Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

"Mediland Hospital”da insanlığa yaraşmayan hərəkət – “Pul ödə, təyziqini ölçək”

Tarix:20-06-2018, 09:52 Baxış Sayı:393

"Mediland Hospital”da insanlığa yaraşmayan hərəkət – “Pul ödə, təyziqini ölçək”

Bakıda özəl klinikalardan birində pasientə qarşı xəstəxana işçiləri tərəfindən tibb işçilərinə yaraşmayan hərəkət baş verib.

Bakunews.az Femida.az-a istinadən xəbər verir ki, "Mediland Hospital”da müayinələrdən keçməyə gələn vətəndaş S.Məcidovanın hospital işçiləri tərəfindən verilən maye vasitəni qəbul etdikdən sonra vəziyyəti pisləşib. Xəstənin yaxınlarının saytımıza verdiyi məlumata görə, Klinikada kompüter tomoqrafiyası (KT)və maqnit-rezonans tomoqrafiyası və ya nüvə-maqnit-rezonans tomoqrafiyası (MRT) xidmətlərindən istifadə etmək üçün müraciət ediblər. Ödənişləri etdikdən sonra xəstəyə qəbul etmək üçün maye verilib və bundan sonra onun vəziyyəti pisləşib.Xəstənin təcili yardıma ehtiyacı olduğunu bildirdikdə klinikanın qeydiyyat şöbəsinin əməkdaşları təcili yardım üçün əvvəlcə ödəniş edilməsini və çeki təqdim etdikdən sonra xəstəyə yardım edəcəklərini bildiriblər. Bu isə onların narazılığına səbəb olub.

"Biz klinikaya kifayət qədər ödəniş etmişik. Xəstə verilən mayedən sonra özünü pis hiss edibsə, ona yardımı da klinikanın əməkdaşları etməlidir.Onlarsa bizə kömək əvəzinə, pul ödəməyimizi tələb etdilər”, deyə xəstənin yaxınları saytımıza bildirib.

"Mediland Hospital”da narazılıq bununla bitməyib. Əvvəlcədən xəstənin müayinəsi üçün həkimlə vaxt razılaşdırılsa da, klinikada ixtisasa uyğun həkim tapılmayıb.

"Biz bir gün əvvəl klinikaya zəng etdik və müayinələrdən əvvəl həkimlə danışmağa ehtiyac olduğunu bildirdik. Bizi qəbula yazan şəxslər günün birinci yarısı İlahə adlı həkimin orada olacağını bildirmişdilər.Amma klinikaya gedəndə bunun əksinin şahidi olduq. Bizə deyilmiş həkimlərin heç biri yerində yox idi.Klinikanın əməkdaşları dedilər ki, həkimlər nəticələrə kompyuter sistemi ilə baxacaq və bizə cavab verəcəklər”, deyə xəstənin yaxınları bildirib.

Femida.az məsələ ilə bağlı "Mediland Hospital”la əlaqə saxlayıb.Hospitalın Tibbi Xidmət qeydiyyatı və Təcili Yardım şöbəsinin müdiri Yeganə Cabbarova baş verən hadisəyə aydınlıq gətirib.

"Bəli, dünən Hospitalımızda belə bir hadisə yaşanıb. Məlumat üçün bildirim ki, bura özəl klinikadır.Bütün xidmətlər ödənişlidir.Ödəniş olunmadan işçilərin kiməsə xidmət göstərməyə ixtiyarı yoxdur.Bizim qeydiyyat şöbəsinin əməkdaşları da bunu nəzərə alıb və xəstəyə bildiriblər.Xəstənin yaxınları narazılıq etdikdən sonra biz onu təcili tibbi yardım şöbəsinə qəbul etdik və lazımı köməkliyi etdik.”

Şöbə müdiri həkimlərin yerində olmaması iddiasına da aydınlıq gətirib.

"Bildiyiniz kimi həkimlər bir neçə yerdə çalışır.Bizdə də bu praktikadan istifadə olunur. Həmin pasient bizə müraciət edəndə həkimin iş vaxtı artıq bitmişdi.”

Bəs növbətçi həkimlər yoxdurmu? sualına şöbə müdiri belə cavab verib.

"Həmin vaxt əvəzləyici həkimin də iş saatı bitmişdi.Bu səbəbdən də biz cavabı elektron qaydada həkimə göndərdik və o cavabı yazdı. Biz də xəstəyə cavabları elə həmin gün təqdim etdik.”

Qeyd edək ki, "Mediland Hospital” ətrafında mətbuatda zaman-zaman qalmaqallı materiallar dərc olunur.Hospitalın baş həkimi hazırda Günel Əliyevadır.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 29.12.2011-ci il tarixli 137 nömrəli əmri ilə təsdiq edilmiş Həkimlərin etik davranış qaydalarına görə, həkim pasiyentə göstərilən tibbi yardımın keyfiyyətinə cavabdehlik daşıyır. Həkim öz işində Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən sahəvi normativ sənədləri rəhbər tutur. Həkim pasiyenti əsassız riskə məruz qoymamalı, xüsusilə də bilik və bacarıqlarını qeyri-humanist məqsədlər üçün istifadə etməməlidir. Həkim hər hansı müalicə üsulunun seçimində ilk növbədə zərər vurmamaq prinsipini rəhbər tutmalıdır. Həkim öz peşə vəzifələrini lazımı səviyyədə yerinə yetirmədikdə və ya sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına yol verdikdə qanunvericiliyə uyğun olaraq intizam, inzibati, cinayyət və digər məsuliyyətə cəlb oluna bilər.

Qeyd: Bu Qaydaların tələbləri eyni zamanda orta tibb işçilərinə də şamil olunur.

XƏBƏR LENTİ