Anons

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

3-10-2017, 18:59 -  Elman Nigaran Sumqayıt ŞPİ-nə çağrılıb

26-09-2017, 12:18 - Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

20-09-2017, 11:05 - Xırdalan şəhər 1 saylı məktəblə bağlı iddialar əsasız çıxdı - Araşdırma

18-09-2017, 14:20 - Daha bir varlı oğlu Lexusu ilə yolu keçən piyadanı vurub, öldürdü - QANLI təfərrüat

16-09-2017, 23:46 - DİQQƏT! Paytaxtda profesional oğru peyda olub - FOTOLAR

10-09-2017, 14:58 - Rövnəq Abdulayevin himayəsində olan Qüdrət Şükürov - Milyonların yeyilməsində Hacıbalanın rolu?

"Dağlıq Qarabağ münaqişəsinin dinc yoll həllinə alternativ yoxdur" - Polşa XİN / MÜSAHİBƏ

Tarix:18-10-2017, 09:23 Baxış Sayı:32

"Dağlıq Qarabağ münaqişəsinin dinc yoll həllinə alternativ yoxdur" - Polşa XİN / MÜSAHİBƏ

BakuNews.Az Polşanın xarici işlər naziri Vitold Vaşşikovskinin Trend-ə müsahibəsini təqdim edir.

- Azərbaycan və Polşa arasında iqtisadi sahədə, o cümlədən energetika və nəqliyyat üzrə əməkdaşlığın vəziyyətini necə dəyərləndirirsiniz?

- Ölkələrimizin mümkün uğurlu əməkdaşlığı üçün kənd təsərrüfatı, qida sənayesi, nəqliyyat və energetika kimi sahələr var.

Nəqliyyat sahəsində Polşa Azərbaycanı yaxın tərəfdaşı kimi nəzərdən keçirir. İri ticarət yollarının kəsişməsində yerləşən Azərbaycan çoxəsrlik ənənələrə malikdir. Bunu Polşa haqqında da demək olar. Polşa Avropada azsaylı ölkələrdəndir ki, burada yüz kilometrlə enli dəmir yolu var. Bu, MDB ölkələrindən Polşaya və digər Avropa ölkələrinə yük daşımağa imkan verir.

Polşa və Azərbaycan bu imkanlarından "Qərb-Cənub" və "Qərb-Şərq" nəqliyyat dəhlizlərinin yaradılması üçün istifadə etməlidirlər. Dəhlizlər təkcə nəqliyyatın inkişafı ilə əlaqəli deyil, həm də "Şərq Tərəfdaşlığı" çərçivəsində uğurlu iqtisadi əməkdaşlığın təminatçısıdır. "Qərb-Cənub" dəhlizinə gəldikdə, biz artıq Azərbaycanla, eləcə də "Şərq Tərəfdaşlığı"nın digər ölkələri olan Ukrayna və Gürcüstanla əməkdaşlıq edirik.

Bundan başqa, Polşa Rusiya tədarükünə alternativ olaraq Cənub-Şərqi Avropaya qaz tədarükü vasitəsi kimi "Cənub Qaz Dəhlizi"nin tikintisini dəstəkləyir.

Biz səbirsizliklə Azərbaycanın xammal potensialı sayəsində Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə verəcəyi töhfəni gözləyirik. "Cənub Qaz Dəhlizi" Xəzər regionundan Avropa ölkələrinə ildə 10 milyard kubmetr qaz ixrac etməyə imkan verəcək. Bu, böyük həcm deyil, amma gələcək əməkdaşlığın və genişlənmənin əsasını qoyacaq.

Bizim ümumi məqsədimiz Azərbaycanın enerji müstəqilliyinə kömək etmək və "Cənub Qaz Dəhlizi" üçün yeni qaz mənbələri tapmaq olmalıdır. Bu, hazırda rusiyalı tədarükçünün üstünlük təşkil etdiyi Cənub-Şərqi Avropada diversifikasiyanın təmin olunması üçün onun real potensialını artıracaq.

- Bakıya səfəriniz çərçivəsində hər hansı saziş imzalamağı planlaşdırırsınızmı? Ümumiyyətlə, əldə olunmuş razılaşmalar əlaqələrin möhkəmləndirilməsinə nə dərəcədə yardım edir?

- Budəfəki səfər zamanı hər hansı saziş imzalamaq nəzərdə tutulmur. Bu ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya rəsmi səfəri zamanı altı sənəd imzalanmışdı.

Hazırda bir sıra digər sazişlərə baxılır. Həmin sənədlərin Polşa Prezidenti Andjey Dudanın gələn il Azərbaycana gözlənilən səfəri zamanı imzalanmaya hazırlanmasını planlaşdırırıq.

- Azərbaycan və Polşa siyasi sahədə də uğurlu əməkdaşlıq edir. Varşava Avropa ailəsinin üzvü kimi Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli nizamlanmasına necə töhfə verə bilər?

- Beynəlxalq hüquq prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə hörmət Avropanın və qlobal təhlükəsizliyin təməl daşıdır.

Postsovet məkanında müşahidə olunan qaydalara etinasız münasibət, hətta onların pozulması beynəlxalq gərginliyin mənbəyidir və sülh, təhlükəsizlik və gələcək nəsillərin rifahı uğrunda məsuliyyətin olmamasının nümunəsidir. Biz bunu gözəl başa düşürük, çünki bəzi dövlətlər tərəfindən qaydaların pozulmasını öz qanımız bahasına ödəmişik və İkinci Dünya müharibəsinin qurbanı olmuşuq.

2018-ci ildə Polşa BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olacaq və əsas qlobal problemləri, o cümlədən münaqişələrin, sülhə və təhlükəsizliyə yeni təhdidlərin qarşısının alınması kimi məsələləri qabartmaq üçün bu imkandan necə yararlanmağın mümkün olduğunu nəzərdən keçirir.

Münaqişələrin dialoq və beynəlxalq hüquqa hörmət çərçivəsində həll olunmasına alternativ mövcud deyil. Bu, Dağlıq Qarabağ münaqişəsinə də, işğal olunmuş ərazilərə də, həmçinin BMT-nin qətnamələrinə aiddir. ATƏT-in Minsk qrupu hələ təkmilləşməyib, amma hazırda bu, həll yoluna yaxınlaşmağın yeganə üsuludur. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin kompromissin əldə olunmasından başqa variantı yoxdur.

Bakunews.az

XƏBƏR LENTİ