Anons

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

Floridada Azərbaycan sevdası ilə yaşayan Sevda həkim – Foto

Tarix:3-06-2019, 12:10 Baxış Sayı:64

Floridada Azərbaycan sevdası ilə yaşayan Sevda həkim – Foto

Əməlləri, niyyəti çöhrəsitək gözəldir. Bu vəhdət onu daha mükəmməl, daha ecazkar göstərir. Dinlədikcə istər-istəməz bu xanıma heyran qalırdım. İnsanların uzunömürlü olması üçün neçə illərdir ki, elmi tədqiqatlar aparır. İnanır ki, nə vaxtsa elə bir tibbi vasitə tapacaq ki, insanlar ondan istifadə edib xeyli yaşayacaqlar. Poeziyanı çox sevir. Gözəl şeir nümunələrini mütaliə etməkdən zövq alır. Səyahət etməyi xoşlayır. Bu günədək Avropa ölkələrinin əksəriyyətinə səfər edib. İndi də Yeni Zelandiyada, Avstraliyada olmağı arzulayır. Elə bir gün olmur ki, evində Azərbaycan mətbəxinin təamlarından hazırlamasın…
Deyir ki,- “Mən çox xoşbəxt adamam. Qarşıma həmişə yaxşı insanlar çıxıb. Onlardan yüksək diqqət, ehtiram görmüşəm. Və bu da mənə müsbət enerji verib. Həyatın nə qədər gözəl olduğunu anladıb”…

…Rəhmətlik atası Malik Axundov əslən Masallı rayonunun Qızılağac kəndindən idi. Bakıda layihə insitututlarından birində şöbə müdiri vəzifəsində çalışıb. Anası Şükufə xanım əvvəlcə maliyyə nazirliyində şöbə müdiri olsa da ömrünün son illərində Bakı Səhiyyə İdarəsində maliyyə şöbəsinin müdiri işləyib. Bacısı Səbinə xanım Axundova isə həkim-endokrinoloqdur. Özəl klinikalardan birində çalışır…

Floridada Azərbaycan sevdası ilə yaşayan Sevda həkim – Foto


Haqqında söhbət açdığım Sevda xanım Axundova Bakıda dünyaya gəlib. 1986-cı ildə 9 nömrəli məktəbdə orta təhsilini bitirərək Moskva Piraqova adına ikinci Tibb İnsitutuna qəbul olunub. 1992-ci ildə oranın pediatriya fakultəsini müvəffəqiyyətlə başa vurub. Sonra bir il Bakıdakı 6 nömrəli xəstəxanada internatura keçərək pediatr-endokrinoloq ixtisasına yiyələnib. Və həmin xəstəxanada qalaraq 2002-ci ilədək orada öz ixtisası üzrə həkim işləyib. Eyni zamanda Azərbaycan Endokrinologiya Mərkəzində professor Valeh Mirzəzadənin rəhbərliyi altında elmi araşdırmalarla məşğul olub. 2002-ci ildə ailə quraraq Amerikaya gəlib…

…Ömür-gün yoldaşı İsmayıl Davud Suriya əsilli ABŞ vətəndaşıdır. İxtisasca kompyuter üzrə mütəxəsisdir. İki övladı vardır. Qızı Aliyə 16, oğlu Əhməd isə 15 yaşındadırlar. Hər ikisi də xüsusi itedadlı uşaqlar üçün nəzərdə tutulan Kembric proqramına əsasən təhsil alır…

Sevda xanım ABŞ-a gəldikdən bir il sonra Cənubi Kaliforniyadakı Touro Beynəlxalq Universitetinin tibb fakultəsində fəaliyyət göstərən ictimai sağlamlıq üzrə doktoranturaya qəbul olunub. 2006-cı ildə elmi işini müdafiə edərək tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib(PhD). 2006-cı ildən Florida ştatının Fort Lauderdale şəhərində yaşayır və “Life Extension” şirkətində həkim işləyir. Eyni zamanda elmi tədqiqatlarını davam etdirir…

Floridada Azərbaycan sevdası ilə yaşayan Sevda həkim – Foto


Deyir ki,- “Şirkətimiz əsasən insan ömrünün tibbin vasitəsi ilə uzadılması istiqamətində araşdırmalar aparır. İnanırıq ki, biz buna nail olacağıq”…

İctimai fəaldır. Azərbaycan naminə xeyli işlərdə xidməti olub. Töhfə xanım Eminovanın prezidenti olduğu “Floridanın Azərbaycan-Amerika Asossasiyası”nın təhsil məsələləri üzrə şöbəsinin rəhbəridir. Təşkilatın ərsəyə gətirdiyi tədbirlərdə yaxından iştirak edir. Asossasiyanın fəaliyyətindən ağız dolusu söhbət açıb, Azərbaycan naminə bu günədək gördüyü işləri sadalayır. Onların mahiyyətini dilə gətirir. Ştatın rəhbər orqanları ilə sıx münasibət qurduqlarını söyləyir. Bütün bunları dinlədikcə adamın ürəyi dağa dönür, belə bir soydaşının varlığından qürur hissi keçirirsən…

Az qala unutmuşdum, axı söhbətimin əvvəlində gözəllikdən danışırdım. Bəli, insanın niyyəti və eləcə də əməlləri gözəl olanda ətrafına nur saçır. Bu nur İlahi eşqin təzahürüdür…

Elman Eldaroğlu
bizimyol.info

Floridada Azərbaycan sevdası ilə yaşayan Sevda həkim – Foto

XƏBƏR LENTİ