Azərbaycanda idman sahəsinə olan dövlət dəstəyi bu sahənin durmadan inkişafa doğru addımlaması inkaredilməz bir həqiqətdir.
Azərbaycan Respublikasının Prezidenti Cənab Ilham Əliyevin hələ prezident seçilməmişdən öncədən uzun illər Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik etməsi həmin dövrdən idmanın tərəqqiyə doğru yol alması ilə müşahidə olunurdu. Bu gün idmançılarımızın beynəlxalq yarışlarda üç rəngli bayrağımızı yüksəklərdə dalğalandırması və yad ellərdə himnimizi səsləndirməsi beynəlxalq nailiyyətlər sırasına yazılan Cənab Prezidentin uğurlu xarici siyasətinin təzahürüdür.
Bu gün sizlərə daha bir yaxın gələcəyimizin dünya səviyyəsində çox tanınmış olacaq,yəni bu istiqaməndə böyük istedadı və potensialı olan,idmanın BUDO döyüş növləri ilə məşğul olan idmançımız Mirabbas Əzizov haqqında məlumat vermək istəyirəm.Onun məşq yoldaşları və müəllimi idman ustası Dünya və Avropa çempionu Federasiyanın Full Kontant üzrə baş məşqçisi Səbuhi Vəliyev Mirabbasda dünya şöhrətli idmançı olacaq potensialın olduğunu qeyd edirlər.
Biz də öz növbəmizdə gələcəyimizin Dan Ulduzuna-Mirabbasa böyük nailiyyətlər diləyirik!
Qeyd edək ki, Mirabbas tanınmış yazar, Xeberxetti.com portalının rəhbəri Mirəziz Əzizovun oğludur.