Anons

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

3-10-2017, 18:59 -  Elman Nigaran Sumqayıt ŞPİ-nə çağrılıb

26-09-2017, 12:18 - Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

20-09-2017, 11:05 - Xırdalan şəhər 1 saylı məktəblə bağlı iddialar əsasız çıxdı - Araşdırma

18-09-2017, 14:20 - Daha bir varlı oğlu Lexusu ilə yolu keçən piyadanı vurub, öldürdü - QANLI təfərrüat

16-09-2017, 23:46 - DİQQƏT! Paytaxtda profesional oğru peyda olub - FOTOLAR

10-09-2017, 14:58 - Rövnəq Abdulayevin himayəsində olan Qüdrət Şükürov - Milyonların yeyilməsində Hacıbalanın rolu?

“Şikayət edəndə dedilər ki, həkimlər səni parçalayar” – GİLEY

Tarix:30-10-2017, 11:43 Baxış Sayı:113

“Şikayət edəndə dedilər ki, həkimlər səni parçalayar” – GİLEY

74 yaşlı alim Könül Zeynalova redaksiyamıza gələrək şikayətlənib. Xanım alim başına gələnləri bu cür qeyd edib:

“Uzun müddət idi ki, onurğa sütunumda yaranmış problemdən əziyyət çəkirdim. Buna görə özəl klinikaların birinə müraciət etdim, hansı ki, həmin klinikaya İzraildən tanınmış həkim gətirilmişdi. Həmin həkim mənə bildirdi ki, müalicə almağım üçün ”MRT” çıxartdırmalıyam. Həkimin verdiyi arayışla 2015-ci ilin aprel ayının 13-də N.Tusi adına özəl klinikaya müraciət etdim. Klinikaya daxil olar-olmaz nəzarətçi qolumdan tutub məni zorla kassaya apardı ki, ödəniş edim. Bu günə qədər bir çox özəl klinikalarda olmuşam, lakin bu cür davranış görməmişdim. Məlum oldu ki, “MRT” üçün klinikaya 607 manat ödəniş etməliyəm. Lakin buna imkanım çatmadığı üçün xahiş etdim və 150 manat endirimlə 457 manat ödədim. Klinikada 5-6 saat gözlədikdən sonra çəkilişlər edildi. Hətta həkim venama iynə vurarkən səhvən damara düşdü. Nəticədə qolum şişdi, həkimlər təcili qolumu sarıdılar. Nəticədə bu günə qədər barmaqlarımı yaxşı hərəkət etdirə bilmirəm. Beləliklə, “MRT” filmləri çəkildi”.

“Şikayət edəndə dedilər ki, həkimlər səni parçalayar” – GİLEY


Şikayətçinin sözlərinə görə bəzi problemlər üzündən müalicəsini dayandırmalı olub:

“Həmin ərəfədə anam dünyasını dəyişdiyi üçün müalicəmi bir müddətliyə dayandırmalı oldum. Daha sonra isə israilli həkim öz ölkəsinə geri döndü. Bir müddət sonra isə Bakıdakı Koreya klinikasına müraciət etdim. Koreyalı həkim mənim ”MRT” filmlərinə baxanda mat qaldı. Bildirdi ki, filmlər kiçik yaşlı uşağın cızma-qarasına oxşayır və heç nə oxunmur. Bildirdi ki, ya çəkiliş zamanı tərpəniş olub, ya da ki, mütəxəssis yaxşı olmayıb. Buna görə də həkim tövsiyə etdi ki, yenidən çəkilişlər etdirim”.
Şikayətçi bildirir ki, film çəkilişlərinin yenilənməsi üçün klinikaya müraciət etdikdə hədə-qorxu ilə qarşılaşıb:

“Məsələ ilə bağlı N.Tusi adına klinikaya zəng vurdum, vəziyyəti bildirdim. Telefona cavab verən əməkdaş bildirdi ki, ”əgər sən bura gəlsən həkimlər səni parçalayar, çünki şikayət edirsən”. Mən isə sakit halda bildirdim ki, məni həkimlə əlaqələndirsinlər. Lakin bu günə qədər zənglərim cavabsız qalır, ya da kobud sözlərlə qarşılaşıram”.

Könül Zeynalova qeyd etdi ki, məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə şikayət edib:

“Ordan isə mənə yazılı surətdə cavab verildi ki, ”şikayətiniz Dövlət Xidməti tərəfindən qanunvericiliyə uyğun araşdırılmış, “Tusi” klinikasına bu günə qədər heç bir yazılı və ya şifahi şəkildə müraciət etməmisiz. Həmçinin “MRT” filmlərinin saxlanılma şəraitinə düzgün əməl olunmadığından keyfiyyətsiz hala düşə biləcəyini bildirmiş və bu barədə sizə ətraflı məlumat verilmişdir”.

Bir daha qeyd edirəm ki, klinika film çəkilişlərini düzgün aparmayıb. Yeni çəkilişlər üçün imkanım yoxdur. Aidiyyəti orqanlardan xahiş edirəm, bu məsələdə hüquqlarımın qorunması üçün mənə köməklik göstərsinlər”.

Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı Nəsrəddin Tusi adın özəl klinikanın da mövqeyini öyrənməyə çalışıb. Lakin klinikadan bildirilib ki, baş həkim yerində olmadığı üçün şikayətlə bağlı açıqlama verilməyəcək.

Musavat.com

XƏBƏR LENTİ