Anons

15-01-2019, 16:56 - Hakimlər Qarabağ qazisini intihara sürükləyir...? - Saxta sənəd hazırlayan...

9-01-2019, 12:38 - Baş prokuror Zakir Qaralov 6 rayonun sakinlərini qəbul edəcək- Şamaxıda

8-01-2019, 13:25 - BAŞ HƏKİM ŞƏLALƏ SƏFƏROVA XƏSTƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB...?

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

Tarix:11-01-2019, 10:40 Baxış Sayı:28

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2018-ci ildə polis orqanlarının cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin nəticələri və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,kollegiya iclasını daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov açaraq vurğulayıb ki, 2018-ci ildə Daxili İşlər Nazirliyi və Prokurorluq tərəfindən qeydə alınmış cinayət hadisələrinin açılması, cinayətlərin törədilməsində təqsirli bilinərək axtarışı elan olunmuş şəxslərin saxlanılması, eləcə də cinayət işləri üzrə dəymiş maddi ziyanın ödənilməsi 100 faiz təmin edilib, insan alverinə qarşı mübarizə sahəsində heç bir cinayət faktı qeydə alınmayıb.

Qanunsuz saxlanılan silahların yığılması istiqamətində də ardıcıl həyata keçirilən profilaktik maarifləndirmə tədbirlərinin nəticəsində vətəndaşlar tərəfindən 255 müxtəlif növ silah və xeyli sayda döyüş sürsatı təhvil verilib.

Muxtar respublikanın daxili işlər naziri bildirib ki, 2018-ci ildə ümumilikdə 1702 vətəndaş qəbul edilib və müraciətlərin əksəriyyəti həll olunub. Görülən tədbirlərin nəticəsidir ki, ötən il yol qəzalarının sayı 2017-ci illə müqayisədə 54 faiz azalıb. Muxtar respublikamızda biometrik şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı bütün texniki vasitələr quraşdırılaraq istifadəyə verilib. Hesabat dövründə maddi-texniki bazanın möhkəmləndirilməsi və infrastrukturun yenilənməsi istiqamətində də işlər davam etdirilib. Biometrik şəxsiyyət vəsiqələrinə keçid prosesi ölkəmizin inkişaf etmiş dövlətlər sırasında irəliləməsinin bariz nümunəsidir. Muxtar respublikamızda biometrik şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı bütün texniki vasitələr quraşdırılaraq istifadəyə verilmişdir. “Səyyari xidmət”in fəaliyyəti vətəndaşlar arasında böyük məmnunluq hissi yaradaraq daxili işlər orqanlarının nüfuzunu daha da möhkəmləndirmişdir.

Məruzə ətrafında müzakirələrdə çıxışlar edilib. Qeyd olunub ki, polis orqanları əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tələb və tapşırıqları yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasını təmin edəcək.

Sonra kollegiya iclasının qərarı qəbul edilib.

Kollegiya iclasına Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov yekun vuraraq 2019-cu ildə qarşıda duran vəzifələrdən danışıb və bildirib ki, daxili işlər orqanları beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasından irəli gələn vəzifələri layiqincə yerinə yetirəcək, 2019-cu ildə də cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətlərini daha da gücləndirəcəklər. Naxçıvanın cinayətsiz region prinsipi qorunaraq əldə olunmuş nəticələr daha da inkişaf etdiriləcək.



Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

XƏBƏR LENTİ