Anons

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

31-01-2019, 20:10 - Vətəndaşın talandığı məkan – Müşfiq Rəhimovun rəhbərlik etdiyi QİŞ

28-01-2019, 16:22 - Polis tərəfindən təqib edildiyini iddia edən vətəndaş ABŞ şəfirliyinə müraciət edib

15-01-2019, 16:56 - Hakimlər Qarabağ qazisini intihara sürükləyir...? - Saxta sənəd hazırlayan...

9-01-2019, 12:38 - Baş prokuror Zakir Qaralov 6 rayonun sakinlərini qəbul edəcək- Şamaxıda

8-01-2019, 13:25 - BAŞ HƏKİM ŞƏLALƏ SƏFƏROVA XƏSTƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB...?

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

Las-Veqas Beynəlxalq Münasibətlər Şurasında Azərbaycana dair geniş təqdimat keçirilib

Tarix:11-02-2019, 11:05 Baxış Sayı:37

Las-Veqas Beynəlxalq Münasibətlər Şurasında Azərbaycana dair geniş təqdimat keçirilib

ABŞ-ın Nevada Ştatında fəaliyyət göstərən nüfuzlu Las-Veqas Beynəlxalq Münasibətlər Şurasının dəvətilə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev şura üzvləri qarşısında Azərbaycana dair geniş təqdimatla çıxış edib.
Bu barədə "Report"a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan bildirilib.
Nevadanın tanınmış ictimai-siyasi xadimlərinin, eləcə də Las-Veqasda akkreditə olunmuş müxtəlif ölkələrin baş və fəxri konsullarının qatıldığı tədbirdə N.Ağayev Azərbaycanın coğrafi mövqeyi, müstəqillik tarixi haqqında ətraflı məlumat verərək, ölkənin regionda, müsəlman dünyasında və hazırkı beynəlxalq münasibətlər sistemində oynadığı önəmli rolundan bəhs edib. O, Azərbaycanın hələ 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi demokratik respublika qurduğunu, qadınlara ilk dəfə səsvermə hüququ verdiyini, həmçinin müsəlman dünyasında ilk opera, operetta və baletin də məhz ölkəmizə məxsus olduğunu qeyd edib.
Baş konsul 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycanın öz iqtisadiyyatını sürətlə inkişaf etdirərək hazırda regionun bir nömrəli iqtisadi gücünə çevrildiyini bildirib. O, həmçinin Azərbaycanın mühüm regional və beynəlxalq neft, qaz və nəqliyyat layihələrinin təşəbbüskarı və iştirakçısı olduğunu deyib. N.Ağayev rəsmi Bakının xarici siyasət sahəsində uğurlarından danışaraq, Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində öz layiqli yerini qazandığını qeyd edib. Baş konsul bütün bu uğurların əldə edilməsində, təlatümlərlə əhatə olunan bir bölgədə Azərbaycanın sabitlik və tərəqqi adası kimi inkişaf etməsində çağdaş ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən liderliyinin həlledici rol oynadığını vurğulayıb.
Baş konsul Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə məlumat verərək, münaqişənin yalnız Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılması ilə ölkəmizin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu vurğulayıb.
Təqdimatdan sonra baş konsul N.Ağayev iştirakçıların suallarını cavablandırıb.
İştirakçılardan biri, "Reuters" agentliyinin sabiq müxbiri ötən il Azərbaycana səfər etdiyini və Gürcüstan-Azərbaycan sərhədini keçərkən onun sənədlərini yoxlayan Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşının yüksək bilik səviyyəsindən və ingilis dilində sərbəst danışıq bacarığından çox təsirləndiyini bildirib.
Digər iştirakçı isə Azəraycanda keçirilən "Formula 1" yarışlarını daim izlədiyini və Bakının füsunkar gözəlliyini əks etdirən bu yarışların dünyada bənzərinin olmadığını diqqətə çatdırıb.

XƏBƏR LENTİ