Kimə istəyirsiniz şikayət edin, sonda hər şey yenidən Sumqayıta qayıdacaq.” – deyə xəbərdarlıq edilib. Qəribədir görəsən bu xəbərdarlığı edənlər Sumqayıtında Azərbaycan qanunları ilə idarə olunduğundan xəbərsizdirlərmi? Görəsən şikayət Sumqayıta qayıdanda nə baş vrəcək? Və görəsən bu cür xəbərdarlığı edənlər məktəbdə rus dili fənnini tədris edən Vüqar Abdullayevin işə çıxmadan hər ay əmək haqqı kartına köçürülən dövlət büdcəsindən ayrılan vəsaitin hara və ya kimə çatması ilə bağlı məktəb rəhbərliyinə hər hansı sual veriblərmi?

Mövzuya qayıdacağıq.

Redaksiya araşdırmada adı çəkilən qurum və şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

XƏBƏR LENTİ