Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

“Bu cür müdaxilələr ölkə üçün yolverilməzdir”

Tarix:7-03-2015, 19:48 Baxış Sayı:557

“Bu cür müdaxilələr ölkə üçün yolverilməzdir”

“Güc strukturları da, ayrı-ayrı digər dövlət orqanları da belə müdaxələyə cəlb olunublar və bütün sahibkarları məcbur ediblər ki, öz mallarınızı filan qiymətə satmalısınız”


Bakunews.az Moderator.az-a istinadən xəbər verir ki, Milli Məclisdə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik hesabatı dinlənilib. 2014-cü il üzrə hesabatı Ombudsman Elmira Süleymanova təqdim edib.

Məruzədən sonra hesabat ətrafında müzakirələr keçirilib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev müzakirələr zamanı çıxışında bir sıra məsələlərə diqqət yönəldib.

Millət vəkili öncə xatırlatdı ki, Azərbaycan böyük bir beynəlxalq idman bayramına ev sahibliyi etməyə hazırlaşır:

“Birinci Avropa oyunları Azərbaycanda keçiriləcək. Bu, ölkəmizin tanıdılması üçün, yaxşı mənada təqdim olunması üçün çox böyük bir hadısədir, fürsətdir. Amma çox təəssüf ki, Azərbaycanın əleyhdarları, Azərbaycanın əleyhinə olan qüvvələr, ermənipərəst qüvvələr yenə fəallaşıblar. Biz bilirik ki, onların dünyanın aparıcı güc mərkəzlərində böyük lobbiləri var, o ölkələrin siyasətlərinə təsir edə bilirlər. Həmin ölkələr də beynəlxalq insan hüquqları müdafiə təşkilatlarını maliyyələşdirirlər, büdcələrini formalaşdırırlar. O təşkilatlar da həmin dairələrin sifarişi ilə ayrı-ayrı ölkələrdə insan haqları məsələsinə daha çox diqqət yetirirlər. Biz bütün bu reallıqları bilirik. Amma buna baxmayaraq o reallığı da qəbul etməliyik ki, dünyada insan haqları ilə bağlı fikri həmin təşkilatlar formalaşdırırlar. Yəni hansısa bir ölkə, hansısa bir ölkənin vətəndaşı insan hüquqları ilə bağlı informasiya almaq istəyəndə həmin beynəlxalq insan hüquqları müdafiə təşkilatlarının saytlarına daxil olurlar, onların hesabatlarını oxuyurlar.
Ona görə də hesab edirəm ki, əsaslı, yaxud əsassız tutulmasından asılı olmayaraq beynəlxalq təşkilatların tələb etdiyi insanlar Avropa Oyunları ərərfəsində sərbəst buraxılmalıdır. İmkan verməməliyik ki, bu böyük tədbirin üzərinə kimlərsə kölgə sala bilsin. Və düşünürəm ki, Ombudsman da bu istiqamətdə öz nüfuzundan istifadə etməlidir. Mən Elmira xanımı buna çağırıram”.
Qüdrət Həsənquliyev hesabatda əksini tapan biznes hüquqları, mülkiyyət hüquqları ilə bağlı məsələyə də diqqət yönəldib: “Mən xatırlayıram ki, mərhum prezident Heydər Əliyev o vaxtlar göstəriş verdi ki, vergi orqanları yalnız qanunla müəyyən olunmuş müddətlərdə sahibkarları yoxlaya bilərlər. Digər dövlət orqanlarına isə barmağını silkələdi və onların sahibkarların fəaliyyətinə müdaxiləsini qəti qadağan etdi. Əgər ayrı-ayrı cinayət işi ilə bağlı epizod üzrə sahibkarın fəaliyyətini yoxlamaq lazım isdisə, həmin orqanlar vergi orqanlarına müraciət etməliydi ki, araşdırma aparsınlar və nəticələrini güc strukturlarına təqdim etsinlər.
Amma indi çox təəssüf ki, güc strukturları da, ayrı-ayrı digər dövlət orqanları da belə müdaxələyə cəlb olunublar və bütün sahibkarları məcbur ediblər ki, öz mallarınızı filan qiymətə satmalısınız. Axı bu, bazar iqtisadiyyatı yolu ilə gedən ölkə üçün yolverilməzdir. İndi kimsə gəlib Azərbaycana desə ki, neft ixrac edirsən, apar dünyada nefti bu qiymətə sat, biz bunu normal qəbul edə bilərikmi? Yox! Bazar iqtisadiyyatlı ölkələrdə qiymət tələb və təklif arasında formalaşır. Hansı sahədə rəqabət aşağıdırsa, dövlət strukturları çalışmalıdır ki, rəqabət mühiti güclənsin. Onsuz da hal-hazırda mövcud rəqabət imkan vermir ki, sahibkarlar mallarının qiymətini kəskin surətdə qaldıra bilsinlər. Buna görə də hesab edirəm ki, Ombudsman Aparatı bu sahəyə də diqqət yetirməlidir.
Çoxlu sayda insan bununla əlaqədar bizə müraciət edir və öz narahatlıqlarını dilə gətirirlər. İndi deyilir ki, sahibkar malı manatın dəyərdən düşməsindən əvvəl alıb. Axı sahibkar da pulu dollara çevirib yenidən xarici valyuta ilə Azərbaycana mal gətirməlidir. Mən öz narahatlığımı bölüşürəm ki, əgər bu vəziyyət davam eləsə bir müddətdən sonra Azərbaycanda qıtlıq əmələ gələcək, xüsusilə də istehlak mallarında. Ona görə ki, bir çox insanlar öz mallarını anbarlarda saxlayırlar, satmaqdan imtina edirlər. Mən bu narahatlığı Ombudsmanın nəzərinə çatdırıram və istərdim ki, bu məsələyə dövlət strukturları öz diqqətlərini yönəltsinlər və vəziyyəti aradan qaldırsınlar”.

XƏBƏR LENTİ