Anons

Dünən, 07:19 - Çində tikintidə uçqun baş verib, ölənlər var

27-03-2017, 23:30 - PREZİDENTİN İRADƏSİNƏ QARŞI ÇIXAN İMİŞLİ RAYON MƏMURU – VİLYAM HACIYEVİN BUNDAN XƏBƏRİ VAR...?

27-03-2017, 15:18 - Vidadi Zeynalovun kef çəkdiyi gizli məkan - Foto

27-03-2017, 15:06 - Azərbaycanda nazir işdən çıxarıldı – Yeni təyinat

27-03-2017, 12:47 - Zakir Fərəcov niyə toxunulmazdır?

26-03-2017, 14:17 - Nazir Ramil Usubova MÜRACİƏT - DYNACORD-dan intihara gedən yol

26-03-2017, 13:18 - S.Mirzəyevin qurduğu 'tamaşa'da G.Əkbərova 1 saylıda direktor...

25-03-2017, 00:06 - Azərbaycanlı sürücülər Rusiyaya gedə bilməyəcək - CİDDİ QADAĞA

24-03-2017, 03:50 - “Mədət Quliyevə müraciət edəcəyik”- MTN GENERALININ OTEL QALMAQALI-FOTO

24-03-2017, 01:31 - Sabah bəzi yerlərdə yağış, dağlarda qar yağacaq

21-03-2017, 00:29 - TƏRTƏRİN YENİ DYP RƏİSİ HAQQINDA İLGİNC AÇIQLMA

19-03-2017, 19:23 - NƏRİMANOV PARKINDA POLİSİN GÖZÜ ÖNÜNDƏ AÇIQ FAHİŞƏ BAZARI...

18-03-2017, 22:37 - Hərbi dənizçilərlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nümayəndələrinin görüşü keçirilib

17-03-2017, 03:20 - ​Azərbaycanda fahişəliklə məşğul olanlar vergi ödəyəcək - TƏKLİF

15-03-2017, 20:47 - Metropolitenində səbəbsiz tuneldə peyda olan tüstülənmə sərnişinlərə çətin anlar yaşadıb

15-03-2017, 03:30 - Putin və Sarkisyan bu gün Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

14-03-2017, 16:10 - Prezident də həyəcan təbili çalır, ancaq...

13-03-2017, 21:22 - Bakı-Sumqayıt yolunda qəzada yaralanan tələbələrin aqibəti

13-03-2017, 18:47 - Düşmən atəşkəs rejimini ümumilikdə 123 dəfə pozub

13-03-2017, 18:44 - PAP və FTƏP üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib

13-03-2017, 11:42 - Nazir Ramil Usubovdan yeni rəis təyinatı

11-03-2017, 23:23 - İcra başçısı sənədli evləri sökdürür - Sakinlər aksiya keçirib-FOTO+VİDEO

11-03-2017, 18:53 - REGİONUMUZA SOXULAN İRTİCA: ABŞ-İsrail cütlüyünün sürətlə silahlanması bütün dünyaya təhlükədir; onlar vuruşmağa yox, vuruşdurmağa çalışırlar – TƏHLİL

10-03-2017, 23:14 - Qafqaz Universitetinin yeni rektoru Havar Məmmədovun rüşvət və biznes dünyası

10-03-2017, 17:10 - “Ştutqart”la bağlı FAKT təsdiqini tapdı – FOTOFAKT

10-03-2017, 15:08 - Tərtər təhsilində SURXAY MİRZƏYEV müəmması - Dövrü oyun silsiləsində təhsil məhvi

10-03-2017, 01:56 - Təbrik edirik cənab General!

10-03-2017, 00:44 - Sabahdan bu yol bağlı olacaq - Xəbərdarlıq

Dövlətin təyin etdiyi sığorta vəsaitləri niyə ünvanına çatmır? -

Tarix:21-01-2016, 11:32 Baxış Sayı:150

Dövlətin təyin etdiyi sığorta vəsaitləri niyə ünvanına çatmır? -

Məlum olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı itkin düşmüş hərbi qulluqçuların və şəhidlərin ailə üzvlərinə dövlət tərəfindən sığorta pulu verilir. Sığorta pulunun verilməsi üçün qanuna müvafiq surətdə itkin düşənin ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmalıdır. 1991-1994-cü illərdə yenicə yaranmaqda olan Milli Ordu hissələrinin tərkibində torpaqlarımızın müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında xeyli sayda hərbi qulluqçumuz itkin düşüb. 1994-cü ilin may ayında atəşkəs elan olunduqdan sonra itkin düşən hərbi qulluqçularımızın axtarışı üçün aidiyyəti dövlət qurumları tərəfindən işlər görülüb. Lakin əlaqədar təşkilatların köməyi ilə də aparılan axtarışlar heç bir nəticə verməyəndə 1997-ci ildən başlayaraq itkin düşən hərbçilərin ailələri döyüş əməliyyatlarında itkin düşən ailə üzvləri barəsində sənədləşmə aparmaq məqsədilə məhkəmələrə üz tutmağa başladılar. Həmin vaxtdan başlayaraq indiyə qədər bu kateqoriyadan olan xeyli sayda hərbi qulluqçu məhkəmə qaydasında ölmüş elan olunub. Qanunla da itkin düşənin ölmüş elan edilməsi barəsində məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün həmin şəxsin öldüyü gün hesab olunur. Şəhid ailələri və Qarabağ əlilləri artıq neçə müddətdir ki, sığorta pulunun ödənilməsində yaranan problemlərə etiraz edirlər. Belə ki, 2006-cı ilə qədər sığorta haqqını ala bilməyən şəhid ailələri və müharibə əlilləri indi onlara qanundakı son dəyişiklikdə qeyd edilən məbləğin ödənilməsini tələb edirlər. Qeyd edək ki, 1997-ci ilin may ayının 20-də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanun qəbul edilib. Orada göstərilib ki, Azərbaycan ordusunun əsgər və zabitləri yaralananda və ya şəhid olanda ona sığorta haqqı verilməlidir. Həmin qanunda yazılıb ki, qanun qüvvəyə minənədək sığorta hadisəsi baş verdiyi andan 3 il müddətinə qədər sığorta pulu ödənilməlidir. 2006-cı ildə verilən qərara əsasən, şəhid olan şəxsin ailəsinə sığorta pulu 11 min manat məbləğinə qaldırıldı. Birinci qrup əlil olanlara həmin məbləğin 80 faizi - 8800 manat, ikinci qrup əlil olanlara 60 faizi - 6600 manat, üçüncü qrup Qarabağ əlillərinə 40 faizi - 4400 manat ödənilməlidir. Ancaq hazırda bu pullar həmin şəxslərə ödənilmir. "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 27-ci maddəsinə əsasən, hərbi xidmətə çağırılan hər bir şəxs dövlət tərəfindən məcburi qaydada sığorta olunur. Həmin hərbi qulluqçunun həyatına dəyən ziyandan asılı olaraq dövlət ona sığorta ödənilməsini öhdəsinə götürür. Qanunun bu tələbi 1 yanvar 1992-ci il tarixdən indiyə qədər qüvvədədir. Sadəcə olaraq keçən illər ərzində sığorta məbləğində dəyişikliklər olub. Təəssüf ki, bu gün bu kateqoriyadan olan insanların müəyyən bir hissəsi bu məbləği adi qaydada yox, məhkəmə yolu ilə almaq məcburiyyətindədirlər. Dövlət Sığorta Şirkəti heç bir qanuni əsas olmadan, 1997-ci ildə qəbul olunmuş "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununu əsas götürərək həmin kateqoriyadan olan hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulan sığortanın verilməsindən imtina edir. İmtinanı da onunla əsaslandırır ki, guya 1997-ci ilə qədər hərbi qulluqçulara sığortanın verilməsi üçün heç bir hüquqi sənəd olmayıb. Halbuki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununda olan "Hərbi qulluqçuların dövlət tərəfindən məcburi sığortalanması" adlı maddə, həmin qanun qəbul edilən vaxtdan, yəni 25 dekabr 1991-ci il tarixindən mövcuddur və həmin vaxtdan da bu qanun hərbi xidmətə başlayan bütün hərbi qulluqçuların dövlət tərəfindən məcburi sığortalanması üçün hüquqi əsasdır. Belə ki, hərbi qulluqçuların sığorta edilməsı barəsində olan qanunun 27-ci maddəsində göstərilir ki, "Hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmək), xəsarət almaq (yaralanmaq, kontuziya almaq), səhhəti korlanmaq, hərbi xidmət keçirilməsi ilə bağlı bədbəxt hadisələr və ya xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəkildə sığortalanmalıdırlar. Bu da onu göstərir ki, 1991-ci ilin dekabrından, yəni Silahlı Qüvvələrimiz yarandığı gündən onun sıralarında xidmət edən hər bir hərbi qulluqçu iradəsindən asılı olmayaraq dövlət tərəfindən məcburi sığorta olunmalıdır. Bütün bunlar qarşı tərəfin sığortanın ancaq 1997-ci ildən sonra xidmət edənlərə düşməsi ilə əlaqədar şəxsi maraqlarına xidmət edən mülahizələrinin əsassız olduğunu təsdiq edir. Lakin bütün bunlara baxmayaraq, bu kateqoriyadan olan onlarla şəhid ailəsinin hüquqları sözügedən şirkət tərəfindən pozularaq onlara ödənilməli olan sığorta məbləği indiyə qədər ödənilməyib. Ümidvarıq ki, yuxarı instansiyalar bu məsələ ilə maraqlanıb incidilən şəhid ailələri və Qarabağ əlillərinə sığorta pulunun ödənməsini təmin edəcəklər.xalqxeber.az

XƏBƏR LENTİ