Anons

Haqqımızda Əlaqə

ABŞ-ın Bakıdakı səfiri geri çağırılır?

Tarix:10-01-2017, 12:42 Baxış Sayı:42

ABŞ-ın Bakıdakı səfiri geri çağırılır?


"Cənab Tramp məni burada saxlasa, mən qalacağam".

Bunu APA-nın sualını cavablandıran ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

"Mən prezidentin təyinatı ilə bu vəzifədə çalışıram. Biz ilk növbədə ABŞ prezidentinin nümayəndəsiyik. Cənab Tramp məni burada saxlasa, mən qalacağam", - deyə o vurğulayıb.

Qeyd edək ki, "New-York Times" qəzeti diplomatlara istinadən yazıb ki, Donald Tramp inauqurasiya mərasimindən sonra xarici ölkələrdə fəaliyyət göstərən ABŞ səfirlərini geri çağıracaq. Bununla bağlı ABŞ Dövlət departamentinə bildiriş də göndərilib.

D. Trampın inauqurasiya mərasimi yanvarın 20-də keçiriləcək.

XƏBƏR LENTİ