Anons

Dünən, 14:17 - Nazir Ramil Usubova MÜRACİƏT - DYNACORD-dan intihara gedən yol

Dünən, 13:18 - S.Mirzəyevin qurduğu 'tamaşa'da G.Əkbərova 1 saylıda direktor...

25-03-2017, 00:06 - Azərbaycanlı sürücülər Rusiyaya gedə bilməyəcək - CİDDİ QADAĞA

24-03-2017, 03:50 - “Mədət Quliyevə müraciət edəcəyik”- MTN GENERALININ OTEL QALMAQALI-FOTO

24-03-2017, 01:31 - Sabah bəzi yerlərdə yağış, dağlarda qar yağacaq

21-03-2017, 00:29 - TƏRTƏRİN YENİ DYP RƏİSİ HAQQINDA İLGİNC AÇIQLMA

19-03-2017, 19:23 - NƏRİMANOV PARKINDA POLİSİN GÖZÜ ÖNÜNDƏ AÇIQ FAHİŞƏ BAZARI...

18-03-2017, 22:37 - Hərbi dənizçilərlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nümayəndələrinin görüşü keçirilib

17-03-2017, 03:20 - ​Azərbaycanda fahişəliklə məşğul olanlar vergi ödəyəcək - TƏKLİF

15-03-2017, 20:47 - Metropolitenində səbəbsiz tuneldə peyda olan tüstülənmə sərnişinlərə çətin anlar yaşadıb

15-03-2017, 03:30 - Putin və Sarkisyan bu gün Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

14-03-2017, 16:10 - Prezident də həyəcan təbili çalır, ancaq...

13-03-2017, 21:22 - Bakı-Sumqayıt yolunda qəzada yaralanan tələbələrin aqibəti

13-03-2017, 18:47 - Düşmən atəşkəs rejimini ümumilikdə 123 dəfə pozub

13-03-2017, 18:44 - PAP və FTƏP üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib

13-03-2017, 11:42 - Nazir Ramil Usubovdan yeni rəis təyinatı

11-03-2017, 23:23 - İcra başçısı sənədli evləri sökdürür - Sakinlər aksiya keçirib-FOTO+VİDEO

11-03-2017, 18:53 - REGİONUMUZA SOXULAN İRTİCA: ABŞ-İsrail cütlüyünün sürətlə silahlanması bütün dünyaya təhlükədir; onlar vuruşmağa yox, vuruşdurmağa çalışırlar – TƏHLİL

10-03-2017, 23:14 - Qafqaz Universitetinin yeni rektoru Havar Məmmədovun rüşvət və biznes dünyası

10-03-2017, 17:10 - “Ştutqart”la bağlı FAKT təsdiqini tapdı – FOTOFAKT

10-03-2017, 15:08 - Tərtər təhsilində SURXAY MİRZƏYEV müəmması - Dövrü oyun silsiləsində təhsil məhvi

10-03-2017, 01:56 - Təbrik edirik cənab General!

10-03-2017, 00:44 - Sabahdan bu yol bağlı olacaq - Xəbərdarlıq

10-03-2017, 00:17 - 40 yaşından sonra tələbə olan indiki icra başçıları -

8-03-2017, 15:25 - Məktəb direktoru Mahir Əliyev hərbi xidmətdən…

2-03-2017, 17:49 - Təranə Güləliyeva Jurnalistlərin fəaliyyətinə rayon daxilində qadağalar qoyur...

2-03-2017, 15:58 - Polis özbaşınalığı: Serjant eks naziri maşından düşürdü – VİDEO

2-03-2017, 14:59 - TƏRTƏR TƏHSİLİNDƏN BakuNews.az-a YENİ TƏHDİD - SURXAY MİRZƏYEV NƏYƏ NAİL OLMAĞA ÇALIŞIR

Haqqımızda Əlaqə

NEFTÇALADA ZAUR KƏRİMOVUN SOSİAL YARDIM

Tarix:6-04-2016, 14:34 Baxış Sayı:398


NEFTÇALADA ZAUR KƏRİMOVUN SOSİAL YARDIM

Vətəndaşlar müəyyən süni əngəllərlə üz-üzə qalırlar.Neftçala rayonunda vətəndaşların ən çox şikayət etdiyi məsələ ünvanlı sosial yardımların verilməsində qarşılaşdıqları haqsızlıqdır. Şikayətçilər bildirirlər ki, Neftçala rayon Sosial Müdafiəsi Mərkəzinin ünvanlı yardım şöbəsində çox yox yarım saat durmaq yetər ki, vəziyyətin necə də acınacaqlı olduğunu öz gözlərinlə görəsən. Yardım arzusu ilə mərkəzə gedən vətəndaşların demək olar ki, hamısının ümidi puça çıxır. Səlim Müslümov sayağı işlərini quran, ünvanlı yardım şöbəsinin testdən keçməyən işçilərinin sakinlərə cavabı bircə o olur ki, gedin 6- aydan sonra gələrsiniz.

Bir sözlə Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində analoqu olmayan özbaşınalıqlar hökm sürür. Sözügedən mərkəzdə qohumbazlıq, rüşvətxorluq, korrupsiya və digər qanunsuz hallar baş alıb gedir. Məlumatlarda bildirilir ki, Neftçala rayon ƏSMM-də imkansız, maddi durumu ağır olan vətəndaşlara ünvanlı sosial yardımların verilməsi zamanı onlardan külli miqdarda pul tələb olunur. Bununla yanaşı mərkəzdə saxta sənədlərlə təqaüd alınması, vəfat etmiş və ya ümumiyyətlə mövcud olmayan şəxslərin adına sosial yardımların verilməsi ilə bağlı ciddi və kütləvi faktlar var. Bu barədə danışan mənbə qeyd edir ki, narazılıqlar bu gün də davam etməkdədir.

Mənbənin sözlərinə görə, ƏSMM-in direktoru Zaur Kərimovun səhlənkarlığı ucbatından kasıb ailələr üçün nəzərdə tutulan sosial müavinətləri və yardımları vaxtlı-vaxtında almaq mümkün olmur. Vəzifəyə təyin olunduğu gündən Zaur Kərimov qurumu şəxsi müəssisəsi hesab edərək vətəndaşlarla necə gəldi rəftar edir. Məsələ ilə bağlı digər mənbələrdən əldə edilən məlumatlarda isə qeyd edilir ki, bu sahədə rüşvət və korrupsiyanın qarşısını almaq məqsədilə plastik kartların tətbiq olunduğu vaxtdan yaranmış üsul – kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması bu gün də Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən geniş istifadə olunur. Məhz bu yolla aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərinin mənimsənildiyini deyən məlumatlı şəxslər iddia edirlər ki, yol verilmiş bu kimi əməllər nəticəsində Neftçala rayonunda yaşayan aztəminatlı ailələr dövlətin onlara hər ay üçün ayırdığı maddi yardımdan kənar qalırlar: "Aztəminatlı ailələr neçə vaxtdır Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün müraciət etsələr də, vətəndaşlar müəyyən süni əngəllərlə üz-üzə qalırlar.

Saxta yolla yardım alanların sayı isə ildən-ilə artır. Mərkəzin rəhbərinə "görüm- baxım" müqabilində əlillik dərəcəsinin müəyyən olunması üçün 88 saylı forma deyilən saxta arayış verilir. Saxta arayışları isə şəxsən Zaur Kərimovun özü təşkil edir. Bundan sonra həmin vətəndaşın əlillik dərəcəsi Tibbi-sosial ekspert komissiyaları tərəfindən müəyyən edilərək qərar çıxarılır”. Bundan əlavə mənbə iddia edir ki, Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin səlahiyyətli şəxsləri əvvəlcə və sonradan şəxsi büdcələrinə müəyyən məbləğ daxil olmasa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adından istifadə edərək əhaliyə əlavə problemlər yaradırlar: "Lakin əksinə, yəni Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yetkili şəxslərinin "şərtləri”nə əməl olunarsa, o zaman işiniz qısa müddət ərzində yoluna qoyulacaq və heç kim sizə problem yaratmayacaq. Düzdür, Neftçala sosial yardımlara ehtiyyacı olan insanlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, hələ ki, bunun heç bir faydasını görməyiblər. Yəni indiyədək məsələ ilə bağlı araşdırma aparan, camaatı narahat edən problemləri yoluna qoymağa çalışan olmayıb”. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.conflict.az

XƏBƏR LENTİ