Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

"Həkimlər rüşvət alır, ələ baxır, bu hallar əhalini partlayış nöqtəsinə gətirib çıxarıb"

Tarix:10-11-2017, 12:42 Baxış Sayı:438

"Həkimlər rüşvət alır, ələ baxır, bu hallar əhalini partlayış nöqtəsinə gətirib çıxarıb"

“Ölkədə tibb bacısı 120 manat, professional həkim isə 150 manat maaş alır. Biz bununla hara gedirik?”

Bunu parlamentin 5 komitəsinin birgə iclasında büdcə müzakirə olunarkən millət vəkili Elmira Axundova deyib.

O, bildirib ki, xaricdə təhsil alan gənclər ölkəyə qayıtmaq istəmirlər: “Onlar deyirlər ki, 200-300 manatla necə işləyək, ailəmizi necə dolandıraq.

Həkimlərimiz ələbaxımlılığa öyrəniblər.

Hamınız bilirsiniz ki, bu, hansı mənfi halların yaranmasına səbəb olur. Yaxşı həkimlərimiz var və onlar bu maaşa layiq deyillər”.

E. Axundova deyib ki, diabet və onkoloji xəstələrin sayında artım var, lakin vəsait eynidir: “Ayrılan preparatlar bütün xəstələrə çatmır. Növbə, qırğın, qiyamət…

Yaşlı insanlar bəzən şəhər mərkəzinə 5-6 dəfə gəlmək məcburiyyətində qalırlar.

Onkoloji xəstələr üçün guya dövlət proqramı var, lakin onlar da normal şəkildə təmin olunmurlar. Anadangəlmə əlillər 50-60 manat təqaüd alırlar.

Bilirsiniz ki, həmin əlillərin çoxu özlərini idarə edə bilmirlər. Ailə üzvləri onlara baxır və bu, onları da işləməkdən məhrum edir.

Bu məsələ birdəfəlik həll edilməlidir. Ya təqaüdlər normal şəkildə artırılmalıdır, 200-300 manat olsun, yaxud, onlara qulluq edən insanlara maaş ayrılmalıdır”.
E.Axundova xalqın ürəyindən keçən sözləri bəyan edib. Azərbaycan səhiyyəsinin nə kökə düşdüyünü görmək üçün deputatın tənqidlərini eşitməyə ehtiyac yoxdur.

Mətbuat yazır, vətəndaşlar imdad diləyir, etirazlar və şikayətlər çoxalır. Həkimlər isə rüşvət alır, ələ baxır, az maaşla dolana bilmirlər.

Səhiyyə Nazirliyi qədər heç bir dövlət orqanından belə narazılıq yoxdur: ana və uşaq ölümləri, səhv diaqnozlar, sağlam adama vərəm, xərçəng xəstəliyi qoyulması, həkim səhlənkarlığı, orqan mafiyası, soyğunçuluq, rüşvətxorluq, dərman biznesi, bərbad şəraitli xəstəxanalarda bisavad həkimlərin özbaşınalıqları, klinikalarda pasientlərin başınaq oyun açılması, onkoloji xəstələrin yaxınlarının soğan qabığı kimi soyulması, əməliyyat masasında ani səhvdən insan ölümü, doğum şöbələrində açıq bazarlıq, regionlardakı xəstəxanalarda rəzalət və s. hallar əhalini partlayış nöqtəsinə gətirib çıxarıb.

İnsanlar həkimlərə etibar eləmir, İran, Türkiyə, Gürcüstan, daha böyük imkanı olanlar Avropaya müalicə, əməliyyat üçün üz tuturlar.

Elə Azərbaycan hakimiyyətində təmsil olunanlar da, Oqtay Şirəliyev də, müavini Elsevər Ağayev də, başqaları da ölkə səhiyyəsinə güvənmirlər.

Nə tibbi sığorta var, nə can təminatı, nə qiymətlərə nəzarət, nə dövlət xəstəxanalarında pulsuz xidmət, nə özəl klinikalarda tariflərin tənzimlənməsi...

Şəkərli diabetlər, onkoloji xəstələr, vərəmli, cüzamlı insanlar, minlərlə vətəndaşın büdcədən ayrılan pulları, dərmanları mənimsənilir, satılır, biznesə çevrilir.

ABŞ-ın Azərbaycana səfər edən vətəndaşlarını ölkəmizdəki apteklərdən dərman almamağa çağırış etməsi də, E.Axundovanın tənqidləri də tam yerindədir.
Palitika.Az

XƏBƏR LENTİ