Anons

Haqqımızda Əlaqə

Beynəlxalq Bankın rəhbəri vəzifəsindən kənarlaşdırıldı

Tarix:8-12-2016, 17:30 Baxış Sayı:146

Beynəlxalq Bankın rəhbəri vəzifəsindən kənarlaşdırıldı


Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının qərarı ilə Elmar Məmmədov bankın İdarə Heyətinin sədri vəzifəsindən azad olunub.

Bu barədə Trend-ə maliyyə dairələrindəki mənbə məlumat verib.

O bu vəzifəyə 2015-ci ilin iyul ayında 4 il müddətinə seçilmişdi.

Bu təyinata qədər isə E.Məmmədov "Kapital Bank"da (2009-cu ilin iyunundan) və "Azər Türk Bank"da (2014-cü ilin sonundan) İdarə Heyətinin sədri olub.

Bankın İdarə Heyətinin sədri vəzifəsini Xalid Əhədov icra edəcək. O, 2016-cı il dekabrın 2-dən "Azər Türk Bank"ın İdarə Heyətinin sədri vəzifəsini icra edirdi.

XƏBƏR LENTİ