Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

AZƏRBAYCAN DEMOKRAT PARTİYASI İNFORMASİYA BÜLLETENİ № 03 19 YANVAR 2015-Cİ İL

Tarix:19-01-2015, 18:33 Baxış Sayı:611

AZƏRBAYCAN DEMOKRAT PARTİYASI İNFORMASİYA BÜLLETENİ № 03 19 YANVAR 2015-Cİ İL



ADP İDARƏ HEYƏTİNİN TOPLANTISI KEÇİRİLİB


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantıda ilk öncə ötən həftə Vaşinqtonda Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair keşirilmiş dinləmələr müzakirə olunub. İdarə Heyəti hesab edib ki, son zamanlar Qərbin və Avropanın Azərbaycan hökumətinə qarşı demokratiya və insan haqları ilə bağlı təzyiqləri haqlıdır və bu təzyiqlər ölkədəki acınacaqlı vəziyyətdən qaynaqlanır. Müzakirələrdə qeyd edilib ki, bu təzyiqlərə rəğmən Azərbaycan hökumətinin qeyri-adekvat davranışı, Qərblə qarşıdurma siyasətinin aparılması ölkəmizin strateji maraqlarına ziddir. İdarə Heyəti Azərbaycan hakimiyyətini ölkədə insan hüquq və azadlıqlarının, demokratiyanın qorunması, söz, mətbuat və sərbəst düşüncə üzərində qoyulan məhdudiyyətlərin aradan qaldırılması, siyasi fəallara, jurnalistlərə, qeyri-hökumət təşkilatlarına qarşı başladılan həbs və repressiyalara son qoyulması istiqamətində gərəkən addımlar atmağa və Qərblə qarşıdurma siyasətindən geri duraraq Qərblə uzlaşma siyasətini izləməyə çağırıb.
İdarə Heyəti ötən həftə ölkə başçısı İlham Əliyevin Türkiyəyə rəsmi səfəri və bu səfərin yüksək səviyyədə təşkil olunmasını Türkiyənin Azərbaycan dövlətinə verdiyi yüksək dəyər kimi qiymətləndirib. Səfər çərvəsində iki qardaş dövlət arasında siyasi, iqtisadi və hərbi əməkdaşlığın davam etdirilməsi barədə əldə olunan razılaşmalar strateji müttəfiqlik baxımından təqdir edilib, eyni zamanda bu əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasının və Türkiyə-Azərbaycan hərbi ittifaqının yaradılmasının vacibliyi qeyd edilib.
İdarə Heyəti ötən həftə ölkə başçısının qeyri-qanuni tikililərin sənədləşdirilməsi ilə bağlı verdiyi sərəncamı təqdir edib, eyni zamanda bildirilib ki, bu sərəncam dövlət məmurlarının qeyri-qanuni hərəkətləri ucbatından qanunsuz tikili adlandırılan bütün tikililərə şamil olunmalı və bu sərəncamın taleyi bundan qabaq verilən anoloji sərəncamın taleyi kimi olmamalıdır.
İdarə Heyəti ötən həftə ölkə başçısı İlham Əliyevin Taarif Şurasının ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi tətbiq etməsi ilə bağlı 12 yanvar 2015-ci il tarixli qərarını ləğv etməsini ictimai rəyi aldatmağa yönəldiyini bildirib, eyni zamanda Azərbaycan hökumətini dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə uyğun olaraq ölkədə neft və neft məhsullarının qiymətini aşağı salmağa çağırıb.
İdarə Heyəti Türkiyənin bu ilin aprelin 24-də “Çanaqqala savaşı”nın 100 illiyini qeyd edəcəyi ilə bağlı təşəbbüsünü alqışlayıb, eyni zamanda qardaş Türkiyəni birinci dünya müharibəsinin başa çatmasında önəmli döyüşlərdən biri və sülhün rəmzi kimi “Çanaqqala savaşı”nın 100 illiyini bütün dünya üzrə keçirməyə çağırıb.
İdarə Heyəti 20 yanvar faciəsinin 25 illiyi ilə bağlı da müzakirələr aparıb. Müzakirələrdə 1990-cı ilin 20 yanvar tarixli qanlı hadisələrini rus imperiyasının Azərbaycanın müstəqilliyinə qarşı həyata keçirdiyi siyasi cinayət və imperiyanın qorunub saxlanmasına cəhd kimi dəyərləndirilib və bu cinayətdə birbaşa məsuliyyətin keçmiş SSRİ-nin varisi sayılan Rusiya dövlətinin daşıdığını bildirilib.
Müzakirələrin sonunda sabah 20 yanvar şəhidlərinin ziyarəti ilə bağlı təşkilati məsələlər də müzakirələr olunub.

XƏBƏR LENTİ