Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Ölkədə özəl səhiyyənin xüsusiyyətləri. Gerçəklər, qəribəliklər, paradokslar.

Tarix:13-11-2017, 13:41 Baxış Sayı:393

Ölkədə özəl səhiyyənin xüsusiyyətləri. Gerçəklər, qəribəliklər, paradokslar.

Ölkədə özəl səhiyyənin xüsusiyyətləri.

Gerçəklər, qəribəliklər, paradokslar.

Səhiyyə hər bir insanın həyatında ən vacib aspektdir.

Təəssüf ki, bizdə olan tibbi xidmətlərin keyfiyyətini ümumilikdə qeyriqənaətbəxş hesab etmək olar. Səbəblərdən biri keyfiyyətli səhiyyə sisteminin əhəmiyyətini bir çoxları tərəfindən düzgün bir şəkildə anlamamaqdır.

Nə qədər paradoksal olsada, vətəndaşlar özlərini və yaxınlarını böyük riskə məruz edərək, səhiyyə xidmətlərinin inkişafına mane olurlar.

Digər bir paradoks isə, həkimlərin bir çox hallarda, bunu anlamadan belə, inkişafa maneə törətmələridir.

Səhiyyə sisteminin inkişafına məhz nə maneə olur?

Bir neçə aspektləri sadalayacam.

Birinci – tibbi xidmətləri qiyməti haqda yalnış fikirlər. Sovet İttifaqı dağıldıqdan sonra tibbi xidmətlərin ucuz və ya pulsuz olması ilə bağlı stereotip fikir miras olaraq qaldı. Xəstəxana və poliklinikalar dövlət hesabına saxlanılırdı, avadanlıq və digər xərclər tamamilə büdcədən ödənilirdi…

Lakin SSSR vaxtında xəstələr həkimlərə bir gədər pul verirdilər, kim nə qədər bacarırdı. Əhali bu sistemə vərdiş edib…

Sosialist sistemi çökdü, bazar iqtisadiyyatı anlayışı gəldi, özəl biznes, sahibkarlıq inkişaf etməyə başladı. Bu gün əminliklə söyləyə bilərik ki, respublikamızda çox fəaliyyət sahələrində özəl biznes uğur qazanmışdır. Fabriklər, zavodlar, müxtəlif müəssisələr, mehmanxana, restoranlar tikilib, tikinti və s. sahələr inkişaf edib.

Cavan respublika üçün bu çox yaxşı göstəricidir. Bütün bunlar kapitalist iqtisadiyyat əsasında yeni qanunlara əsasən qurulmuş və inkişaf etmişdir. Hər bir biznes növü əsas qanunlara əsaslanır. Onlardan biri də gəlirlilikdir, yəni iqtisadi səmərəlilik.

Bu olmadan, biznes mövcud ola bilməz.

Təəssüf ki, özəl səhiyyə, hər şey fərqli idi. Təşkilatçılıq təcrübəsi yox idi, idarəetmə sistemi baş həkim başçılıq etdiyi dövlət xəstəxanalarından götürülmüşdür.

Baş həkimin tibbi təhsili var idi, maliyyə və iqtisadi qanunlar haqda isə səthi səthi anlayışı.

Bütün inkişaf etmiş ölkələrdə klinikaları xüsusi iqtisadi və maliyyə təhsili olan menecerlər idarə edirlər. Baş həkimlər yalnız tibbi sahəyə nəzarət edirlər. Onların vəzifə dairəsi dardır və bir çox hallarda formal xarakter daşıyır.

Bizim ilk özəl tibb mərkəzlərimizdə dövlət xəstəxanalarından baş həkimlər çalışmağa başladılar.

Xidmətlərin qiyməti gəlirlilik prinsipinə əsaslanaraq formalaşmamışdır. Avadanlıqların dəyəri, amortizasiya, təmir xərcləri və s. nəzərə alınmırdı. Beləliklə, tibb müəssisəsini təchiz etmək üçün böyük bir investisiya özünün doğrultmurdu.

Əhali arasında həkimin məşhurluğu və xəstələrnin sayı nəzərə alınırdı. Bu amil artıq əvvəlcədən müəssisənin inkişafının uğursuzluğunu müəyyənləşdirmişdir.

Bunlar nə ilə nəticələndi?

Həkimlər tərəfindən təyin olunan aşağı qiymətlər tibb mərkəzlərinin rəhbərlərini xidmətin keyfiyyətinə deyil, kəmiyyətinə yönəlməyə məcbur etdi. Onlar investisiyaları böyük sayda xəstə axını ilə doğrultmağa çalışırdılar. İlk anlarda bu yanaşma tərəqqiyə ümid verirdi. Bir çox özəl tibbi mərkəzlərin açılışı, öz xəstə “axını” olan həkimlərə əsl ov başladı. Klinikalar digər müəssisələrdə çalışan həkimlərə, onları cəlb etmək üçün, böyük faizlər təklif etməyə başladı (əksər hallarda həkimlər sabit əmək haqqı yox, faiz alırlar). Müxtəlif klinikalardan gələn təkliflər həkimlərin qiymətləri qaldırmasına səbəb oldu. Tez tez iş yerini dəyişmək adi hal oldu. Tibbi xidmətlər bazarında qeyri-sağlam bir rəqabət yaşandı. İlkin ticarət yanaşması klinik rəhbərlərini süni şəkildə qiymətləri aşağı salmağa məcbur etdi. Və, ən dəhşətli səhv həkimlərə müxtəlif muayinələrə göndərişlərə görə faiz (“otkat”) təklif etmək idi. Bu həkimləri dahada böyuk məbləğdə “otkat” əldə etmək üçün xəstələri əsassız çox sayda muayinələrə göndərməyə stimullaşdırırdı. Maliyyə qarşılıqlılığı olan bir şəbəkə yaratmış həkimlər qrupları peyda oldu.

Vətəndaşlar, klinikalarda qiymətlərin fərqliliyini gördükdə, qiymət danışmağa, endirimlər istəməyə başladılar. Belə şəraitdə prioritet olaraq tibbi xidmədlərin keyfiyyəti sonuncu yerdə oldu. Bu sahibkarlar üçün öz günahlarına görə düşdükləri bir tələ oldu. Tibbi mərkəz işlətmək avadanlığın bahalı servisi, yararsızlaşmış hissələrin vaxtı vaxtında dəyişdirilməsi, otaqların yaxşı vəziyyəti olması və s. üçün xərclər nəzərdə tutur. Gəlirlilik olmadığı halda bu qeyri-mümkündür.

Belə vəziyyət xidmətlərin maya dəyərini aşağı salmaq üçün sahibkarları hər bir varianta əl atmağa vadar edirdi. Məsələn, avropa istehsalı bahalı reaktivlərə ücüncü dünya ölkələrinin və ya dünya səviyyəsində standartlara cavab verə bilməyən bir şirkətin istehsalı olan reaktivlər alternativ olmuşdur. Radioloji avadanlıq aldıqda, inkişaf etmiş ölkələrə göndərilməyən köhnə modellərə üstünlük verildi. Və ya istifadə olunmuş avadanlıq alınırdı.

Tibbi mərkəzlər həkimlərin kabinetləri kirayəyə verməyə başladı. Klinikanın idarə edilməsi formal xarakter daşıyırdı. Həkimlər özlərinə tabe olduqları üçün, işlərini özləri istədikləri kimi qururdu. Bu xidmətlərin keyfiyyətinə ən mənfi təsir göstərdi.

Respublikanın iqtisadi inkişafı ilə xaricə səyahət edən vətəndaşların sayı çox sayda artdı. Vətəndaşlarımız xaricdə olan tibb mərkəzlərinə getməyə başladı. Orada tamam başqa bir xidmət gördükdən sonra ora axın çoxaldı. Bizim həkim və klinikalarımızın nüfuzu çökməyə başladı. Baxmayaraq ki, xaricdə tibbi xidmətlərin qiyməti bizdən fərqli olaraq dəfələrlə bahadır, tibbi xidmətlə xaricə gedənlərin sayı hər zaman artırdı. Və postsovet məkanında ən yüksək dərəcələrə çatdı. Bunların iqtisadi nəticələri haqda söz açmağa dəyərmi….

Ölkədə bu sahənin inkişafına imkan verməyən aşağı, gəlir gətirməyən qiymətlər və tibbi yardım üçün xaricə gedib orada valyuta xərcləyən böyük bir axın. …
Vəziyyət heçdə ürək açan deyil. Və doğru tədbirlər görülməsə heç yaxşılaşanda deyil.

Hansı tədbirlər görülməlidir?

Stereotipləri sındırmaq, bu məsələyə daha qlobal yanaşmaq, strategiyanı müəyyən etmək və məqsədə çatmaq üçün qarşıya konkret vəzifələr qoymaq. Və bu da keyfiyyətli tibbi xidmətlər yaratmaqdır. Nümunə olaraq Türkiyyənin, Avropanın, ABŞ ən yaxşı klinikaları olmalıdır. Onlardan zəruri təcrübəni öyrənmək lazımdır. İnkişaf etmiş ölkələrdə tibb mərkəzləri sıx əməkdaşlıq edirlər. Özəl tibb mərkəzləri assosiasiyaları onların fəaliyyətinin tərkib hissəsidir. Onların sayəsində fəaliyyətin əlaqələndirilməsi, xidmətlərin keyfiyyətinin artırılması üzərində birgə çalışmalar, həkimlərin fəaliyyətinə nəzarət, tibbi protokollara riayyət, birgə elmi konfransların, seminarların keçirilməsi və bir çox digər işlər görülür. Maliyyə baxımdan isə qiymətlərin süni azaldılması və ya əsassız qaldırılmasının qarşısını almaq üçün qiymətlərə nəzarət edilir. Bütün bunlar tibbi mərkəzlərdə standartları yüksək səviyyədə saxlamağa kömək edir.

Bizə belə bir assosiasiyalar yaratmaq lazımdır. Klinikalar arasında rəqib anlayışını ləgv etmək lazımdır. Fəaliyyətin əlaqələndirilməsi və fəaliyyət sahələrini bölüşdürmək, vahid tibbi protokollar qəbul etmək lazımdır. Bunalada süni dempinqin və s. qarşısını almaq. Bu tibbi inkişafa, xidmətlərin keyfiyyətinə lazımi diqqət ayırmağa imkan yaradacaq, həkimləri bacarıqlarını təkmilləşdirməyə təşviq edəcək. Prioritet tibbin yüksək səviyyədə olması olmalıdır.

Bəzi tədbirlər siyahısı bizim həyatımız üçün əhəmiyyətli olan sahənin – özəl səhiyyənin inkişafı üçün çox vacibdir …

Bizim sahibkarlar, vətəndaşlar və həkimlər bunu nə qədər tez başa düşsələr, bu sahədə köklü dəyişikliklər üçün real zəmin o qədər də tez yaranacaq.
/hayat.clinic/

XƏBƏR LENTİ