bakunews.az-nun apa-ya istinadən məlumatına görə, hadisə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.
“Mitsubishi Pajero” markalı avtombil idarəetməni itirərək aşıb. Qəza nəticəsində 1 nəfər qadın hadisə yerində ölüb, iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
bakunews.az