Anons

Dünən, 23:27 - Ramazanın 2-ci gününün duası - İmsak və iftar vaxtı

25-05-2017, 12:32 - Yasamal rayonu məmur özbaşınalığının qurbanına çevrilir

19-05-2017, 14:36 - Dolların məzənnəsi 1,70 manat səviyyəsində sabitləşəcək

16-05-2017, 13:01 - Azərbaycanda yağışlı hava sabah da davam edəcək

12-05-2017, 19:02 - Azərbaycanda baş redaktor həbs olundu

12-05-2017, 16:20 - Nəzrinin başına nələr gəldi - KÖLGƏ

12-05-2017, 10:37 - Ermənistan cəbhədə atəşkəs rejimini 135 dəfə pozub

9-05-2017, 21:48 - Silahlı Qüvvələrin Hərbi Akademiyasında elmi konfrans keçirilib

9-05-2017, 20:10 - "İranlı iş adamı: "Oazis" restaranının admnistratoru Sadıxov Seyfulla arvadımla məni aldadaraq hər şeyimi əlimdən almaq istəyirlər"

8-05-2017, 01:56 - Исполняется двадцать пятая годовщина оккупации Шуши вооруженными силами Армении

8-05-2017, 01:48 - Tərtərdə ermənilərlə iş birliyinə girən hərbçilər və mülki şəxslər ifşa edildilər - Bakıda terror planlaşdırılırmış

4-05-2017, 05:00 - İspaniya mediası Bakıdakı yarışdan yazdı

4-05-2017, 04:25 - Məhəmməd Peyğəmbərin xəbər verdiyi müharibə BAŞLAYIR - Qiyamətə qədər...

3-05-2017, 00:24 - Azərbaycanın tanınmış jurnalisti vəfat edib

2-05-2017, 18:00 - Ağcabədi rayonunda məkunlaşan vətəndaş Prezidentə müraciət etdi

2-05-2017, 01:00 - İslam Oyunları zamanı kimlər nəqliyyatdan pulsuz isdifadə edəcək?!

1-05-2017, 21:03 - Polis rəisi çağırdı, İCRA BAŞÇISI DÖYDÜ - JURNALİSTİ (ŞOK)

1-05-2017, 13:52 - APELLYASİYA MƏHKƏMƏSİNDƏN QARABAĞ ƏLİLLƏRİNƏ QARŞI AĞLASIĞMAZ ÖZBAŞINALIQ

1-05-2017, 13:05 - Bağlanan 11 bankın əmanətçilərinə nə qədər pul ödənildi?

1-05-2017, 11:41 - Ölkə rəhbərinin və Ekologiya nazirinin əmrləri icra edilmir...

28-04-2017, 21:29 - Nəsir Kərimi öldürüldü - VİDEO

26-04-2017, 15:13 - Bank VTB (Azərbaycan) İT mütəxəssisi axtarır - VAKANSİYA

26-04-2017, 11:09 - Oğurlanaraq zorlanan müəllimə yeni iş veriləcək - Nazirlikdən reaksiya

25-04-2017, 16:40 - Gəncliyin təhlükə mənbəyi Gəncə Dövlət Universiteti - ŞOK İDDİA

25-04-2017, 00:12 - Qumru Fərhadovanın saxta Fəlsəfə Doktor adı Y.Yusubovdan hədiyə...

23-04-2017, 16:59 - Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq, bəzi rayonlara dolu düşəcək

21-04-2017, 16:01 - Albina Muradxanovanın saxta sənədləri ifşa olundu - Samur bələdiyyəsinin sədri

21-04-2017, 14:40 - Gülməmməd Cavadovun qohumu S.Cəfərov fəhlələrə qan uddurur - Nazir müavini niyə məsələyə münasibət bildirmir...?

Etibar Məmmədov baş nazir olacaq?

Tarix:9-01-2017, 11:18 Baxış Sayı:502

Etibar Məmmədov baş nazir olacaq?


AMİP lideri Etibar Məmmədov bəzi KİV-lərdə baş nazir təyin olunacağı ilə bağlı tirajlanan yazılara cavab verib.

O, Turan-a açıqlamasında hər hansı siyasət iddiasının olmadığını deyib: "Mənim hər hansı siyasi iddiam yoxdur. Heç kim narahat olmasın”,

Xatırladaq ki, Etibar Məmmədov uzun illər aparıcı müxalifət partiyalarından birinin lideri olub və dövlətdə yüksək postlara iddia edib, prezident seçkilərində iştirak edib. Bir neçə il öncə isə siyasi fəaliyyətdən uzaqlaşıb.

Etibar Məmmədova hakimiyyətdə post verilir? – "Baş nazir vəzifəsi elə ağır sahədir ki…”

Azərbaycan Milli İstiqlal Partiyasının(AMİP) lideri Etibar Məmmədovun yenidən aktiv siyasətə qayıtmağa hazırlaşdığı, hətta baş nazir olmaq üçün hakimiyyətlə danışığa getdiyi barədə xəbərlər yayılıb.

İddialarda əksini tapan məsələyə – Etibar Məmmədovun hakimiyyətdə ikinci ən yüksək posta təyinat almaq istəməsinə onun özünün cavabı maraqlıdır. Amma E.Məmmədov Modern.az-ın bununla bağlı sualına cavab vermək istəməyib.

Bəs onda kənarda nə düşünülür, Etibar Məmmədovun ikinci dəfə aktiv siyasətə qayıdışı nə vəd edir?

Etibar Məmmədov Baş nazir postu üçün uğurlu kadr ola bilərmi?

Keçmiş Baş nazir, eks-deputat Pənah Hüseyn Etibar Məmmədovun siyasətə qayıdışı və hökumət başçısı olmaq üşün hakimiyyətlə danışığa getməsi kimi məsələləri şərh etmək həvəsində olmadığını bildirib.

İqtidarda olan Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov da bu mövzu haqda hər hansı açıqlama vermək istəməyib.

Milli Məclisin deputatı, vaxtilə Baş nazirin 1-ci müavini işləmiş Vahid Əhmədov Etibar Məmmədovun Baş nazir postuna yiyələnməsi və hakimiyyətə qayıdışı barədə bunları deyib.

"Etibar Məmmədov istiqlalçı deputatdır. Müstəqilliyin əldə edilməsinə çalışanlardan biri olub. Düzür, Etibar Məmmədovun dilindən Baş nazir olacağı barədə heç nə eşitməmişəm. Qaldı ki, Etibar Məmmədovun hakimiyyətə qayıdışına, məgər, o, siyasətdən gedib?! Etibar Məmmədov siyasətdədir. Sadəcə, onun hakimiyyətə qayıtması barədə özü nəsə deyə bilər. Mən nəsə fikir söyləyə bilmərəm. Bunlar onun öz işidir. Nə planları varsa, özü bilər.

Baş nazir postu da elə ağır sahədir ki, ona rəhbərlik edən şəxs iqtisadiyyatı daha dərindən bilməlidir. Həm də bu posta təyinat cənab prezidentin səlahiyyətində olan məsələdir. Bildiyiniz kimi, cənab prezident "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrəstrateji yol xəritəsi”ni təsdiq edib. Bunu həyata keçirmək üçün islahatçı hökumətə ehtiyac var. İnanmıram ki, hazırkı hökumət bunun öhdəsindən gələ bilsin. Əgər 10 il ərzində bir iş görülməyibsə, bundan sonra çətin ki nəsə edilsin. Xüsusilə, indiki məqamda çox çətindir. Ölkədə devalvasiya hökm sürür”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə Etibar Məmmədovun ikinci dəfə siyasətə qayıdışının uğurlu olacağını düşünmür:

"Hansısa siyasətçinin siyasətdən gedib və siyasətə qayıtmasının çox nadir nümunələri var. Məsələn, Fransada Şarl-De Qol siyasətdən gedib, yenidən siyasətə qayıdıb. Ümumiyyətlə, bir çox dövlətlərdə ikinci dəfə siyasətə qayıdış olub. Mənə elə gəlir ki, ikinci dəfə siyasətə gəlmək birinci dəfə gəlməkdən daha az siyasi nəticələr əldə etməyə imkan verir.

Hesab edirəm ki, Etibar bəyin təkrar siyasətə qayıtması Azərbaycanda qeyri-adi hadisə olmayacaq. Sadəcə, siyasətə qayıtmaq onun hüququdur. Nə vaxt istəsə, qayıdar. Görünür lider kimi, bir siyasi partiya rəhbəri kimi siyasətə qayıtmasından söhbət gedir.

Mənə elə gəlir ki, Etibar bəy AMİP-in sədrliyindən gedərkən uduzdu. Onun gedişindən sonra Azərbaycanın ən nüfuzlu partiyalarından biri olan AMİP demək olar ki, cəmiyyətdə tanınmayan-bilinməyən partiya səviyyəsinə endi. Etibar bəy siyasətə qayıdacağı təqdirdə AMİP-i əvvəlki vəziyyətinə qaldırması üçün bəlkə də daha çox əziyyət çəkməlidir. Bu da Azərbaycan reallığında o qədər də mümkün görünmür.
O başqa məsələdir ki, Etibar bəy siyasətə qayıdarkən tamamilə fərqli bir simada qayıda bilər. Klassik müxalifətçi kimi yox, iqtidarda müəyyən qüvvələrin ittifaqında qayıdarsa, nəhəng bir güc ortaya qoya və siyasi nəticələr əldə edə bilər”.

XƏBƏR LENTİ