Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

“Azərbaycanda ilk dəfədir belə iyul ayı müşahidə olunur” - Orqanizmi məhv edən hava

Tarix:24-07-2019, 12:25 Baxış Sayı:88

“Azərbaycanda ilk dəfədir belə iyul ayı müşahidə olunur” - Orqanizmi məhv edən hava

Son günlər hava qeyri-sabit keçir: gah həddən artıq isti olur, gah da güclü küləklə müşahidə olunan ağır bir hava. Belə hava şəraiti isə yay fəsli üçün anormaldır.

Bəs bu cür havanın hansı fəsadları olur?

Bakunews.az bildirir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan pediatr Vaqif Qarayev bildirib ki, havanın tez-tez dəyişməsi insan orqanizminə, sağlamlığına mənfi təsir edir:

"İndiki havalar qəribədir. Açığı, bu yaşıma kimi iyulda belə hava müşahidə olunduğunu görməmişəm. Heç yadıma gəlmir. Təbiətin bu şıltaqlığına qarşı heç nə edə bilmərik. Amma mütləq özümüzü qorumalıyıq. Yüngül geyinirik, hərəkət etdiyimiz üçün də tərləyirik. Sonda da soyuq hava təri yapışdırır. Bununla da müqavimət düşür və xəstələnmə prosesi başlayır. Havaya uyğun geyinmək lazımdır. Ehtiyat üçün nəsə götürmək lazımdır. Çünki hər saat hava dəyişir. Dünən axşam bərk bürkü var idi. Gecə saatlarında isə külək əsməyə başladı. Artıq havanın necə olacağını öncədən hesablamaq olmur”.

Mütəxəssisin sözlərinə görə, bu cür havaların insanlara təkcə fiziki baxımdan deyil, psixoloji cəhətdən də təsiri var:

"İnsanların ovqatı olmur, kefləri olmur. Ovqatın pozulması da müqavimətə, immunitetə çox təsir edir. Belə ki, insanlar saatlarla kefi olmadan oturursa, müqavimət düşür. Aktivlik olmur, iş qabiliyyəti və ünsiyyət pozulur. Bu da psixoloji baxımdan təsir edir”.

Vaqif Qarayev bu ayda küləkli havanın olması səbəbindən allergik xəstəliklərin artaraq, kəskinləşəcəyini vurğulayıb:

"Kimin toza qarşı allergiyası varsa, bu halı yaşayacaq. Toz həm də özü ilə xəstəliktörədicilər gətirir. Onlardan qorunmaq lazımdır. Uşaqları, əsasən, çirkli və tozlu məkanlardan uzaq tutmaq lazımdır”.

Pediatr əlavə edib ki, insanlar özlərini qorumaq şərti ilə daha çox havada olmalıdır:

"Hər fəslin özünün iqlim dəyişiklikləri olur. Amma indi - iyul ayında hava isti olsa da, külək əsir. Bu, insan sağlamlığına kifayət qədər təsir edə biləcək faktordur. Məsələn, iyul ayının sonları olduğu üçün evdən yüngül geyimlə çıxırlar. Birdən hava soyuyur, külək əsir. Orqanizm isə iyul ayına adaptasiya olunub, amma havanın temperaturu buna öyrəşməyə imkan vermir. Bu zaman mütləq müqavimət düşür”.

V.Qarayev yay qripindən də danışıb. Bildirib ki, bu xəstəlik zamanı orqanizmin müqavimət gücü aşağı düşür, yay qripinə daha çox uşaqlarda rast gəlinir.

Bununla belə, pediatr həm uşaqların, həm də böyüklərin havada daha çox vaxt keçirməli olduqlarına diqqət çəkib:

"Ümumiyyətlə, bütün fəsillərdə hava lazımdır. Ən çox isə uşaqlar üçün hava çox vacibdir. Son vaxtlar D vitamini çatışmazlığı, az qala, epidemiya şəklini alıb. Bəs Azərbaycan kimi günəşli ölkədə bu, necə baş verir? Hazırda bütün dünya tibbində bu müzakirə olunur”.

XƏBƏR LENTİ