Anons

Dünən, 15:48 - "Məhərrəm Novruzov başıma silah dayayıb"-Məmurların səs yazıları yayılacaq

26-06-2017, 14:28 - Gəncənin Məharət Mustafayev bəlası

22-06-2017, 13:09 - Bakıda faciəvi şəkildə ölən Susananın anasından ŞOK İDDİALAR

22-06-2017, 13:05 - "Vəziyyəti stabildir, qorxulu heç nə yoxdur“ - Q.Quliyevanın həkimi

20-06-2017, 01:10 - Vasif İsmayılov saxta staj alverindən və POÇTA 1500 manata işə... – AĞSUDA ŞOK İDDİA

19-06-2017, 11:27 - Atəşkəs 124 dəfə pozuldu

16-06-2017, 14:39 - Müsəlmanlar namazları ilə xristianları özlərindən çıxartdı

10-06-2017, 21:10 - Bəzi ödəmə terminallarında "Bakıkarta" balans yükləmək olmur - PROBLEM - VİDEO

10-06-2017, 20:11 - "İSTƏDİYİM PULU VERSƏLƏR, YATAĞA GİRƏRƏM" — AZƏRBAYCANLI TELEAPARICI

9-06-2017, 15:47 - DTX nəşriyyatda əməliyyat keçirdi - "reket jurnalist" həbs olundu

9-06-2017, 15:44 - Natiq Əliyevin nəşi bu gün Bakıya gətiriləcək

9-06-2017, 14:25 - Bakı Şampan Şərablar zavodunda qadınlar əxlaqsız ifadələrlə təhqir edilib...

9-06-2017, 01:58 - Ramazanın 14-cü günün duası: imsak və iftar vaxtı

6-06-2017, 12:42 - Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

6-06-2017, 00:21 - Məhərrəm Əliyev vəzifəyə təyin edilib

5-06-2017, 12:16 - Ucar kolxoz bazarında antisanitariya höküm sürür - SAKİNLƏR PREZİDENTDƏN KÖMƏK İSTƏYİR!

5-06-2017, 10:06 - Natiq Əliyev xüsusi təyyarə və türk həkimlərin müşayiəti ilə Türkiyəyə aparılıb

4-06-2017, 14:42 - Azərbaycanda nazir xəstəxanaya yerləşdirildi – REANİMASİYADADIR

1-06-2017, 15:07 - Çarəsiz ata Azərbaycan xalqına səsləndi - KÖMƏK EDİN

1-06-2017, 14:59 - Ucar sakini DTX rəisi cənab Mədət Quliyevə - MÜRACİƏT ETDİ!

31-05-2017, 16:37 - Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi məhv edilib - VİDEO

30-05-2017, 00:46 - Gəzməyə gəldilər, çayda boğuldular - MASALLIDA FACİƏ

29-05-2017, 01:54 - Xanım baş redaktor Oktay Şirəliyevdən pulunu tələb edir... - FOTOLAR

27-05-2017, 23:27 - Ramazanın 2-ci gününün duası - İmsak və iftar vaxtı

25-05-2017, 12:32 - Yasamal rayonu məmur özbaşınalığının qurbanına çevrilir

19-05-2017, 14:36 - Dolların məzənnəsi 1,70 manat səviyyəsində sabitləşəcək

16-05-2017, 13:01 - Azərbaycanda yağışlı hava sabah da davam edəcək

12-05-2017, 19:02 - Azərbaycanda baş redaktor həbs olundu

Cəmil Həsənli istefa ərizəsi yazıb, Əli Kərimli dilə tutur

Tarix:28-03-2016, 13:02 Baxış Sayı:683

Cəmil Həsənli istefa ərizəsi yazıb, Əli Kərimli dilə tutur – MİLLİ ŞURADA GƏRGİNLİK

Cəmil Həsənli istefa ərizəsi yazıb, Əli Kərimli dilə tutur

Novruz tətili günlərinin ən yadda qalan hadisələrindən biri də Milli Şurada gərginliyin müşahidə edilməsi və Cəmil Həsənliyə qarşı düşərgədaxili təzyiqlərin artması oldu.

Xalq yazıçısı Maqsud İbrahimbəyovla vida mərasimində Milli Şura sədri Cəmil Həsənlinin də iştirak etməsi müxalifət cəbhəsində narazılıqla qarşılanıb. Belə ki, Cəmil Həsənlinin bu addımı bir sıra sosial şəbəkə istifadəçilərin qınağına səbəb olub.

Facebook istifadəçilərindən Orxan Məmməd Cəmil Həsənliyə sual ünvanlayaraq, "Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov amansızcasına qətlə yetiriləndən sonra bunu sevinclə qarşılayan Maqsud İbrahimbəyovla vida mərasiminə niyə getdiyini soruşub. Ona başqa istifadəçilər də qoşulublar və Cəmil Həsənliyə qarşı ittihamlar səsləndiriblər.

Cəmil Həsənlinin özü isə bu addımına haqq qazandırıb və o, Maqsud İbrahimbəyova borcunu qaytardığını yazıb: "Bir neçə il əvvəl mənim oğlum avtomobil qəzasında həlak olanda rəhmətlik iki dəfə gəlib bizim hüzr məclisində iştirak etmişdi. Azərbaycan şəraitində xeyir-şərin borc olduğunu yəqin ki, bilirsiniz”.

Cəmil Həsənli eyni zamanda onu qınayanları bolşevizmdə günahlandırıb.

Savash.org-un əldə etdiyi məlumata görə, düşərgə daxilində Milli Şura sədrinə etimadsızlıq yaradan bu olay AXCP sədri Əli Kərimli ilə Cəmil Həsənlinin təkbətək görüşündə də müzakirə mövzusu olub. Əli Kərimli Cəmil Həsənlinin addımını anladığını, amma facebook istifadəçilərinə qarşı radikal mövqe sərgiləməyin yolverilməz olduğunu onun diqqətinə çatdırıb.

Cəmil Həsənli isə öz növbəsində Milli Şura sədrliyinin onun fəaliyyət arenasını daraltdığını önə çəkərək tutduğu postdan istefa verməyə hazır olduğunu dilə gətirib. C.Həsənlinin bu gözlənilməz bəyanatından şoka düşən Əli Kərimli isə onu dilə tutaraq fikrindən daşındırmağa çalışıb.

Cəmil Həsənli istefa məsələsində bir müddət gözləyəcəyini açıq şəkildə bəyan edərək, Milli Şuranın yeni sədrinin müəyyənləşdiriləcəyi vaxta qədər mövzuya qayıtmayacağını vəd edib. AXCP sədri isə öz növbəsində bir neçə ay ərzində məsələni həll edəcəyini boynuna götürüb.

XƏBƏR LENTİ