Anons

Dünən, 16:59 - Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq, bəzi rayonlara dolu düşəcək

21-04-2017, 16:01 - Albina Muradxanovanın saxta sənədləri ifşa olundu - Samur bələdiyyəsinin sədri

21-04-2017, 14:40 - Gülməmməd Cavadovun qohumu S.Cəfərov fəhlələrə qan uddurur - Nazir müavini niyə məsələyə münasibət bildirmir...?

19-04-2017, 03:52 - 286 saylı məktəbdə 7 sinif şagirdi bıçaqlanıb... - ŞOK MƏLUMATLAR

17-04-2017, 15:53 - Cəlal Əliyevin adından istifadə edən zavod sədri – S.CƏFƏROV

16-04-2017, 13:45 - Polis general-mayoru H.Şirinovun ailəsində itki baş verib - Başsağlığı

16-04-2017, 10:29 - Ermənistan silahlı bölmələri atəşkəsi 120 dəfə pozub

15-04-2017, 10:44 - Qüdrət Şükürov -Bakı lift idarəsinin rəisi və ya milyonlara sahib, xaricdə yaxtası, villaları, maşınları olan oliqarx -

12-04-2017, 02:30 - Məktəbin ərazisində tikinti işlərinin aparılması etiraza səbəb oldu - VİDEO

10-04-2017, 03:18 - Deputat qohumunun 300 min aldığını təsdiqləyən sənəd ortaya çıxdı - FAKT

8-04-2017, 00:02 - Azərbaycanda FETÖ-çuların rəhbəri Şahmar İbadovdur...?

7-04-2017, 15:57 - Saxta diplomla GDU-da necə işləmək mümkün olur…?

6-04-2017, 06:33 - Türkiyədə zəlzələ olub

6-04-2017, 02:15 - Günün qoroskopu: gərginləşməyə davam edəcək

6-04-2017, 02:12 - Rusiyada işləmək istəyən azərbaycanlılara şad xəbər

5-04-2017, 16:48 - Masallı DYPŞ-nin baş inspektorundan nazirə müraciət ünvanlandı - ARAŞDIRMA(VİDEO)

5-04-2017, 01:35 - 136 saylı məktəbdə bıçaqlanma hadisəsi baş verib - Olay

4-04-2017, 14:53 - Qovulmuş tələbə necə general oldu – Vüsal Növruzovun Çovdarovsayağı yüksəlişi

4-04-2017, 13:26 - Azərbaycanda tanınmış ailənin övladı, Çində istintaq qarşısında

3-04-2017, 10:55 - "Azercell" abunəçilərinə xəbərdarlıq edib

3-04-2017, 00:33 - Xocavənddə özbaşınalıq- Sələmçi İslam Allahverdiyev 1 milyonluq mülkə necə sahiblənib?

2-04-2017, 17:51 - Ramin Quluzadəyə qarşı çıxan qovşaq rəisi Zaur Məmmədov

2-04-2017, 16:28 - “Bizim maket”lərin sahibi haqda şok ifadə: 17 milyonluq mülk necə alınıb?

2-04-2017, 02:39 - Firdovsi Cəbrayılov ilə Eldar Əzizov arasında gərginlik...

1-04-2017, 11:32 - Aprel savaşında ordumuz Ermənistana böyük dərs verdi

30-03-2017, 21:10 - Əlillərə 2 milyon manat ayrıldı

30-03-2017, 20:51 - Milli Bankın rəhbəri vəzifədən getdi

30-03-2017, 19:39 - Təhsil Nazirinin qohumu Tərtər təhsilin öz biznesinə çevirib... TAR-MAR EDİR

Millət vəkili müğənniləri sərt tənqid etdi

Tarix:8-01-2017, 11:08 Baxış Sayı:195

Millət vəkili müğənniləri sərt tənqid etdi


"Adam düşünür ki, bununla biz hara gedirik"

Son zamanlar sosial şəbəkələrdə və ictimaiyyətdə Azərbaycan müğənnilərinin savadsızlığı və nitq mədəniyyətinə, ədəbi dilin normalarına riayət etməməsi müzakirə obyektinə çevrilib. Bu mövzunun növbəti dəfə gündəmə gəlməsinə isə, müğənni Elza Seyidcahanın sosial şəbəkədə "səhv" sözünü "səhf" kimi yazması və sonradan onun səhvini düzəltmək istəyən həmkarlarının da bu sözü düzgün yaza bilməməsi səbəb olub.

Bu barədə danışan millət vəkili,akademik Nizami Cəfərov da bəzi müğənnilərin həqiqətən də dünyagörüşü zəif, savadsız olduğunu təsdiqləyib.

Deputat bildirib ki, ümumi savadsızlıq müşahidə edilsə də, elə sənət adamlarımız var ki, onlarla mədəniyyətdən, tarixdən, ictimai-siyasi proseslərdən, dünya hadisələrindən istənilən qədər söhbət aparmaq olar:

"Mən özüm də elə müğənnilər tanıyıram. Amma bununla yanaşı, xüsusilə gənc nəsildə bu səviyyə xeyli aşağı düşüb. Əvvəlki müğənnilərimizlə müqayisə etdikdə fərq ortaya çıxır. Bülbül, Rəşid Behbudov, Zeynəb Xanlarova kimi karifey sənətkarlarımız Azərbaycan dilini, mədəniyyətini, varlığını ən mürəkkəb beynəlxalq vəziyyətdə dünyaya tanıtdılar. Məsələn, bütün türk dünyasında Zeynəb Xanlarovanı sevirlər. Hətta Azərbaycan dilinin onun vasitəsilə nüfuzu artdı. Eləcə də ondan əvvəl böyük təcrübəmiz var. Doğrudur, muğam oxuyan müğənnilərimizin içərisində də savadlı insanlar var, amma ümumi səviyyə çox aşağıdır. Hazırda daha aktiv fəaliyyət göstərən estrada janrı ilə məşğul olan müğənnilər görürsənki, dünyanın elə işlərini, alverlərini bilirlər ki, onları heç mən bilmirəm. Yaxşı olardı ki, onlar ictimai-siyasi məsələlərdən də agah olsunlar.

Belə bir deyim var:

Sən şair olmaya bilərsən, inan
Vətəndaş olmağa ancaq borclusan.

Bu böyük rus şairinin sözləridir. Bunu hətta bizim şairlərdən biri belə tərcümə edib:

Sən şair olmaya bilərsən, alçaq,
Vətəndaş olmağa borclusan ancaq.

Akademik qeyd edib ki, indiki müğənnilərin tərcümeyi-halına baxsaq, bəzilərinin orta məktəbi yaxşı oxumadığını, hətta heç oxumadığını görürük:
"İstər-istəməz bu halda savadsızlıq olacaq. Nəzərə almaq lazımdır ki, nitq mədəniyyəti insan mədəniyyətinin, ümumi milli mədəniyyətin tərkib hissəsidir. Normal nitqi olmayan müğənnilərə çox rast gəlinir. Görürsən ki, nə yazısı yazıdır, nə danışığı danışıqdır. Bilmirəm onları kursa göndərmək lazımdır, yoxsa necə etməliyik. Hər halda düşünürəm ki, bu məsələni ictimailəşdirmək lazımdır. Bu məsələlər artıq müğənnilər üçün lazımsız hala çevrilib. Bir var ki, hansısa dairədə bu savadsızlıq olsun, bir də var ki, kütləvi şəkildə bu hal yayılsın. Həmin müğənni dünyanın müxtəlif ölkələrində olacaq və özünü orada elə aparacaq ki, onun özü barədə deyil, bütövlükdə xalq barədə təsəvvür yaranacaq. Biz bu gün elə dünyada yaşayırıq ki, hər bir incəsənət xadimimiz eyni zamanda ictimai səfirdir, xalq diplomatıdır. Bu gün bütün televiziyalarımız müğənnilər üçün açıqdır.

Onlar yalnız musiqi ifa etməklə kifayətlənmirlər, həm də geniş müzakirələr aparırlar, müxtəlif mövzularda söhbətlər edirlər. Hətta aparıcılıq edirlər. Bunlar isə bütün dünyaya çatdırılır. Lakin səviyyə o qədər aşağıdır ki, insan düşünür ki, bununla biz hara gedirik. Bir şeyi də nəzərə almaq lazımdır ki, bu gün müğənni üzdə olan, nümunə götürülən şəxsdir, gənclik ona baxır. Ola bilər o, gözəl mahnı oxuyur, ruhları oxşayır. Amma elə ki, danışır bir fikir söyləyir, o zaman hər şey bəlli olur. Mənasız danışmaq artıq prestij olub. Müğənnilər sanki danışanda "Ay camaat mən savadsızam, bu, məni heç də maraqlandırmır" kimi hərəkət edir. Ona görə də, bu həmişə gündəmə gətirilməlidir və müğənni bilməlidir ki, o vətəndaşdır".(Sherg.az)

XƏBƏR LENTİ