Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

Müharibə veteranları Sahil Babayevdən Prezidentə şikayət edəcəklər: «Naziri işdən çıxarın, cənab Prezident!»

Tarix:5-09-2019, 20:30 Baxış Sayı:71

Müharibə veteranları Sahil Babayevdən Prezidentə şikayət edəcəklər: «Naziri işdən çıxarın, cənab Prezident!»

Əziz dostlar! Hörmətli həmkarlar!

Bildiyiniz kimi ötən həftənin bu günü biz Baş nazir Novruz Məmmədova və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri (ƏƏSMN) Sahil Babayevə xitabən bir məsələni artıq neçənci dəfə gündəmə gətirmişdik ki, sizə daha 1 həftə vaxt veririk ki, Qarabağ müharibəsi veteranlarının ALMALI olduqları müavinatla bağlı RƏSMİ münasibət açıqlayın.

Bu gün deyilən vaxt artıq başa çatdı və ortalıqda SIFIR nəticə var.

Buradan Baş nazir Novruz Məmmədova və Sahil Babayevə xatırlatmaq istəyirəm ki, ola bilsin ki, siz özünüzü çox ağıllı və savadlı sayırsınız. Olsun. Amma, Azərbaycan qanunları məhz sizin indiki halda çox səhv yolda olduğunuzu açıq-aydın təsdiq edir və sizdən təkidlə tələb edir ki, MƏSLƏNİ yubatmayın. Həll edin.

Qısaca xatırladım ki, Azərbaycanda «Müharibə Veteranı» statusu olan şəxslərə 2006-ci ildən etibarən kommunal, nəqliyyat xərcləri üzrə güzəştlərin əvəzinə aylıq müavinət təyin edilib. Bir dəfə də bu məsələdə «çaşanlar» oldu və həmən səhv o vaxt millət vəkili, H.Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın məsələyə müdaxiləsindən sonra həllini tapdı.

Müharibə veteranı, ələlxüsus da Qarabağ müharibəsi iştrakçısı olan şəxslərin işləyib-işləməməsindən asılı olmayaraq, bütün müharibə veteranlarına bu müavinat Prezidentin fərmanına uyğun olaraq verilməlidir.

Məsələnin bir balaca mənəvi tərəfi də ondan ibarətdir ki, bu məbləğ işləyənlərə 55 manat, işləməyən pensiyaçılara 11 (on bir) manat miqdarında verilirdi.

2012-ci ilin mayın 1-dən etibarən isə sabiq ƏƏSM naziri «xoş sözlərə layiq» Səlim Müslümovun özbaşınalığı, vəzifə səlahiyyətlərini kobud aşması nəticəsində 11 manat müavinətin verilməsi dayandırılıb. «Ağıllılar» bu absurd addımlarını onunla əsaslandırmağa çalışırlar ki, guya təzə qanunda əmək pensiyası alan müharibə veteranları artıq «Müharibə Veteranı» olmalarına baxmayaraq o müavinatı ala bilməzlər.

Ay sizin «super savadınıza» və «ağlınıza» Allah ağıl versin. Məgər mənim və mənim kimi minlərlə Qarabağ müharibəsinin iştrakçısı pensiyaya çıxanda o STATUS ləğv olunur? Axı bu mümkün deyil. O ad ÖMÜRLÜKDÜR!

İndi müharibənin nə olduğunu bilməyən, ancaq kabinetlərdə vəzifə pillələrində addımlayan Novruz Məmmədov və dünənin uşağı olan, Bakı qeydiyatında olmasına baxmayaraq elə Bakı şəhərində «həqiq hərbi xidmət keçən» Sahil Babayev hardan anlasınlar və başa düşsünlər ki, «Müharibə Veteranı» statusu hər adama verilmir və o status dövlət tərəfindən ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda xüsusi xidmətləri olan şəxslərə rəsmi qaydada verilir və onların bütün imtyaz və güzəştləri «Veteranlar haqqında» Qanunla açıq və aydın şəkildə tənzimlənir.

Müharibə veteranları Sahil Babayevdən Prezidentə şikayət edəcəklər: «Naziri işdən çıxarın, cənab Prezident!»


Bizim bəzi «ağıllı» məmurlarımız, xüsusən də Dövlət Sosial Müdafiə Fondu əmək pensiyası alan müharibə veteranlarına veteran müavinətinin verilməsini «Sosial müavinətlər haqqında» 07.02.2006-cı il tarixli Qanunun tələblərindən irəli gəldiyini bildirir. Belə ki, həmin qanunun 7.0.6-cı və 11.1.5-ci maddələri əmək pensiyası almaq hüququ olan şəxslərin kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlə təmin olunmasını istisna edir. Ancaq DSMF rəsmiləri nədənsə unudurlar ki, «Sosial müavinətlər haqqında» Qanun «Veteranlar haqqında» Qanundan sonra qəbul edilib və hətta Afrikada belə qanun GERİYƏ şamil olunmur və yeni qanun da qüvvədə olan əvvəlki qanunun müvafiq müddəasını ləğv etrməyib. Bu məsələ barəsində Ali Məhkəmənin İnzibati İqtisadi Məhkəməsi də 2013-cü ildə Qərar qəbul edib ki, Səlim Müslümov adlı şəxs özbaşınalıq edib və müavinatların ödənilməsi dayandırıldığı tarixdən davam etdirilməlidir.

Biz hələ onu demirik ki, veteran müavinətinin məbləği Azərbaycanda mütəmadi olaraq artırıldığı halda, pensiyaçı müharibə veteranları bu artımlardan yararlanmayıblar.

Ən qısası isə bax budur.

Müharibə veteranı əmək pensiyası almaq hüququ əldə etdikdə veteran statusunu itirə bilərmi?
Əmək pensiyası müvafiq iş stajına görə təyin olunur və vətəndaşın ƏMƏK FƏALİYYƏTİNƏ görə təyin edilir. Müharibə veteranı müavinəti isə bu kateqoriyadan olan vətəndaşlara verilən bir İMTYAZDIR, ay yoldaş tovarişlər, cənab və müsyolar! Bu məsələni əgər siz hələ də özünüz üçün ayrıd edə bilməmisinizsə, yazıqlar olsun sizə. Axı bu yazdıqlarım hətta orta məktəb şagirdlərinə aydın olan bir 2 vur 2 məsələsidir.
2006-cı ildə «Sosial müavinətlər haqqında» Qanun qəbul olunduqdan sonra Prezidentin müavinətlərlə əlaqədar 613 nömrəli, 26.12.2001-ci il tarixli və 257 nömrəli, 11.07.2005-ci il tarixli fərmanları ÖZ QÜVVƏSİNİ İTİRMƏYİB!!
Bunu mən yox, QANUNLAR deyir, hörmətli Baş nazir Novruz Məmmədov və hələ də hansı vəzifədə olduğunu tam axıradək dərk etməyən Sahil Babayev!
Ali Məhkəmə Sizə «Müharibə Veteranı» müavinətinin ödənilməsinin davam etdirilməsi vəzifəsini DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə həvalə edib.

Bəs Siz nədən yazdıqlarımıza və qaldırılan məsələyə heç bir reaksiya vermirsiniz ya da özünüzü görməməzliyə vurursunuz?
Gözlüyürsünüz ki, sabah minlərlə əsl müharibə veteranı durub ağılla-başla gedib lazımı instansiyaya bu məsələni çatdırsın? O da problem deyil. Elə bircə addım bəs edər ki, ölkədə səs-küyə səbəb ola biləcək bir hadisə baş versin. O hadisənin adı isə, ən azından ölkə başçısının yeni ƏƏSM naziri təyin etməsi qədər sadə və ciddi qərarı ola bilər. Sizə vəzifə həvalə olunub ona görə ki, işləyəsiniz, vətəndaşlara xidmət göstərəsiniz. Siz isə Qanunlara belə məhəl qoymursunuz. Kimdir sizi belə səhlənkarlığa və özbaşınalığa görə vəzifədə saxlıyan?

Ən azından unutmayın ki, biz müharibə veteranları qanunla təsbit olunmuş hüquqlarımızın təmin olunması üçün bircə dəfə Ali Baş Komandana müraciət etsək, bir çox vəzifəlilərin adının qarşısında qısa bir zamanda «sabiq» və «eks» nazir, komitə sədri, icra başçısı və digər epitetlər peyda olar.

İnanmaq istərdik ki, yaxın günlərdə bu məsələ ilə bağlı nəhayət ki, bir cavab eşidəcəyik. Olmazsa, o məşhur məsələdə deyildiyi kimi:» Əgər dağ Məhəmmədə tərəf gəlmirsə, onda Məhəmməd dağa tərəf gedəcək». Özü də…
Tanrı Azərbaycanımızı qorusun!
P.S. Bütün müharibə veteranlarından, dostlardan bu yazdıqlarımı öz səhifələrində paylaşmalarını xahiş edirəm. Bəlkə nəhayət ki, bəzi yatmışlar qəflət yuxusundan oyandılar!
Üzeyir Cəfərov,
hərbi ekspert, ehtiyatda olan olan polkovnik-leytenant
/mig.az/

Müharibə veteranları Sahil Babayevdən Prezidentə şikayət edəcəklər: «Naziri işdən çıxarın, cənab Prezident!»


Fedai.az: Xatırladaq ki, bu mövzunu Fedai.az gündəmə gətirib və hər cür dəstəyə də hazırıq. Həqiqətən də veteran jurnalist Üzeyir Cəfərov haqlıdır və 64 minlik təşkilat bu təsadüfü bir şəxsin nazir təyin edilməsini həqiqətən pisləyir və tezliklə bu biyabırçılığa son qoymağa çağırırıq. Hazırda, bu yeni komandanın «inək al-verindən» qeyri xoşa gələn bircə əməli də yoxdur. Edilən müraciətlərə və şikayətlərə baxılmır. Müharibə əlilləri və veteranlara mənfi münasibəti isə daldalamaq mümkün deyil…
Bu gün Modern.az-da iradlara deyil güya saytın yazdığı kimi yazmağa əlimiz gəlmədiyi üçün, dırnaqsız «ittihamlara» öz aləmlərində cavab verib. Cavabı olduğu kimi dərc edir və bu yazını yayınlayanlar əks tərəfin haqlı iradına ittiham deməsini əsaslandırmalarını rica edirik. AVMVİB bir veteran təşkilatı olaraq məsələni müzakirə edərək, Ali Baş Komandan cənab İlham Əliyevə, həqiqətən müraciət ünvanlayacaq. Sosial dövlətin aidiyyatlı nazirliyini «tədris (uçebniy tsentr) mərkəzinə» çevirilməsinə imkan vermək olmaz!
"Təkcə son bir ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil, ümumilikdə isə 6 654 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilmiş və cari ildə azı 800 mənzilin verilməsi nəzərdə tutulub. Eyni zamanda müharibə əlillərinə 265 ədəd, ümumilikdə isə 6 144 avtomobil təqdim edilmişdir. Dövlət başçısının müvafiq Fərmanları ilə 12 268 şəhidin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulan və onlardan artıq 3 758 şəhid üzrə 5 144 vərəsəyə həmin ödənişlər həyata keçirilib”. Modern.az xəbər verir ki, bu fikirlər son günlər sosial şəbəkələrdə müharibə veteranlarına sosial müavinətlərin verilməsində ədalətsiz yanaşmanın mövcudluğu barədə səslənən əsassız fikirlərə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi açıqlamasında əksini tapıb.

Məlumatda daha sonra bildirilir ki, müharibə əlilləri və şəhid ailələri pensiya və ya sosial müavinətlə bərabər, Prezidentin aylıq təqaüdləri ilə də təmin olunmaqdadırlar: "Ötən dövrdə bu sosial ödənişlərin məbləği mütəmadi olaraq artırılıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 30 yanvar tarixli bu sahədə olan son Fərmanı ilə şəhid ailəsi üçün Prezidentin təqaüdünün aylıq məbləği 58 manat artırılaraq 300 manat məbləğinə çatdırılıb. Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş insanlar, bu döyüşlərdə şəhid olanların ailələri, müharibə əlilləri digər sahələrdə də dövlətin daimi qayğısı ilə təmin olunurlar. Eyni zamanda, cari ildə əmək haqları və pensiyaların əhəmiyyətli şəkildə artırılması üçün müvafiq sənədlərin imzalanması da sosial sahəyə Dövlətin və Dövlət Başçısının xüsusi qayğısının əyani təzahürüdür.

Bununla belə, dəfələrlə bu istiqamətdə məlumat və izahat verilməsinə baxmayaraq son günlər sosial şəbəkələrdə və ayrı-ayrı media orqanlarda yuxarıda sadalanan görülmüş işlərə kölgə salınaraq, guya müharibə veteranlarına ədalətsiz yanaşmanın mövcud olduğu barədə cəmiyyətdə yanlış rəy yaratmağa yönələn fikirlər səslənməkdədir.
Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanına əsasən, aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə bəzi kateqoriya vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlər müvafiq müavinətlərlə əvəz edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 2005-ci il 11 iyul tarixli 257 nömrəli Fərmanına əsasən, əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müavinət təyin edilib. Onu da bildiririk ki, hal-hazırda müavinətin məbləği 55 manat təşkil etməklə 52 000 nəfər şəxsə aylıq əsaslarla "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli 1.1.7-ci yarımbəndinə uyğun olaraq ödənilməkdədir.

2007-ci il 22 yanvar tarixli 514 nömrəli "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanın 3-cü bəndində 2001-ci il 26 dekabr tarixli Fərmanın 1-ci bəndinin 6-cı abzası qüvvədən düşmüş hesab edilib.

2006-cı ilin yanvar ayının 1-dən qüvvəyə minmiş "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.6-cı maddəsinə əsasən, kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası almaq hüququ olmadıqda təyin olunur.

Hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1.6-cı maddəsinə əsasən, döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların əmək pensiyasının sığorta hissəsinə 11 manat məbləğində əlavə nəzərdə tutulub”.

Nazirliyin açıqlamasında daha sonra bildirilir ki, son zamanlar ölkənin sosial-iqtisadi inkişaf imkanlarına uyğun olaraq bu sahədə qanunvericilik ciddi şəkildə təhlil olunaraq, sosial müavinətlərin unifikasiyası və təkmilləşdirilməsi yönündə müvafiq işlər görülüb: "Bu prosesin davam etdirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi üzrə islahatların aparılması qarşıdakı dövrdə də nəzərdə tutulub. Son olaraq, vətənpərvərliyini, dövlətçiliyə sadiqliyini keçdikləri həyat yolu ilə sübut etmiş Qarabağ müharibəsi veteranlarını, əsassız iddialar üzərində hökumətə qarşı mənfi fikirlərə kökləyən, açıq şəkildə etiraza təhrik edən bəzi şəxslərə bu cəhdlərindən uzaq olmağı, dövlət qurumlarına qarşı qeyri-etik davranışlardan çəkinməyi tövsiyə edir, ölkə rəhbərinin başçılığı altında Hökümətin gördüyü işlərə kölgə salmağın, eyni zamanda vətənə sevginin təkcə maddi meyarlarla ölçülməsinin yol verilməz olduğunu onların diqqətinə çatdırırıq”./modern.az/

Fedai.az: Bircə əlavə edək ki, Vətənə sadiqliyinə şübhə etmədikləri insanları «ağıllı olmağa» çağıran nazirlik əməkdaşları, mən inanıram ki, Vətənimiz naminə bundan sonra aldıqları əmək haqqlarını ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün Milli Müdafiə Fonduna köçürəcəklər. Həm də ölkəmizə Ermənistandan gətirilib Bərdə bazarında satılan qos-qoca inəkləri də sakit buraxacaqlar.
Mövzuya daha geniş anlamda qayıdacağıq…
(fedai.az)

XƏBƏR LENTİ