Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

20 MİN ÖDƏNİŞ EDƏN XƏSTƏYƏ EGE HOSPİTALDA ETİNASIZLIQ EDİLDİ - FOTOLAR

Tarix:4-12-2018, 17:49 Baxış Sayı:93

20 MİN ÖDƏNİŞ EDƏN XƏSTƏYƏ EGE HOSPİTALDA ETİNASIZLIQ EDİLDİ - FOTOLAR

Sizə üz tutub xahiş edirəm mənim müraciətimi saytınız vasitəsiylə ictimailəşdirin.

Şikayətim Ege hospitalla bağlıdı. Atam Qurbanov Həsən Tapdıq oğlu (65 yaş) 8 iyun tarixində beyin qanaması keçirib. 1 ay gömrük xəstəxanasında qaldıqdan sonra reabilitasiya üçün evə buraxıldı və ev şəraitində müalicəsi davam etdirildi. Sonradan facebookda Türkiyədən məşhur neyrocərrahın ( Özkan Tehli ) Ege hospitala dəvət olunduğunu gördük. Reklamlara inanıb Özkan Tehlinin yanına getdik. Atamı apara bilmədiyimizə görə tomoqrafiya nəticələrini, analizləri və s. aparıb ona göstərdik. Bizə dedi ki hər an təkrar qanaxma ola bilər, atanızı gətirin tam müalicə edək. 21 avqust tarixində atamı ege hospitala apardıq. Özkan Tehli hər şeyin yaxşı olacağını, gələcəkdə bəlkə iş qabiliyyətini də bərpa edə biləcəyini dedi. Atam ilk insult vaxtlarda gözündə mikrob vardı. Ege hospitala aparana gözü evdə tam müalicə olundu (Şəkilləri də var+dünyagöz xəstəxanasınln rəyi var).

Özkan Tehli dedi ki,gözünü mənim doktorum müayinə etməlidir, biz dedik ki gözə müalicəyə ehtiyac yoxdur, yaxşıdır. Özkan Tehli cavabında bizə dedi ki siz bilmirsiniz, mənim doktorum Türkiyədə 43. Yerə çıxıb,mənim ekibimdə pis həkim ola bilməz. Siz müalicə işlərinə qarışmayın, bayram münasibətilə mənim xanım qonağım gəlib infeksiya həkimidir, ciyərini də ona həvalə edirəm. Nəysə, atam ege hospitalda 20 sentyabrda qədər qaldı. Bu müddətdə biz Özkan doktordan hər gün xəstəylə bağlı gözəl sözlər eşidirdik. Son günlərdə xəstədə hərəkətsizlik oldu. Nəhayət evə çıxacağmız gün Özkan doktor yoxa çıxdı. Yüksəl adlı şəxs bizə yaxınlaşdı və Özkan doktorun adından danışmağa başladı. Dedi ki Özkan doktor televiziyadadır sizlə əlaqə saxlaya bilməz.

Mən məlumat verəcəm.Xəstənin qanında infeksiya 2 qat artıb amma başqa hər şey normaldır. Buna qədər ege hospitala artıq 20 min manatdan artıq pul ödəmişdik. Atamı evə çıxardıq,lakin vəziyyəti çox ağır görünürdü. Başqa həkimlərlə məsləhətləşib sabahısı beynini tomoqrafiyaya saldırdıq. Məlum oldu ki atam ege hospitalda yatdığı vaxt təkrar beyin qanaması keçiribmiş. Bir neçə gün sonra egedeki göz doktorunun müalicəsinin nəticəsi olaraq, atamın sol gözü kor oldu. Təxminən 2 həftə öncə qardaşımla ege hospitalın sahibi Yalçın bəyin yanına getdik. Dedik heç olmasa bura necə gətirmişdik elə verərdiniz, beyni müalicə edə bilmirdiniz heç olmasa gözünü bugünə salmazdınız. Yalçın bəy dedi ki araşdırılacaq. 1-2 günə ətraflı məlumat verəcəyik. 2 gün oldu 2 həftə. Nəhayət özü də cavab vermədi. Köməkçisi dediyi adam Sənan adlı şəxs zəng etdi dedi ki biz sizə heç cür köməklik edə bilmərik./Ria24.az/

20 MİN ÖDƏNİŞ EDƏN XƏSTƏYƏ EGE HOSPİTALDA ETİNASIZLIQ EDİLDİ - FOTOLAR
20 MİN ÖDƏNİŞ EDƏN XƏSTƏYƏ EGE HOSPİTALDA ETİNASIZLIQ EDİLDİ - FOTOLAR

XƏBƏR LENTİ