Anons

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

3-10-2017, 18:59 -  Elman Nigaran Sumqayıt ŞPİ-nə çağrılıb

26-09-2017, 12:18 - Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

20-09-2017, 11:05 - Xırdalan şəhər 1 saylı məktəblə bağlı iddialar əsasız çıxdı - Araşdırma

18-09-2017, 14:20 - Daha bir varlı oğlu Lexusu ilə yolu keçən piyadanı vurub, öldürdü - QANLI təfərrüat

16-09-2017, 23:46 - DİQQƏT! Paytaxtda profesional oğru peyda olub - FOTOLAR

10-09-2017, 14:58 - Rövnəq Abdulayevin himayəsində olan Qüdrət Şükürov - Milyonların yeyilməsində Hacıbalanın rolu?

Bu şəxslər həkimlikdən məhrum ediləcək

Tarix:25-10-2017, 15:06 Baxış Sayı:133

Bu şəxslər həkimlikdən məhrum ediləcək

Azərbaycanda selektiv abort edən ginekoloqlar həkimlik adından məhrum ediləcək.

Realliq.info xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib. Millət vəkili bildirib ki, bu məsələ "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsində öz əksini tapıb. Millət vəkili hesab edir ki, cəmiyyətdə bu istiqamətdə ciddi marifləndirmə işləri aparılmalıdır:

“Çünki həkimi də selektiv aborta məcbur edən valideynlərdir. Valideynlər arasında maarifləndirmə işi genişləndirilməlidir ki, həkimləri bu işə sövq etməsinlər”.

M.Quliyev bildirib ki, selektiv abort edən ginekoloqların həkimlik adından, həkimlik peşəsindən məhrum edilməsi onlar üçün ən böyük cəzadır:

“Ona görə də selektiv aborta yol verən ginekoloqların həkimlik adından məhrum edilməsi məsələsini "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinə salmışıq. İnanmırıq ki, hansısa həkim illərlə çəkdiyi zəhməti riskə atıb bu cür qanunsuz əmələ cəhd edə. Yəqin ki, ilin sonunadək bu qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq”.

Deputat bildirib ki, selektiv abortlarla bağlı qadağa xarici ekspertlərin təəccübünə səbəb olub:

"Avropa ölkələrində ümumiyyətlə doğulacaq uşağın oğlan və ya qız olacağını düşünmürlər. Bizdə dölün cinsinə görə ana bətnində məhv edilməsi onlarda təəccüb doğurur”.

Pediatr Vaqif Qarayev Axar.az-a açıqlamasında bildirib ki, selektiv aborta görə ginekoloqların həkimlik adından məhrum edilməsi olduqca gözəldir. Lakin selektiv abort etdirmək istəyən valideynlərin də düşüncəsi dəyişməlidir:

“Anaların, ataların, qayınana-qayınataların düşüncəsi də abort ediləcəkmi? İnzibati qadağalar əsrlərdən bəri oturuşmuş mentallığı dəyişə biləcəkmi?! Əlbəttə yox! Dəyişmir, əksinə, ana bətnində öldürülən körpələrin sayı ilbəil artır. Bu, çox böyük təəssüf doğurur. Ümid edək ki, bu qanun bu cür abortların qarşısının alınmasında ciddi rol oynayacaq”.

XƏBƏR LENTİ