Anons

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

Deputatdan “professor”lara ismarıc: İslahatların buynuzu olur?

Tarix:21-05-2019, 13:30 Baxış Sayı:58

Deputatdan “professor”lara ismarıc: İslahatların buynuzu olur?

Dövlət başçısının apardığı siyasətə bəzi qüvvələr kölgə salmağa çalışır. Bəzi özlərini professor, doktor, ekspert hesab edənlər həyata keçirilən islahatların effektsiz olduğunu və heç bir əhəmiyyətinin olmadığını bildirirlər. Fikrimcə, son illərdə ölkədə dərin islahatlar həyata keçirilir. İslahatın məgər buynuzu olur?

Oxu.Az xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili qeyd edib ki, dövlət başçısı tərəfindən 2016-2020-ci illər üçün Strateji Yol Xəritəsi qəbul edilib:

“Bu yol xəritəsinə əsasən islahatlar həyata keçirilir. İslahatlar daha əvvəldən başlayıb və gedir. Mənim təklifim odur ki, belə büdcə məsələlərinin müzakirəsi daha geniş spektrdə təşkil olunsun.

Müzakirəyə çıxarılan büdcənin icrası ilə bağlı müzakirələrə QHT-lər, siyasi partiya rəhbərləri, bizi tənqid edən ekspert və alimləri dəvət etmək lazımdır ki, qoy onlar öz fikirlərini bildirsinlər, biz də öz arqumentimizi ortaya qoyaq. Qoy, onlar müzakirə zamanı görsünlər ki, hansı işlər görülüb. Ona görə də hesab edirəm ki, parlament müzakirələrə açıq olmalıdır”.

Deputat qeyd edib ki, Maliyyə Nazirliyi il boyu bircə tədbir keçirib, vacib məsələləri müzakirə etmir:

“Təklif edərdim ki, Maliyyə Nazirliyi beynəlxalq təşkilatlarla birgə ildə bir dəfə, heç olmasa, investisiyalarla bağlı müzakirə aparsın. Bununla bağlı bizə ciddi iradlar var. Bu iradların aradan qaldırılması üçün ictimai müzakirələr keçirilməlidir”.

V.Əhmədov çıxışı zamanı anadan olduğu Qubanın Qonaqkənd kəndinə 70 il ərzində yol çəkilmədiyini xatırladıb

“Bu kəndə sovet dövründə yol çəkilməyib. Rayon mərkəzi ilə kənd arasında 5 çay olub və bu çaylar üzərində körpü olmayıb. Ancaq Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində son iki ildə bu kəndə yol çəkilir, çaylar üzərində körpü salınır, asfalt yol çəkilir.”

XƏBƏR LENTİ