Anons

Dünən, 07:19 - Çində tikintidə uçqun baş verib, ölənlər var

27-03-2017, 23:30 - PREZİDENTİN İRADƏSİNƏ QARŞI ÇIXAN İMİŞLİ RAYON MƏMURU – VİLYAM HACIYEVİN BUNDAN XƏBƏRİ VAR...?

27-03-2017, 15:18 - Vidadi Zeynalovun kef çəkdiyi gizli məkan - Foto

27-03-2017, 15:06 - Azərbaycanda nazir işdən çıxarıldı – Yeni təyinat

27-03-2017, 12:47 - Zakir Fərəcov niyə toxunulmazdır?

26-03-2017, 14:17 - Nazir Ramil Usubova MÜRACİƏT - DYNACORD-dan intihara gedən yol

26-03-2017, 13:18 - S.Mirzəyevin qurduğu 'tamaşa'da G.Əkbərova 1 saylıda direktor...

25-03-2017, 00:06 - Azərbaycanlı sürücülər Rusiyaya gedə bilməyəcək - CİDDİ QADAĞA

24-03-2017, 03:50 - “Mədət Quliyevə müraciət edəcəyik”- MTN GENERALININ OTEL QALMAQALI-FOTO

24-03-2017, 01:31 - Sabah bəzi yerlərdə yağış, dağlarda qar yağacaq

21-03-2017, 00:29 - TƏRTƏRİN YENİ DYP RƏİSİ HAQQINDA İLGİNC AÇIQLMA

19-03-2017, 19:23 - NƏRİMANOV PARKINDA POLİSİN GÖZÜ ÖNÜNDƏ AÇIQ FAHİŞƏ BAZARI...

18-03-2017, 22:37 - Hərbi dənizçilərlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nümayəndələrinin görüşü keçirilib

17-03-2017, 03:20 - ​Azərbaycanda fahişəliklə məşğul olanlar vergi ödəyəcək - TƏKLİF

15-03-2017, 20:47 - Metropolitenində səbəbsiz tuneldə peyda olan tüstülənmə sərnişinlərə çətin anlar yaşadıb

15-03-2017, 03:30 - Putin və Sarkisyan bu gün Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

14-03-2017, 16:10 - Prezident də həyəcan təbili çalır, ancaq...

13-03-2017, 21:22 - Bakı-Sumqayıt yolunda qəzada yaralanan tələbələrin aqibəti

13-03-2017, 18:47 - Düşmən atəşkəs rejimini ümumilikdə 123 dəfə pozub

13-03-2017, 18:44 - PAP və FTƏP üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib

13-03-2017, 11:42 - Nazir Ramil Usubovdan yeni rəis təyinatı

11-03-2017, 23:23 - İcra başçısı sənədli evləri sökdürür - Sakinlər aksiya keçirib-FOTO+VİDEO

11-03-2017, 18:53 - REGİONUMUZA SOXULAN İRTİCA: ABŞ-İsrail cütlüyünün sürətlə silahlanması bütün dünyaya təhlükədir; onlar vuruşmağa yox, vuruşdurmağa çalışırlar – TƏHLİL

10-03-2017, 23:14 - Qafqaz Universitetinin yeni rektoru Havar Məmmədovun rüşvət və biznes dünyası

10-03-2017, 17:10 - “Ştutqart”la bağlı FAKT təsdiqini tapdı – FOTOFAKT

10-03-2017, 15:08 - Tərtər təhsilində SURXAY MİRZƏYEV müəmması - Dövrü oyun silsiləsində təhsil məhvi

10-03-2017, 01:56 - Təbrik edirik cənab General!

10-03-2017, 00:44 - Sabahdan bu yol bağlı olacaq - Xəbərdarlıq

BAYRAĞI TANIMASA DA, BAZARI YAXŞI TANIYAN YPX ƏMƏKDAŞI

Tarix:10-11-2016, 17:27 Baxış Sayı:314

BAYRAĞI TANIMASA DA, BAZARI YAXŞI TANIYAN YPX ƏMƏKDAŞI


Dünən Azərbaycan xalqı 9 noyabr - Dövlət Bayrağı Gününü böyük coşqu ilə qeyd etdi. Zənnimizcə, ölkə vətəndaşları arasında təqvimin bu səhifəsinin əhəmiyyətini başa düşməyən, onun necə, hansı hadisələrdən qaynaqlandığını bilməyən olmazdı. Hətta ölkənin siyasi-ictimai həyatında baş verənlərə bu bayram və əlamətdar günləri tanımayacaq qədər laqeyd birisi tapılsa belə həmin adamın normal bir fərd olduğuna inanmaq bizim üçün çətin olardı. Amma təəssüf ki, rast gəldik. Özü də "hər günü bayram edən dəlilər" arasında deyil, ağıllı olması həm də vəzifə borcu olan yol polisi işçiləri arasında.

Paytaxtın Nizami rayonu ərazisində, "8-ci kilometr bazarı" kimi tanınan ticarət mərkəzinin arxa tərəfində (Naxçıvanski küçəsi) xidmət aparan 99 YPX 337 dövlət nömrə nişanlı ekipajın üzvləri binaların araxasında gizlənərək, pusquda dayanırlar. Əsasən bazara kənd təsərrüfatı malları gətirən rayon maşınlarının sürücülərini hədəfə alırlar. Həmin ərazinin necə izdihamlı olduğundan hamının xəbəri var. Amma avtomobil və piyada nə qədər çox görünsə belə, sürət aşağı olduğundan, qəza törədilməsi ehtimalı başqa yol nahiyyələrinə nisbətdə çox azdır. Bu qəzasızlıq mühiti məhz nəqliyyat vasitələri istifadəçilərinin bir-birinə yol verərkən törətdikləri xırda "qayda pozuntuları" hesabına təmin olunur. Bunaları müşahidə edən 337-ci ekipaj sanki timsah çayda şikarına hücum edirmiş kimi hərəkətə keçir və hədəfini sıxma-boğmaya salır. Sonucda nəyə nail olması da bəllidir: Ya cərimə protokolu, ya da...

Bildirilir ki, bazar işçilərinin fəaliyyətinə mane olan, paytaxt sakinlərinin ərzaqla təminatı işini axsadan 337-ci ekipaj hətta kənd təsərrüfatı məhsullarının maya dəyərinə belə mənfi təsir göstərir. Təəccüblüdür ki, hökumət Bakıda ərzağın qiymətini süni qaldıranlarla mübarizə üsulu kimi ucuz yarmarkalar təşkil edir, amma yol-patrul xidməti əməkdaşları öz destruktiv fəaliyyətləri ilə buna mane olurlar. Daha acınacaqlı hal budur ki, həmin ekipaj hətta ətrafdakıların haqlı iradlarına belə məhəl qoymur. Dünən ekipaj üzvlərinə sakinlərdən biri irad tutub ki, barı bu gün hərəkət iştirakçılarını incitməyin, bayramdı, imkan verin camaat alış-verişini etsin. Bazarın arxa tərəfində, (Naxçıvanski küçəsi) binaların arasında niyə gizlənirsiz, gedin bazarın qabağında Qara Qarayev prospektində yol hərəkətini tənzimləyin. Əgər düzgün xidmət aparmaq istəyirsinizsə, və polis adını uca tutmaq istəyirsinizsə, bu işlərdən əl çəkin. Özünü DYP Yol patrul xidməti inspektoru polis siravisi Orxan Sadiqov kimi təqdim edən ekipaj üzvü 9 Noyabrın hansı bayram olduğunu bilməyib, həmin şəxsdən soruşub ki, nə bayramıdır. Təsəvvür edirsinizmi bu nə deməkdir? Demək, YPX ekipajının dərrakəsi milli təqvimimizin qırmızı səhifələrini öyrənməyə deyil, yalnız kənd adamlarını incitməyə çatır. Əgər həmin ekipaj bəlkə də heç dislokasiya yeri olmayan həmin daldanacaqdan çıxıb ətrafdakı digər yollara nəzər salsaydı, bəlkə də bayraqlarla bəzədilmiş avtomobilləri görərdi.

Kənan Məmmədzadə

XƏBƏR LENTİ