Anons

25-05-2017, 12:32 - Yasamal rayonu məmur özbaşınalığının qurbanına çevrilir

19-05-2017, 14:36 - Dolların məzənnəsi 1,70 manat səviyyəsində sabitləşəcək

16-05-2017, 13:01 - Azərbaycanda yağışlı hava sabah da davam edəcək

12-05-2017, 19:02 - Azərbaycanda baş redaktor həbs olundu

12-05-2017, 16:20 - Nəzrinin başına nələr gəldi - KÖLGƏ

12-05-2017, 10:37 - Ermənistan cəbhədə atəşkəs rejimini 135 dəfə pozub

9-05-2017, 21:48 - Silahlı Qüvvələrin Hərbi Akademiyasında elmi konfrans keçirilib

9-05-2017, 20:10 - "İranlı iş adamı: "Oazis" restaranının admnistratoru Sadıxov Seyfulla arvadımla məni aldadaraq hər şeyimi əlimdən almaq istəyirlər"

8-05-2017, 01:56 - Исполняется двадцать пятая годовщина оккупации Шуши вооруженными силами Армении

8-05-2017, 01:48 - Tərtərdə ermənilərlə iş birliyinə girən hərbçilər və mülki şəxslər ifşa edildilər - Bakıda terror planlaşdırılırmış

4-05-2017, 05:00 - İspaniya mediası Bakıdakı yarışdan yazdı

4-05-2017, 04:25 - Məhəmməd Peyğəmbərin xəbər verdiyi müharibə BAŞLAYIR - Qiyamətə qədər...

3-05-2017, 00:24 - Azərbaycanın tanınmış jurnalisti vəfat edib

2-05-2017, 18:00 - Ağcabədi rayonunda məkunlaşan vətəndaş Prezidentə müraciət etdi

2-05-2017, 01:00 - İslam Oyunları zamanı kimlər nəqliyyatdan pulsuz isdifadə edəcək?!

1-05-2017, 21:03 - Polis rəisi çağırdı, İCRA BAŞÇISI DÖYDÜ - JURNALİSTİ (ŞOK)

1-05-2017, 13:52 - APELLYASİYA MƏHKƏMƏSİNDƏN QARABAĞ ƏLİLLƏRİNƏ QARŞI AĞLASIĞMAZ ÖZBAŞINALIQ

1-05-2017, 13:05 - Bağlanan 11 bankın əmanətçilərinə nə qədər pul ödənildi?

1-05-2017, 11:41 - Ölkə rəhbərinin və Ekologiya nazirinin əmrləri icra edilmir...

28-04-2017, 21:29 - Nəsir Kərimi öldürüldü - VİDEO

26-04-2017, 15:13 - Bank VTB (Azərbaycan) İT mütəxəssisi axtarır - VAKANSİYA

26-04-2017, 11:09 - Oğurlanaraq zorlanan müəllimə yeni iş veriləcək - Nazirlikdən reaksiya

25-04-2017, 16:40 - Gəncliyin təhlükə mənbəyi Gəncə Dövlət Universiteti - ŞOK İDDİA

25-04-2017, 00:12 - Qumru Fərhadovanın saxta Fəlsəfə Doktor adı Y.Yusubovdan hədiyə...

23-04-2017, 16:59 - Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq, bəzi rayonlara dolu düşəcək

21-04-2017, 16:01 - Albina Muradxanovanın saxta sənədləri ifşa olundu - Samur bələdiyyəsinin sədri

21-04-2017, 14:40 - Gülməmməd Cavadovun qohumu S.Cəfərov fəhlələrə qan uddurur - Nazir müavini niyə məsələyə münasibət bildirmir...?

19-04-2017, 03:52 - 286 saylı məktəbdə 7 sinif şagirdi bıçaqlanıb... - ŞOK MƏLUMATLAR

Səfir: “Aİ ilə əməkdaşlıq etmədən Cənub Qaz Dəhlizi kimi iri layihənin həyata keçirilməsi mümkün olmazdı”

Tarix:10-01-2017, 10:55 Baxış Sayı:84

Səfir: “Aİ ilə əməkdaşlıq etmədən Cənub Qaz Dəhlizi kimi iri layihənin həyata keçirilməsi mümkün olmazdı”


“Azərbaycan Avropa İttifaqının tarixində tərəfdaş ölkə qismində bu quruma sənəd layihəsi təqdim etməyə nail olan ilk ölkədir. Bu, əvvəllər baş verməyib, çünki adətən Aİ sənəd layihəsini təqdim edir və sonra hər iki tərəf bunun üzərində işləyir. Bizim münasibətlərin gələcəyinə dair fikrimiz ondan ibarət idi ki, bu münasibətlər strateji səciyyə daşıyan və gələcəyə köklənən bərabərhüquqlu əlaqələr olmalıdır. Bunlar Riqa zirvə görüşü zamanı Avropa Komissiyasına təqdim edilmiş yeni sənəd layihəsinin əsas elementlərindən idi”.

Bu sözləri “EurActiv” portalına müsahibəsində Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov deyib.

Səfir bildirib ki, Azərbaycan “Şərq Tərəfdaşlığı” çərçivəsində enerji, təhlükəsizlik, miqrasiyanın idarə edilməsi və digər müxtəlif sahələrdə Aİ-nin həqiqi tərəfdaşına çevriləcək: “Biz bu əməkdaşlıqdan hər hansı möcüzə gözləmirik, bizim buna dair çox praqmatik yanaşmamız var. Anlamaq lazımdır ki, siyasi dialoqun bütün elementləri çox möhkəm əsaslara arxalanmalıdır. Məsələn, Avropaya gedən Cənub Qaz Dəhlizi bizim əməkdaşlıq üçün hazırda və gələcəkdə çox yaxşı təməl rolunu oynayır. Azərbaycan həm də coğrafi cəhətdən Asiya və Avropa üçün aşkar nəqliyyat mərkəzidir. Bu nöqteyi-nəzərdən siyasi dialoq üçün çox möhkəm əsasımız var. Məncə, bu proseslər sinxronlaşdırılmalıdır və bu səbəbdən, Avropa Xarici Fəaliyyət Xidməti tərəfindən Azərbaycanla danışıqların aparılması üçün mandat verilməsi bizi sevindirir. Ümid edirik ki, danışıqlar tezliklə başlayacaq. Danışıqlar çətin ola bilər, lakin əminəm ki, növbəti aylarda nəticələr bilinəcək”.

Azərbaycan üçün birbaşa Avropa İttifaqı ilə, yoxsa quruma üzv olan ölkələrlə ayı-ayrılıqda əməkdaşlıq etməyin daha önəmli olduğu barədə suala F. İsgəndərov belə cavab verib:

“Bu yanaşmanı hazırda bu cür ziddiyyətli formada qoymaq istəməzdik. Aİ-yə üzv ölkələrdən hər hansı ilə problemli ikitərəfli münasibətlərimiz yoxdur, hətta bəzi ölkələrlə strateji tərəfdaşıq. Ölkələrin bir çoxu ilə ikitərəfli müstəvidə müstəsna əməkdaşlıq və dostluq münasibətlərimiz var. Biz eyni zamanda, çoxtərəfli səviyyədə də ciddi əməkdaşlıq edirik. Biz hal-hazırda yardım axtarışında deyilik. İndi məqsədimiz daha çox texnologiya, təhsil layihələri və təcrübə sahəsində Avropa institutları ilə mübadilə aparmaqdır. Əmin deyiləm ki, Aİ institutları ilə əməkdaşlıq etmədən Cənub Qaz Dəhlizi kimi iri bir layihənin həyata keçirilməsi mümkün olaydı. Buna görə də Aİ qurumları ilə paralel olaraq üzv ölkələrlə də əməkdaşlıq etmək vacibdir və biz bunu edirik. Aİ-nin hal-hazırda üzləşdiyi ciddi təhlükələrlə bağlı deyərdim ki, bu təhlükələrin bir qismi qonşuluqdan gəlir. Bu səbəbdən də avropalı dostlarımıza təklifimiz üzv ölkələr, qonşu ölkələr, xüsusilə qonşu müsəlman ölkələri ilə birgə əməkdaşlıq etməkdən ibarətdir. Azərbaycan doğma Avropanın dəyərlərini qorumaq naminə bu cür əməkdaşlığa hazırdır”.

XƏBƏR LENTİ