Anons

1-12-2017, 08:52 - Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

3-10-2017, 18:59 -  Elman Nigaran Sumqayıt ŞPİ-nə çağrılıb

26-09-2017, 12:18 - Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

20-09-2017, 11:05 - Xırdalan şəhər 1 saylı məktəblə bağlı iddialar əsasız çıxdı - Araşdırma

18-09-2017, 14:20 - Daha bir varlı oğlu Lexusu ilə yolu keçən piyadanı vurub, öldürdü - QANLI təfərrüat

16-09-2017, 23:46 - DİQQƏT! Paytaxtda profesional oğru peyda olub - FOTOLAR

Azərbaycanda UNİKAL ƏMƏLİYYAT- Kardiologiyada yeni addım/FOTO

Tarix:4-12-2017, 11:25 Baxış Sayı:86

Azərbaycanda UNİKAL ƏMƏLİYYAT- Kardiologiyada yeni addım/FOTO

Azərbaycan səhiyyəsi daha bir uğura imza atıb.

Medicina.az xəbər verir ki, Mərkəzi Klinik Xəstəxanada ölkəmizdə ilk dəfə olaraq aortanın(ana damar) laylanmış (dissekan) anevrizması "hibrid metodla” müalicə edilib. Əməliyyat Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru, ürək-damar cərrahı Kamran Musayev və onun komandası tərəfindən həyata keçirilib.

Aorta disseksiyası xəstəliyi barədə məlumat verən Dr. Kamran Musayevin sözlərinə görə, insan orqanizminin ana damarı olan aortanın daxili qişasının cırılması ilə müşahidə olunan xəstəlik zamanı ölüm riski yüksəkdir:

"Ölüm riski yüksək olsa da son illər kardiologiya və ürək-damar cərrahiyyəsində bu xəstəliyin müalicəsi sahəsində ciddi nailiyyətlər əldə edilib. Bu sahədə ən son nailiyyət aorta disseksiyasının (və dissekan anevrizmanın) "hibrid metodla” ləğvidir. "Hibrid metod” – klassik cərrahi əməliyyatlarla endovaskulyar əməliyyatların birgə istifadə olunmasıdır. Bu yanaşmada daha kiçik miqyaslı açıq əməliyyatlarla endovaskulyar qapalı əməliyyatlar kombinasiya edilir. Beləliklə, böyük miqyaslı açıq əməliyyatlardan və onların ağırlaşmalarından yayınmaq olur. Eyni zamanda bu metodla xəstələrdə qan itkisinin və əlavə travmanın qarşısı alınır. ”

Hibrid müalicənin dünyanın qabaqcıl ölkələrində son 10 ildə tətbiq edildiyini deyən Dr. Kamran Musayev bildirdi ki, bu əməliyyat ölkəmizdə ilk dəfə tətbiq edilib:

"Ciddi riskli aorta disseksiyası və aorta anevrizması xəstələri üçün ümid yeri, həyat xilasedici bir alternativ təşkil edən "hibrid müalicə” dünyanın ən qabaqcıl ölkələrində son 10 ildə tətbiq edilməyə başlayıb. Bizim bu müalicə metodunu ilk dəfə tətbiq edərək əməliyyat etdiyimiz xəstə 39 yaşında kişi idi. Xəstədə enən aortanın disseksiyası və anevrizması olduğu üçün klassik açıq cərrahiyyənin tətbiqi yüksək risk daşıyırdı. Buna görə də, xəstəmizi "hibrid metodla” (yuxu arteriyası- körpüçükaltı arteriya şunt + TEVAR ) ilə müalicə etməyə qərar verdik. Əvvəlcə yuxu arteriyası ilə körpücükaltı arteriya arasında şunt əməliyyatı icra etdik. Sonra isə aortanın laylanmış və anevrizmalaşmış seqmentinə qapalı yolla stent-qreft yerləşdirdik (TEVAR)”.

Baş həkim həmçinin bildirib ki, bu cür əməliyyatları həyata keçirmək üçün ciddi infrastruktur və kadr hazırlığı tələb olunur:

"Bir neçə ildir ki, biz Mərkəzi Klinikada aortanın anevrizmalarında endovaskulyar əməliyyatları icra edirik. Hərtərəfli hazırlıqları başa vurduqdan sonra bu əməliyyatları reallaşdırmağa başladıq. "Hibrid metod” isə daha mürəkkəb, daha çox hazırlıq və təcrübə istəyən bir əməliyyat növüdür. Əməliyyat üçün lazımi hazırlıq işləri bütün incəliklərinə qədər nəzərdən keçirildikdən sonra xəstə əməliyyata alındı. Ciddi risk daşımasına baxmayaraq komandamızla birgə daha bir uğurlu əməliyyat həyata keçirdik . Artıq xəstəmizi sağalma ilə evə yazmışıq. Bu cür müasir və mürəkkəb metodlu əməliyyatların ölkəmizdə də icra olunmağa başlamasından ötrü çox sevincliyik.”

Azərbaycanda UNİKAL ƏMƏLİYYAT- Kardiologiyada yeni addım/FOTO
Azərbaycanda UNİKAL ƏMƏLİYYAT- Kardiologiyada yeni addım/FOTO
Azərbaycanda UNİKAL ƏMƏLİYYAT- Kardiologiyada yeni addım/FOTO
Azərbaycanda UNİKAL ƏMƏLİYYAT- Kardiologiyada yeni addım/FOTO

XƏBƏR LENTİ