Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

"Baku City Hospital"ın həkiminə ittiham-"...əlimi şikəst etdilər"

Tarix:28-11-2018, 11:56 Baxış Sayı:65

"Baku City Hospital"ın həkiminə ittiham-"...əlimi şikəst etdilər"

"...bu həkimlər məndən 6000 manata qədər pul aldılar"

Redaksiyamıza Sabunçu rayon Balaxanı qəsəbə sakini Hüseynov Vidadi Paşa oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova ünvanlanmış şikayət ərizəsinin surəti daxil olub. Müəllif müraciətində “Baku City Hospital" klinikasında qarşılaşdığı problemlərdən, ona dəyən maddi ziyandan və nəhayət həkim diqqətsizliyi səbəbindən şikəst qalmasından bəhs edir. Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:

“Yazıb sizə bildirirəm ki, 12.08.2018-ci il tarixində əlim biləkdən yuxarı kəsildiyi üçün sığorta olunduğum şirkət tərəfindən "Baku City Hospital" klinikasına əməliyyat üçün yönləndirildim. Sığorta şirkəti biləyimdə tikiş əməliyyatı aparmaq üçün 2500 manat vəsait ayırsa da, bu klinikanın rəhbəri Bayram Qorçiyev əməliyyatdan sonra mənə bildirdi ki, bu əməliyyat çox çətin olduğu üçün əlavə 3000 manat da ödəməlisən. Sığortaya müraciət etdikdə oradan dedilər ki, sənin əməliyyatın üçün 2500 manat artıqlaması ilə kifayətdir. Mən çox yalvar-yaxardan sonra Bayram Qorçiyevi 1500 ödəməyə razı sala bildim. Baxmayaraq ki, bu pulu da borc alıb, ödədim . Beləliklə bu tikiş əməliyyatı mənə 4000 manata başa gəldi. 2 gündən sonra evə buraxıldım. 35 gündən sonra tikiş söküldü və mənə dedilər ki, barmaqların işləməsi üçün fizioterapiya lazımdır. Onların klinikasında qiymətlər çox baha olduğu üçün başqa yerdə fizioterapiya aldım. Lakin "Güvən " klinikasında Elektroneyromioqrafiya müayinəsi etdikdən sonra məlum oldu ki, tikiş əməliyyatı düzgün aparılmayıb və yenidən əməliyyat olmalıdır.

Cənab Prezident! Mən kasıb birisiyəm. Sığorta olunmağıma baxmayaraq fizioterapiya ilə birlikdə bu həkimlər məndən 6000 manata qədər pul aldılar. Nəticədə isə əlimi şikəst etdilər. İndi də yenidən əməliyyat üçün mənə qiymət oxuyurlar. Bu klinikanın rəhbəri Bayram Qorçiyevin məni məruz qoyduğu vəziyyətlə bağlı tədbir görmənizi sizdən xahiş edirəm”.

Redaksiyadan: Biz məlum qayda və prinsiplərə uyğun olaraq, hörmətli Bayram Qorçiyevlə də əlaqə saxladıq. Bizimlə telefon danışığında həkim belə bir məsələdən xəbərdar olduğunu bildirdi: “Bəli belə bir vətəndaş əlinin sinir və damarları kəsilməsi ilə bizə müraciət edib. Ya işlədiyi şirkət, ya da dövlət ona sahib çıxıb. Onun əli kəsilməkdən qurtulub. Tərəfimizdən lazımı əməliyyat olunub, onun sinir və damarları müəyyən qədər tikilib. Bunun tam sağalması üçün zaman lazımdır. Bizdə Fizioterapiya şöbəsi var, gəlsin orada məşğul olsun. Bu işlərin heç biri qarantiya deyil ki, əvvəlki kimi tam bərpa olunsun. O ki, qaldı dediyi məbləğə, bəli belədir.

Əməliyyatı assisentlər deyil, mən özüm üç həkimlə etmişəm. Bunun sağalması uzun çəkən prosesdir. Yenə deyirəm, zaman lazımdır. Biz yenə də ondan imtina etmirik. O ki, qaldı mən klinikanın baş həkimi deyiləm”.

"Baku City Hospital" klinikası ilə əlaqə saxlamaq cəhdlərimiz isə nəticəsiz oldu.

Mövzu diqqətimizdədir.
Yenixeber.org

"Baku City Hospital"ın həkiminə ittiham-"...əlimi şikəst etdilər"

XƏBƏR LENTİ