Anons

22-06-2017, 13:09 - Bakıda faciəvi şəkildə ölən Susananın anasından ŞOK İDDİALAR

22-06-2017, 13:05 - "Vəziyyəti stabildir, qorxulu heç nə yoxdur“ - Q.Quliyevanın həkimi

20-06-2017, 01:10 - Vasif İsmayılov saxta staj alverindən və POÇTA 1500 manata işə... – AĞSUDA ŞOK İDDİA

19-06-2017, 11:27 - Atəşkəs 124 dəfə pozuldu

16-06-2017, 14:39 - Müsəlmanlar namazları ilə xristianları özlərindən çıxartdı

10-06-2017, 21:10 - Bəzi ödəmə terminallarında "Bakıkarta" balans yükləmək olmur - PROBLEM - VİDEO

10-06-2017, 20:11 - "İSTƏDİYİM PULU VERSƏLƏR, YATAĞA GİRƏRƏM" — AZƏRBAYCANLI TELEAPARICI

9-06-2017, 15:47 - DTX nəşriyyatda əməliyyat keçirdi - "reket jurnalist" həbs olundu

9-06-2017, 15:44 - Natiq Əliyevin nəşi bu gün Bakıya gətiriləcək

9-06-2017, 14:25 - Bakı Şampan Şərablar zavodunda qadınlar əxlaqsız ifadələrlə təhqir edilib...

9-06-2017, 01:58 - Ramazanın 14-cü günün duası: imsak və iftar vaxtı

6-06-2017, 12:42 - Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

6-06-2017, 00:21 - Məhərrəm Əliyev vəzifəyə təyin edilib

5-06-2017, 12:16 - Ucar kolxoz bazarında antisanitariya höküm sürür - SAKİNLƏR PREZİDENTDƏN KÖMƏK İSTƏYİR!

5-06-2017, 10:06 - Natiq Əliyev xüsusi təyyarə və türk həkimlərin müşayiəti ilə Türkiyəyə aparılıb

4-06-2017, 14:42 - Azərbaycanda nazir xəstəxanaya yerləşdirildi – REANİMASİYADADIR

1-06-2017, 15:07 - Çarəsiz ata Azərbaycan xalqına səsləndi - KÖMƏK EDİN

1-06-2017, 14:59 - Ucar sakini DTX rəisi cənab Mədət Quliyevə - MÜRACİƏT ETDİ!

31-05-2017, 16:37 - Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi məhv edilib - VİDEO

30-05-2017, 00:46 - Gəzməyə gəldilər, çayda boğuldular - MASALLIDA FACİƏ

29-05-2017, 01:54 - Xanım baş redaktor Oktay Şirəliyevdən pulunu tələb edir... - FOTOLAR

27-05-2017, 23:27 - Ramazanın 2-ci gününün duası - İmsak və iftar vaxtı

25-05-2017, 12:32 - Yasamal rayonu məmur özbaşınalığının qurbanına çevrilir

19-05-2017, 14:36 - Dolların məzənnəsi 1,70 manat səviyyəsində sabitləşəcək

16-05-2017, 13:01 - Azərbaycanda yağışlı hava sabah da davam edəcək

12-05-2017, 19:02 - Azərbaycanda baş redaktor həbs olundu

12-05-2017, 16:20 - Nəzrinin başına nələr gəldi - KÖLGƏ

12-05-2017, 10:37 - Ermənistan cəbhədə atəşkəs rejimini 135 dəfə pozub

Artur Rasizadə offşor şirkətlərə qadağa qoydu

Tarix:8-01-2017, 13:30 Baxış Sayı:138

Artur Rasizadə offşor şirkətlərə qadağa qoydu


Nazirlər Kabineti Azərbaycanda qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyəcək şirkətlərin qeydiyyata alındığı ofşor zonaların siyahısını təsdiqləyib.

Bakunews.az Virtual Azərbaycan-a istinadən xəbər verir ki, baş nazir Artur Rasizadənin imzası ilə müvafiq qərar yanvarın 7-də rəsmi “Xalq qəzeti”ində dərc olunub. Həmin qərar aşağıdakı kimidir:

“Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”nın təsdiq edilməsi barədə “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı” təsdiq edilsin.

Artur Rasizadə offşor şirkətlərə qadağa qoydu


Siyahı qərara əlavə olunur və orada göstərilir ki, aşağıdakı 17 ofşor bölgədə yaradılan şirkətlər Azərbaycanın qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyəcəklər: Anqila, Antiqua və Barbuda, Aruba, Baham adaları, Beliz, Kuk adaları, Qrenada, Maldiv adaları, Nauru, Antill (Niderland), Panama, Samoa, Sent-Kits və Nevis, Seyşel, Turk və Kaykos, Vanuatu və ABŞ Virgin adaları.

Marşal, Cersi, Men, Kayman və Britaniyanın Virgin adaları, eləcə də Kipr və Malta kimi təsisçiləri və kapitalının mənşəyi haqda bilgiləri tam və ya qismən gizli saxlayacağına təminat verən ofşor bölgələr bu siyahıda yer almır.

Artur Rasizadə offşor şirkətlərə qadağa qoydu


Nazirlər Kabinetinin bu qərarı Azərbaycan hökumətinin offşor zonaların köməyi ilə vergidən yayınmanın və kapital axınının qarşısının alınmasına yönəlmiş səylərin tərkib hissəsidir. Xatırladaq ki, bundan əvvəl Vergilər Nazirliyi offşor zonalarda yerləşdirilən vəsaitlərdən vergi tutulmasına dair təklifləri parlamentə təqdim edib.

XƏBƏR LENTİ