Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

Barəsində cinayət işi açılan həkim "Ege Hospital"da

Tarix:18-07-2018, 16:50 Baxış Sayı:537

Barəsində cinayət işi açılan həkim "Ege Hospital"da

Klinikaya gələn həkimlərin çoxunun keçmişi elə "Ege Hospital”ın keçmişi kimi qaranlıqdır

Adı tez-tez xəstə ölümlərində hallanan "Grand Hospital” nüfuzunun zədələnməsi səbəbindən bir neçə ay öncə rebrendinq edərək, adını "Ege Hospital” olaraq dəyişsə də, klinikanın imicində müsbətə doğru heç bir irəliləyiş olmayıb.

Belə ki, klinika azərbaycanlı həkimləri kütləvi şəkildə işdən çıxardıqdan sonra, onların yerinə Türkiyədən həkimlər dəvət edib. Lakin gələn həkimlərin çoxunun keçmişi elə "Ege Hospital”ın keçmişi kimi qaranlıqdır. Daha doğrusu hospital Türkiyə səhiyyəsinin illər öncə dışladığı şəxsləri Bakıya gətirib. Onlardan biri də op.dr Aytekin Başarğandır. Aytəkin Başarğanın necə həkim olduğunu bilmək üçün adını "Google”da axtarışa vermək kifayətdir. Bu zaman qarşınıza Türkiyənin onlarla nüfuzlu mətbu orqanında onun 53 yaşlı bir xəstənin başına açdığı oyun barəsində geniş məqalələr çıxacaq. Yazılanlardan belə anlaşılır ki, Başarğanın qəssablıq fəaliyyəti onun həkimliyini çoxdan kölgədə qoyub.

Barəsində cinayət işi açılan həkim "Ege Hospital"da


Op. Dr. Aytekin Başargan

Qaynarinfo Türkiyə mətbuatına istinadən illər öncə op.dr Aytekin Başarğanın başarısızlığından bəhs edən yazını sizlərə təqdim edir:


Op. dr. Aytekin Başarğan İzmirdə Alsancık Dövlət Xəstəxanasında çalışdığı illərdə 53 yaşlı Gülümsər Kalabalık adlı Türkiyə vətəndaşını zobuna görə əməliyyat edərkən yanlışlıqla qida borusunu kəsib. Vəziyyəti getdikcə pisləşən qadını yenidən həyata qaytarmaq üçün əməliyyata daha sonra başqa bir həkim girib və əməliyyat masasında yarımcan halda qalan xəstənin mədəsini 20 santimetr yuxarı çəkərək, birbaşa qırtlağına birləşdirmək məcburiyyətində qalıb.

Bu əməliyyatın ardından 53 yaşlı qadın daha 3 əməliyyat keçirsə də, əvvəlki sağlamlığına qovuşa bilməyib. O, özü mətbuata açıqlamasında əməliyyatdan sonra yemək yeyə bilmədiyini, 10 kilo arıqladığını, sadəcə su ilə qidalandığını, həmçinin səs tellərinin zərər gördüyünü deyib. Bu səbəbdən qadın məhkəməyə müraciət edərək onu əməliyyat edən həkim, yəni Op. Dr. Başarğan barəsində 52 min lirəlik təzminat davası açıb.

Barəsində cinayət işi açılan həkim "Ege Hospital"da

Gülümsər Kalabalık

Həkim isə özünü müdafiəsində, qısaca desək, tibbdə belə şeylərin ola biləcəyini və xəstəni daha sonra başqa bir həkimə yönləndirdiyini söyləyərək, barəsində qaldırılmış ittihamları qəbul etməyib.

Xəstənin bacısı Neşe Pınar əməliyyatdan sonra bacısının yaşayan bir ölü olduğunu və ailə münasibətlərinin pozulduğunu bildirib:

"Şikayət etdiyimiz həkim əməliyyatın ortasında çıxıb, "Soruşmayın, şiş yerinə qida borusunu kəsdim", - dedi və bir həkim yoldaşına zəng vuraraq, "Qida borusunu kəsdim. Nə edim", - deyə soruşdu. Daha sonra əməliyyata başqa həkim girdi və bacımın mədəsini sinəsinə qaldıraraq qida borusunun yuxarısına birləşdirdi. Bundan sonra bacım həyata dönüb. Əməliyyatdan o qədər vaxt keçməsinə baxmayaraq bacım hələ də sağlamlığına qovuşa bilməyib və həyatının sonuna qədər sulu yeməklərlə qidalanmaq məcburiyyətində qalacaq".

Səs tellərinin zədələnməsi səbəbindən çətinliklə danışan Gülümser Kalabalık isə həkim barədə bunları deyib:

"Məni bu vəziyyətə salanlar ən ağır şəkildə cəzalandırılsınlar. Həyatım məhv oldu".

Görəsən, "Ege Hospital” dəvət etdiyi həkimləri araşdırmır, yoxsa müraciət edən xəstələrin əməliyyat masasında qalması, yaxud əməliyyatdan yarımcan çıxması ehtimalı ümumiyyətlə onları maraqlandırmır?! "Ege Hospital”ın barəsində cinayət işi açılan, xəstənin zobu yerinə qida borusunu kəsən bir həkimi Azərbaycana gətirməkdə məqsədi nədir?!

pia.az

XƏBƏR LENTİ