Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

Jurnalist Prezidentə müraciət etdi

Tarix:18-07-2019, 14:43 Baxış Sayı:41

Jurnalist Prezidentə müraciət etdi

Füzuli rayonundan məcburi köçkün, 12 ildir mətbuatda fəaliyyət göstərən jurnalist Ramid İbrahimov prezident İlham Əliyevə müraciət edib.
Bizimyol.info-ya açıqlamasında jurnalist bildirib ki, o, dövlət başçısına etdiyi müraciətdə gənc məcburi köçkün ailəsi olduğunu, özünün və həyat yoldaşının Bakıda işlədiyini, eləcə də burada ağır sosial durumda kirayələrdə yaşadığını vurğulayıb.

“Dövlət başçısına etdiyim müraciətdə bizim hərbi təcavüz nəticəsində öz doğma torpağımızdan didərgin salındığımızı, uzun illər ağır vəziyyətdə olan müvəqqəti yaşayış yerlərində məskunlaşdığımızı, öz hesabımıza ali təhsil aldığımızı və məşğulluq problemimizi özümüzün həll etdiyini qeyd etdim. Müraciətimdə məcburi köçkün olaraq Şirvan şəhərində qeydiyyatda olduğumuzu, amma uzun illərdir Bakıda işlədiyimizi və ehtiyacımızı vurğulayaraq, məcburi köçkünlər üçün Bakı şəhəri və ya Abşeron rayonu ərzasisində inşa olunmuş yaşayış binalarından birində ailəmizə mənzil ayrılmasına göstəriş verməsini xahiş etdim”,-deyə jurnalist bildirib.

R.İbrahimov qeyd edib ki, 12 ildən artıqdır jurnalist olaraq çalışır, sosial müdafiə, sosial siyasət və sosial-iqtisadi mövzularda araşdırmalar, müsahibələr və reportajlar hazırlayır: “Əmək fəaliyyətim davam etdirməklə yanaşı ixtisaslaşmaq məqəsdi ilə jurnalistlərin təcrübi biliklərinin və peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edən layihələrdə mütəmadi iştirak etmişəm.
Uzun illərdir Bakıda yaşadığımız və işlədiyimiz üçün bizim həyatımız paytaxtla bağlıdır. Məşğulluq problemini həll etsək də, mənzil problemindən əziyyət çəkirik. Kirayə haqqını vaxtında ödəyə bilmədiyimiz üçün daimi bir yerdə kirayədə qala bilmirik”.

Jurnalist qeyd edib ki, 11.06.2019-cu il tarixdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin qəbulunda olub: “Sədrə şifahı və yazılı şəkildə müraciət etdim. O, şəxsən təqdim etdiyim müraciətimi Komitə tərkibində fəaliyyət göstərən xüsusi komissiyaya yönəltdi. Həmin komissiyadan mənə standart cavab verilib. Cavabda mənim adımın mənzillə təmin ediləcək məcburi köçkün ailələrinin növbəli siyahısında olduğu qeyd olunub. Amma harada? Bəli, mən müvəqqəti qeydiyyatda olduğum Şirvan şəhəri üzrə mənzillə təmin ediləcək məcburi köçkün ailələrinin növbəli siyahısında varam. Mən isə müraciətimdə bizim Bakıda işlədiyimizi və yaşadığımızı vurğulayaraq, mənzilin Bakı və ya Abşeron rayonu ərazisində verilməsini xahiş etmişdim”.

XƏBƏR LENTİ